06 Aprel 2023 01:27
933
Mədəniyyət
A- A+
Özünü səhnədə tapan adam

Özünü səhnədə tapan adam

 

Özündən sonra iz qoymaq, qurmaq, yaratmaq istəyən insanlar daim axtarışda olurlar. Onlar bir işə başlamazdan əvvəl yüz ölçüb bir biçirlər. O, 1902-ci il aprelin 11-də Şəkidə anadan olub. Ömrünün gözəl çağları, gənclik illəri bir az çətin zamanlara düşüb. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini yenicə devirmişdilər. Yerlərdə sürətlə "sovetləşmə" gedirdi. Qırmızılar özləri ilə yerlərə həm də "sosialist  mədəniyyəti" gətirirdilər. Rayonlarda fəhlə-kəndli klubları yaradılır, dram dərnəkləri fəaliyyət göstərirdi. O isə hələ nə edəcəyini, fəaliyyətlə haradan başlayacağını müəyyənləşdirə bilmirdi. 
Özü bu haqda xatirələrində yazırdı: "Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orada Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim olan Baxşəli Axundov  idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı". 
Söhbət Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş, yaratdığı obrazlar qalereyası ilə əbədiyaşarlıq qazanmış  SSRİ Xalq artisti İsmayıl Osmanlıdan gedir. 
1920-ci ildə Şəkidə fəhlə-kəndli klubunun dram dərnəyinin üzvü kimi fəaliyyətə başlayan böyük sənətkar, görkəmli aktyor səhnə həyatının 6 ilini də Gəncədə keçirməli olub.1922-ci ildə Gəncəyə köçən Osmanlı 6 il orada  həvəskarlar teatrında çalışıb. Həvəskar aktyor İsmayıl Osmanlının Gəncə teatrının səhnəsində yaratdığı obrazlar onun aktyor kimi yetişməsində mühüm rol oynayıb. Aktyor 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb.  
İsmayıl Osmanlı o sənətkarlardan idi ki, haqqında söz düşəndə sənətşünaslar, teatr tənqidçiləri, teatrsevərlər çəkinmədən "O, anadan aktyorluq üçün doğulub" ifadəsini işlədirdilər. Yaratdığı obrazlara ruh, nəfəs verən sənətkar öz işinin peşəkarı idi. Elə bu xüsusiyyətləri də onu fərqləndirir, sənətin zirvəsinə gedən yolun qapılarını üzünə açırdı.  1929-cu ildə Bakıda Milli Dram Teatrının truppasına işə qəbul olunan İsmayıl Osmanlı ömrünün sonuna qədər bu sənət ocağında çalışıb. Aktyorun Milli Dram Teatrının səhnəsində yaratdığı ilk böyük uğurlu obraz Cəfər Cabbarlının "1905-ci ildə" pyesinin tamaşasında Bahadur bəy obrazı olub.
Aktyor həyatında baş vermiş mühüm hadisələrdən bəhs edərkən görkəmli dramaturq  Cəfər Cabbarlı ilə bir teatrda çalışdığını, aktyor və rejissor İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığını iftixarla xatırladaraq bunları özünün xoşbəxtliyi hesab edirdi. İsmayıl Osmanlı aktyorluq təhsili almayıb. Özü bu haqda xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm, mənə daha məktəb lazım deyil: "İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu".
İsmayıl Osmanlı teatrla yanaşı, kinoda da müxtəlif səpkili rollar, xarakterlər  qalereyası yaradan, Azərbaycan kino tarixində istisna xidmətləri olan nadir aktyorlardandır. Onun yaratdığı "Bakıda küləklər əsir" filmində Əlibala, "Bir məhəllədən iki nəfər"də usta Mahmud, "Dəli Kür"də Məmmədəli, "Əsl dost"da usta Şirəli, "İyirmialtılar"da Şahbazov, "Nəsimi"də Fəzlullah Nəimi, "Mən ki gözəl deyildim"də Şərif dayı, "O olmasın, bu olsun"da Rza bəy, "Yenilməz batalyon"da dərzi Yusif, "Ulduzlar sönmür"də Hacı Zeynalabdin Tağıyev, "Yeddi oğul istərəm"də Kələntər və sair obrazlarını milli kinomuzun uğuru adlandırsaq, səhv etmərik.
İsmayıl Osmanlı elə bir istedad sahibi idi ki, yaratdığı obrazların aktyor rolu olduğuna bəzən insan şübhə edirdi. Onun ifasında oynanılan bütün obrazlar  həyata vəsiqə alıb əbədiyaşarlıq qazanırdılar. O, yaratdığı  obraza xarakter verə bilən sənətkar idi.  
Xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi "Yeddi oğul istərəm" filmi 1970-ci ildə çəkilsə də, qəhrəmanlara bugünkü münasibət dəyişsə də, İsmayıl Osmanlının yaratdığı Kələntər əmi obrazı tamaşaçıların yadında qalan, ən çox xatırlanan obrazlardandır. Kələntər əmi haqqında öz xatirələrində bəhs edən aktyor  yazır ki, bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim: "Avtobusa təzə qalxmışdım ki, bir neçə ortayaşlı qadın məni dövrəyə aldı. İlk sözləri: 
- Əlin qurusun! Cəlalı Gəray bəyə necə satdın? Öldü.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.
- Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?
Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara qoşulurdular. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.
Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim".
İsmayıl Osmanlı  1940-cı ildə Əməkdar artist, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür. Aktyorluq sənətində əldə etdiyi  yüksək nailiyyətlər aktyora həm də dövrünün yüksək orden və medalları "Əməkdə fərqlənməyə görə" medalı, "Şərəf nişanı" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilib. 76 yaşında, 22 iyun 1978-ci ildə vəfat edən aktyor Fəxri xiyabanda dəfn olunub.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

            «Sabah”ın gənc ulduzu Avroda parlayır  

21:29
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

2026-cı ilin ilk 5 ayında 122 milyon manatdan çox vəsait geri qaytarılıb

19:42
05 İyun

BMT Baş katibi: “İqlim dəyişikliklərinə qarşı mübarizədə real həllər mövcuddur”

19:38
05 İyun

 “SpaceX”in çip zavodu layihəsi təsdiqlənib

19:26
05 İyun

“Google Gemini” artıq “Gmail”də də axtarış edə bilir

19:17
05 İyun

Milli Məclisin komissiyası CNN-i Azərbaycana qarşı informasiya təxribatında ittiham edib  

19:08
05 İyun

“Netflix”dən yeni tövsiyə sistemi

19:08
05 İyun

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib  

19:07
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!