PAŞA
Sığorta tərəfindən müştərilər üçün təşkil olunan “Yazın Şanslı Sığortası” lotereyasının
qalibləri elan olunub. Lotereyanın əsas uduşu olan Hyundai Elantra 2024 avtomobili
öz sahibini tapıb.
Bundan
əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılıb:
-
3 ədəd elektron əşyalar mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu;
-
3 ədəd 1000 AZN dəyərində səyahət vauçeri;
- 3 ədəd Apple iPhone 16 Pro Max;
- 2 ədəd MacBook Air 13.6.
Ümumilkdə
12 nəfər qalib müxtəlif hədiyyələr
qazanıb. Qaliblərin siyahısı aşağıda
qeyd olunub:
|
Uduş kuponu
|
Ad, soyad, ata adı
|
Qazanılan
hədiyyə
|
|
MA126309
|
İ****** İ******** C**** O***
|
Elektronika
mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
|
|
MA120644
|
Ş********* A***** H*** O***
|
Elektronika
mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
|
|
MA127890
|
C**** B****** Ə**** O***
|
Elektronika
mağazasından 2000 AZN dəyərində hədiyyə kuponu
|
|
MA121925
|
O**** S****** F***** O***
|
1000
AZN dəyərində səyahət vauçeri
|
|
MA128824
|
Z*** Q****** Ə****** O***
|
1000
AZN dəyərində səyahət vauçeri
|
|
MA124740
|
G**** İ********* S**** Q***
|
1000
AZN dəyərində səyahət vauçeri
|
|
MA120461
|
T**** B****** N**** O***
|
iPhone
16 Pro max
|
|
MA123663
|
E**** İ***** F***** O***
|
iPhone
16 Pro max
|
|
MA126090
|
E*** M****** Ə**** O***
|
iPhone
16 Pro max
|
|
MA122119
|
R**** O***** M***** O***
|
Macbook
Air
|
|
MA129167
|
E****** N****** N****** O***
|
Macbook
Air
|
|
MA127055
|
R**** N****** F**** O***
|
Hyundai
Elantra 2024 avtomobili
|
14 mart – 15 may tarixlərini əhatə edən
lotereyanın uduş fondu elektron püşkatma
üsulu ilə xüsusi kompüter proqramı vasitəsilə oynanılıb və PAŞA Sığortanın rəsmi
“YouTube” kanalında və “Instagram” səhifəsində
canlı yayımlanıb. Qaliblərin siyahısı “Azərbaycan”
qəzetində nəşr edilib, PAŞA Sığortanın rəsmi vebsaytında
yerləşdirilib. Həmçinin qalib şəxslər qazandığı hədiyyələr ilə bağlı SMS məlumatlandırma
alıblar.
Qeyd
edək ki, lotereya PAŞA Sığortadan avtomobillərin könüllü sığortası məhsullarını
əldə edən və müəyyən məbləğdə sığorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər
istisna olmaqla) nəzərdə tutulmuşdu. Hər 99 AZN sığorta haqqı ödəyən müştəri
lotereyada 1 iştirak şansı qazanırdı.
Hazırda qeyri-həyat sığorta sektorunun
lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA
Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P
Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin
emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini
"BB+", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər
göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.