26 Yanvar 2023 00:52
566
SİYASƏT
A- A+
Paşinyan iqtidarına inam qalmayıb

Paşinyan iqtidarına inam qalmayıb

 

Ermənistanda məmurların rüşvət sistemi daha da genişlənib

 

Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya və rüşvət sistemini daim genişləndirmələri ilə seçiliblər.  İndi ölkədə elə bir yüksəkçinli məmur yoxdur ki, şəxsi biznesi olmasın, yaxud da vəzifədə olarkən digər yollarla böyük sərvət toplamasın. Son illər ərzində milli sərvətlər mütəmadi və sistematik şəkildə bu adamlar tərəfindən oğurlanmaqdadır. Onlardan biri də daxili işlər nazirinin müavini David Ambaryandı. Belə ki, nazir müavininin qanunsuz əməlləri aşkarlanıb, gəlir deklarasiyasını gizlətdiyi məlum olub. 
"4rd.am" saytı xəbər verir ki, korrupsiyanın qarşısının alınması üzrə komissiyanın elanları reyestrində David Ambaryan tərəfindən təqdim olunan son gəlir bəyannaməsi 2021-ci il tarixli - İrəvanın şəhər merinin katibi kimi illik bəyannaməsi olub. Daxili işlər nazirinin yeni müavini daşınmaz əmlak olaraq, 2000-ci ildə İrəvanın Açapnyak rayonunda və 2012-ci ildə Moskvada aldığı mənzilləri elan edib. David Ambaryan qeyd edib ki, 2021-ci ildə Moskvadakı mənzilini 6,8 milyon rubla Tatyana Fadeyevaya kimi təqdim etdiyi şəxsə satıb. Ambaryan gəlir deklarasiyasında 2 avtomobilini 2011-ci ildə aldığı "Nissan"ı və 2019-cu ildə aldığı "Kia"nı qeyd edib. 
Bildirilir ki, ötən ilin əvvəlində David Ambaryanın bank hesabında cəmi 557 min dram var idi, ancaq ilin sonunda bank hesablarının miqdarı 2 milyon 321 min dram olub. Bundan əlavə, David Ambaryan həmçinin 30 min ABŞ dolları, 22 min avro və nağd pul kimi 8,5 milyon dramının olduğunu açıqlayıb.
Vurğulanır ki, David Ambaryan gəlir olaraq İrəvan meriyasından 7 milyon 897 min dramı və "Ameriabank"dan 4 milyon 913 min dramdan ibarət kreditini elan edib: "Lakin Ambaryan daxili işlər nazirinin digər müavini Kamo Sutsulyan kimi özəl şirkətdə payının olduğunu elan etməyib. O, 18 sentyabr 2018-ci ildə Vanadzorda səhmlərinin 50 faizi özünə məxsus olan "D-Art" MMC-ni yaradıb. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, bu şirkət "fast food" xidmətləri ilə məşğuldur. Yeri gəlmişkən, David Ambaryan səhm payını gizlətməsi ilə yanaşı, İrəvanın şəhər meriyasındakı iş dövründə də intizamsızlığı ilə fərqlənib. 
İrəvan meri Qraç Sarqsyanın 2022-ci il 4 may qərarına görə, David Ambaryana meriyanın inzibati iclaslarında üzrsüz səbəblərdən iştirak etmədiyinə görə ciddi töhmət elan olunub".
Bu arada Ermənistanın Daxili İşlər Nazirliyinin (DİN) yaradılmasından sonra baş nazir Nikol Paşinyanın qərarı ilə David Ambaryan fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad olunaraq daxili işlər nazirinin müavini təyin edilib. Bundan əvvəl, 17 fevral 2021-ci il tarixdən etibarən İrəvanın şəhər merinin katibi vəzifəsini icra edib.
Xatırladaq ki, daha əvvəl daxili işlər nazirinin digər müavinləri Kamo Sutsulyanın, Aram Ovanannisyanın və Arpin Sarqsyanın da gəlir deklarasiyalarını gizlətdikləri məlum olub.
Belə hallar ölkədə adi hal alıb. Odur ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə, artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib. Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər külli miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər. 
Bildirilir ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etmələrinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən media portalları onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edirlər.
Bütün bunlar Ermənistanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!