15 Fevral 2025 13:49
581
DÜNYA
A- A+
Dərin su tədqiqat mərkəzi inşa ediləcək

Dərin su tədqiqat mərkəzi inşa ediləcək


Çində strateji cəhətdən vacib olan Cənubi Çin dənizində dərin su tədqiqat mərkəzinin tikintisi təsdiqlənib. Bu layihə "okeanın dibindəki kosmik stansiya" ilə müqayisə olunur. Mərkəz 2000 metr dərinlikdə yerləşəcək və bu, indiyə qədər inşa edilmiş ən dərin və texnoloji baxımdan ən mürəkkəb sualtı qurğulardan biri olacaq. Kiçik elmi qruplar burada 1 aya qədər qalaraq ekosistemləri araşdıracaq, metan hidratlarının vəziyyətini izləyəcək və faydalı qazıntılar axtaracaqlar. Mərkəzin 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

Cənubi Çin dənizi - böyük təbii sərvətləri və ərazi mübahisələri ilə tanınan regiondur. Sualtı mərkəzin əsas məqsədi bioloji aktivliyi yüksək olan unikal ekosistemləri tədqiq etməkdir. Bu ekosistemlərdə böyük miqdarda metan hidratı ehtiyatları mövcuddur. Metan və suyun buzabənzər bərk birləşmələri olan bu hidratlar potensial enerji mənbəyi hesab edilir. Ümumi ehtiyatların 70 milyard ton olduğu təxmin edilir ki, bu da Çinin hazırkı neft və qaz ehtiyatlarının təxminən yarısına bərabərdir. Bundan əlavə, region kobalt, nikel kimi qiymətli faydalı qazıntılarla da zəngindir. Cənubi Çin dənizində yüzlərlə canlı növü yaşayır, onlardan bəzi növlərin isə xərçəng xəstəliyinin müalicəsində istifadə edilə bilən mühüm fermentlər istehsal etdiyi müəyyən olunub.

Çinin robototexnika və avtomatlaşdırma sahəsindəki uğurlarına baxmayaraq, stansiyada ekstremal şəraitdə insanlar da çalışacaq. Alimlər hesab edirlər ki, tamamilə avtonom cihazlara güvənmək olmaz, çünki onlar mühüm hadisələri, məsələn, ani metan tullantılarını qeydə almaya bilər və ya yüksək dəqiqlik tələb edən tapşırıqların öhdəsindən gəlməyə bilərlər. 6 nəfərlik tədqiqat qrupu real vaxt rejimində təcrübələr aparacaq, unikal dərin su canlılarını öyrənəcək və bəlkə də tibb və energetika sahəsində inqilabi kəşflər edəcək. Stansiya alimlərin uzun müddət işləyə bilməsi üçün tam həyat dəstək sistemi ilə təchiz ediləcək. Bundan əlavə, burada metan emissiyalarını, ekoloji dəyişiklikləri və tektonik fəaliyyətləri müşahidə etmək üçün monitorinq şəbəkəsi fəaliyyət göstərəcək. Sualtı tədqiqat mərkəzi pilotsuz sualtı aparatlar, gəmilər və dəniz dibi müşahidə stansiyaları ilə qarşılıqlı əlaqədə olacaq. Bu qurğular birlikdə dördölçülü monitorinq sistemi yaratmaq üzərində çalışacaqlar. Bunun sayəsində dərin su stansiyası daha böyük, qarşılıqlı əlaqəli və əsasən robotlaşdırılmış infrastrukturun əsas elementi olacaq. Mərkəz Çinin dəniz dibinə döşənmiş geniş optik lifli kabel şəbəkəsindən də istifadə edəcək.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!