13 İyul 2026 12:17
111
SİYASƏT
A- A+
Parlament psixiatriya yardımı ilə bağlı qanunvericiliyə dəyişiklikləri təsdiqləyib

Parlament psixiatriya yardımı ilə bağlı qanunvericiliyə dəyişiklikləri təsdiqləyib

Parlament “Psixiatriya yardımı haqqında” Qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin iyulun 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin razılığı ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin xahişi ilə aparılır.

İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” Qanunda hər hansı müddəa nəzərdə tutulmayıb. Odur ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən Qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.

Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı Qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.

Eyni zamanda, bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı Qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması, habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.

Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə Qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur. Beləliklə, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi

13:49
13 İyul

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

13:47
13 İyul

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycanda səfərdədir

13:23
13 İyul

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 20 il ötür

13:11
13 İyul

Sabah hava əsasən yağmursuz olacaq

12:49
13 İyul

Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

12:43
13 İyul

Türkmənistan Prezidentinin Azərbaycana səfərinin yekunları yüksək qiymətləndirilib

12:35
13 İyul

Prezident: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir

12:33
13 İyul

Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk

12:31
13 İyul

Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb

12:30
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!