15 Fevral 2025 12:33
463
DÜNYA
A- A+
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

Fevralın 15-də Rusiyanın Altay Respublikasında 6,4 maqnitudalı zəlzələ baş verib. Onun episentri Qoş-Aqaç rayonunun Beltir kəndi yaxınlığında olub.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar Altay Respublikasında, eləcə də Altay diyarı, Kemerovo və Novosibirsk vilayətlərində hiss olunub.

Bəzi məskunlaşmış ərazilərdə binalara cüzi ziyan dəysə də, onların konstruksiya elementlərinə təsir etməyib. Bölgənin rəhbəri Andrey Turçak yüksək hazırlıq rejiminin tətbiq olunduğunu açıqlayıb. Qoş-Aqaç və Ulaqanski rayonlarında məktəblərdə dərslər dayandırılıb və kütləvi tədbirlər ləğv edilib.

Yeraltı təkanları Novosibirsk sakinləri də hiss ediblər.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!