09 Fevral 2025 08:20
613
SİYASƏT
A- A+
Paşinyanın manipulyasiya cəhdləri

Paşinyanın manipulyasiya cəhdləri


Ermənistan "sülh kəsişməsi" adlı layihəni irəli sürərək diqqəti yayındırmağa çalışır


"Avropa İttifaqının (Aİ) mülki missiyasının vaxtının bir neçə gün öncə daha iki il müddətinə uzadılması Ermənistanın qeyri-səmimiliyindən, sülhdə maraqlı olmamasından xəbər verir. 2022-ci ildə iki aylıq müddətə yaradılmış Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının müddəti bitdikdən sonra Fransanın öncüllüyündə və Azərbaycan tərəfinin razılığı olmadan ona 20 fevral 2023-cü ildən etibarən iki il müddətinə mandat verilib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Aİ Xarici İşlər Nazirləri Şurasının 11 dekabr 2023-cü ildəki iclasında Fransanın təşəbbüsü ilə təşkilatın Ermənistandakı missiyasının şəxsi heyətinin sayının 138-dən 209-a qaldırılması barədə qərar qəbul edilib. Fransa ölkəmizə qarşı olan bu "binokl diplomatiyası"nın əsas təşəbbüskarıdır. Ermənistanın sülhə maraqlı olmamasına digər bir sübut hərbi yardım üçün Qərbin bir sıra ölkələrinə müraciət etməsidir. 22 iyul 2024-cü ildə Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketi qəbul edilib. 21-27 oktyabr 2022-ci ildə Ermənistan hökumətinin dəvəti və Fransanın ciddi dəstəyi əsasında ATƏT tərəfindən bu ölkəyə "ehtiyacların qiymətləndirilməsi heyəti" göndərilib. 

"Fransanın müvafiq şirkətləri ilə Ermənistan rəhbərliyi arasında snayper tüfənglərinin alınmasına dair saziş imzalanıb. Fransa və Ermənistan nazirlərinin 2023 və 2024-cü illərdəki görüşlərində müdafiə islahatları kontekstində, hərbi məsələlər üzrə fransalı müşavirin Ermənistan Müdafiə Nazirliyinə ezam olunduğu bildirilib. 17 iyun 2024-cü ildə Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi sahədə yeni müqavilələr imzalanıb. Bu silah və sursat, həmçinin xeyli sayda tank əleyhinə sistemlərin bir hissəsi artıq Ermənistana çatdırılıb", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, bu kimi onlarla fakt mövcuddur və Fransanın Ermənistana 2023-cü il üzrə hərbi yardımı milyon dollarla ölçülüb. Bu silahlanmanın məqsədi Ermənistan rəhbərliyini və xalqını revanşizm ideyaları ilə bəsləmək, Cənubi Qafqazda sabitliyi pozmaq, bitmiş münaqişəni alovlandırmaqdan ibarətdir. Bundan başqa, Fransanın Ermənistandakı səfiri mütəmadi olaraq Ermənistan-Azərbaycan şərti sərhədinə gələrək ölkəmiz əleyhinə ifadələr işlədir, verdiyi açıqlamalarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyur. Ermənistanın regionun sülh danışıqlarına ziyan vuran və bölgədə gərginliyi artıran digər bir addımı isə onun ABŞ-yə üz tutması, Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalamasıdır. Üçüncü tərəfləri regiona gətirməklə Ermənistanın sülh sazişini imzalamaq üçün qeyri-səmimi olduğunu görürük. Ermənistan uzun illər milli təhlükəsizliyinin qarantı kimi Rusiyanı, indi də ABŞ-ni görür. Yəni özünə deyil, daim kənara istinad edir.

P.Vəliyeva bildirib ki, Paşinyanın Atlantika Şurasında verdiyi bəyanatlarında əsas məqsədi ABŞ-nin Ermənistana strateji və maliyyə dəstəyi göstərməsinə çağırış etmək idi: "Onun fikrincə, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti ölkədə siyasi sabitliyin təmin olunması üçün yeni bir strategiya tələb edir. O, Qərb dəyərlərinə inteqrasiyanı və demokratik islahatları Ermənistan üçün ən yaxşı çıxış yolu kimi təqdim edir. Paşinyan Atlantika Şurasında vurğulayıb ki, Ermənistanın uzunmüddətli müstəqilliyi, firavanlığı və təhlükəsizliyi üçün regionda sülh zəruridir. Bunun üçün Azərbaycanla sülh sazişi imzalanmalıdır, çünki bununla regionda iqtisadi inkişaf üçün yeni imkanlar yarana bilər. O, həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib hesab edir, çünki bu, Ermənistanın blokadadan çıxmasına və regional iqtisadiyyata inteqrasiya olunmasına şərait yaradacaq. Paşinyan hesab edir ki, Ermənistan Gürcüstanı əvəz edərək Qərbdə yeni "etibarlı tərəfdaş" rolunu oynaya bilər. Çünki Gürcüstan son dövrlərdə Qərb dəyərlərindən qismən uzaqlaşaraq daha çox balanslaşdırılmış xarici siyasət yürütməyə başlayıb. Bu isə Ermənistan üçün yeni bir fürsət yaradır".

Deputat vurğulayıb ki, Ermənistan Qərbin Qafqazdakı yeni geosiyasi dəstəkçisi olmaq istəyir və Rusiyanın regionda təsirinin azalmasını daha müstəqil siyasət yürütməsi kimi görür. Hazırda sülh müqaviləsinin 17 bəndindən 15-i artıq razılaşdırılıb. İki əsas bənd üzrə isə razılıq əldə olunmayıb. Bu bəndlər həll olunmadan sülh sazişinin imzalanması qeyri-mümkün görünür, lakin Ermənistan tərəfi Qərbin dəstəyini qazanaraq danışıqlarda güclü mövqeyə sahib olmağa çalışır.

Pərvanə Vəliyevanın fikrincə, Ermənistan "sülh kəsişməsi" adlı layihəni irəli sürərək diqqəti yayındırmağa çalışır. Lakin bu layihənin həyata keçməsi üçün Azərbaycanın razılığı vacibdir, çünki ölkəmizin iştirakı olmadan bu layihənin heç bir əhəmiyyəti yoxdur. Ermənistanın bu təşəbbüsü sadəcə beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər. Ermənistan hökumətinin ABŞ-ni Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansısa arqumentlərə söykənməsi belə, bu məsələdə ikitərəfli danışıqların və razılığın əldə olunması faktını inkar edə bilməz.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Türkiyə və Rusiya Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmə Fəaliyyət Planı imzalanıb  

13:51
18 Aprel

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyəyə işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

13:43
18 Aprel

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

13:19
18 Aprel

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etməliyik VİDEO  

13:15
18 Aprel

Muxtar Babayev: COP29-da əldə edilən razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər 

13:07
18 Aprel

Sabah Bakıda hava dəyişkən buludlu, bəzi rayonlarda isə yağıntılı olacaq

13:02
18 Aprel

Bakıda növbəti iməcilik: küçələr yuyulub, yaşıllıqlara qulluq göstərilib

12:51
18 Aprel

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır  

12:47
18 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

12:41
18 Aprel

Elçin Əmirbəyov: Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır  

12:31
18 Aprel

Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olacaq

12:23
18 Aprel

Gürcüstanlı nazir: Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir

12:17
18 Aprel

Bütün vədlərini layiqincə doğruldan Lider

12:00
18 Aprel

Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib  

11:55
18 Aprel

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlıq genişləndirilir

11:18
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!