14 İyun 2025 08:40
384
SİYASƏT
A- A+
Paşinyan kilsəni təxribata çəkir

Paşinyan kilsəni təxribata çəkir


Ermənistanda  siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər daha da gərginləşməkdədir. Tərəflərin bir-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti kritik həddə çatdırır. İndi həm hakimiyyət, həm də revanşistlər 2026-cı ilin parlament seçkilərinə hazırlaşırlar. Bu isə qarşıdakı dövrdə Ermənistanda xaosun qaçılmaz olacağını deməyə əsas verir.

Proseslər göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən yararlanıb kilsəni də siyasi proseslərə cəlb edib ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Nəzərə alaq ki, Ermənistan kilsəsi kifayət qədər nüfuza və gücə sahibdir. Bu həm də o anlama gəlir ki, keçmiş hərbi xunta və onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyir.

Bütün bunların fonunda Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçib. Baş nazir Nikol Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək katolikos II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini "Azərbaycan" və ya "Türkiyə izi" kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür. Baş nazir vurğulayıb ki, çoxları onun yeni katolikosluğa namizədinin olmasına haqq qazandırmaq istəsə də, təəssüf ki, onun bu posta namizədi yoxdur.

"Hraparak" nəşri yazıb ki, Nikol Paşinyan hakim partiyanın idarə heyətinin üzvlərinə kilsəyə qarşı təzyiqləri artırmağı tapşırıb. Qeyd edilib ki, ruhanilərə aid edilən dəhşətli hekayələri yaymaq, əsəb savaşı aparmaq, kilsə xadimlərini hər gün gözdən salmaq tapşırılıb: "Yeri gələndə, hüquq-mühafizə orqanlarına qanunsuz göstərişlər vermək, insanların şəxsi həyatının toxunulmazlığını pozmaq nəticəsində əldə edilmiş sübutları, faktları da dərc edəcəklər. Lakin xalqın səbrinin tükənəcəyindən və əks effekt verə biləcəyindən ehtiyatlanıb, hələlik "ifşalar etmək" üçün də tərəddüddədir. Paralel olaraq, hakimiyyət, kilsə daxilində müxtəlif ruhanilər vasitəsilə II Qareginə qarşı koalisiya yaratmaq və onun uzaqlaşdırılması üçün münbit zəmin yaratmaq üzərində işləyir. Lakin indiki məqamda bu cür ruhanilər azlıq təşkil edir və çətin ki, çoxluq təşkil edib, kilsə daxilində "hakimiyyət dəyişikliyi" həyata keçirsinlər".

Erməni politoloq Vigen Hakopyan deyib ki, 2018-ci ildən başlayaraq, hakimiyyəti ələ keçirdikdən sonra Ermənistan Apostol Kilsəsinə hücumlar başlandı. Onun sözlərinə görə, o vaxt artıq nəzərə çarpırdı ki, yeni hökumətin strategiyasında hədəf kimi erməni apostol kilsəsi də yer alır: "Biz hökumət-kilsə münasibətlərinin hansı səviyyədə olduğunu dəfələrlə görmüşük. Ermənistan hakimiyyətinin strategiyası təkcə kilsəni gözdən salmaq deyil, həm də statusunu dəyişdirməklə, erməni apostol kilsəsinin rolunu daha da aşağılamağa cəhd etməkdir". Erməni politoloq əlavə edib ki, Nikol Paşinyan hər gün eyni şeyi yazaraq, kilsəni təxribata çəkməyə çalışır.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!