21 Fevral 2026 09:05
287
CƏMİYYƏT
A- A+
Özü olmasa da, arzuları övladlarının həyatında çin olur

Özü olmasa da, arzuları övladlarının həyatında çin olur


Cəmi 5 il əvvəl açılan səhərlər Qaynaq kəndinin sakinlərinə gündəlik qayğılarla bərabər, həm də namərd qonşular tərəfindən gözlənilən təhlükə həyəcanı gətirirdi. Düzdür, insanlar daha buna alışmışdılar. Odur ki, adi günlərdəki kimi böyüklər mal-qaraya baxır, əkin-biçinlə məşğul olur, uşaqlar məktəbə gedirdilər.

Həsən Məmmədovun ailəsində də səhərlər belə açılırdı. İşin-gücün arasında tez-tez eşidilən avtomat səsləri onları qorxutmurdu. Həyatı çox sevirdilər. Kəndlərinə, öz torpaqlarına bağlıydılar.

Həsən hər dəfə uşaqlarına baxanda ürəyi dağa dönürdü. Özü çox əziyyət çəksə də, onları dəblə geyindirir, dərslərinə fikir verir, çalışırdı ki, kənddə heç kimdən geri qalmasınlar. Atasını çox tez itirən Həsən uşaqlarının həyatında öz arzularının çiçəkləndiyini görürdü. Hər axşam nə qədər yorğun olsa da, övladları ilə həyat barədə, gələcək haqqında söhbətlər edirdi.

Ailənin böyük övladı Arzu atasını belə xatırlayır:

- Atam haqqında danışmaq həm kədərli, həm də qürurvericidir. O özü yanımızda olmasa da, varlığını daim hiss edirik. Hər addımımızla şəhid övladı adına layiq olmağa çalışırıq.

Arzu deyir ki, atası sağlığında hər kəsin hörmətini qazanmışdı - zəhmətsevərliyi, səmimiliyi, dürüstlüyü, həyat haqqında düşüncələri ilə. O, ali təhsilli deyildi. Ancaq dünyagörüşü vardı, ən çətin məqamlarda doğru məsləhət verməyi bacarırdı.

- Atam ailəsində söz sahibi olan insan idi, - deyir Arzu. - Onun ürəyində hər kəsə böyük mərhəmət vardı. Bu gün bizim ayaq üstə durmağımızın səbəbi də verdiyi tərbiyədir. Deyirdi ki, həyatda hər zaman inamlı, aydın məqsədli olun. Biz müharibə dövrünün uşaqlarıyıq. Yəni məktəbdə oxuduğumuz illərdə atəşkəs olsa da, kəndimizdə yaşamaq çətin idi. Bununla belə bacım Pərzad, qardaşım Zamiq və mən zəhmətə qatlaşıb oxuduq, hər üçümüz tələbə adını qazandıq. Heyif ki, atam bu günləri görmədi. Ancaq o bizə inanırdı.

Həsən Məmmədov 44 günlük Vətən müharibəsinin başlaması xəbərini çox təmkinlə qarşıladı. İlk mərmi qonşu Qapanlı kəndinə düşdü, sonra bütün cəbhəyanı kəndlər atəşə tutuldu. O isə deyirdi ki, bu dəfə müharibə qələbəmizlə bitəcək, torpaqlarımız işğaldan azad ediləcək. Təhlükəli olsa da, evindən-eşiyindən çıxmadı. Yalnız balalarını qorumağa çalışdı.

Həsən 2020-ci il oktyabrın 6-da Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərin Xoruzlu kəndində atasının yanında dəfn olunub.

İndi Arzu Xəzər Universitetində tarixi öyrənir, Pərzad həmin universitetin ikinci kurs tələbəsidir, biologiya-kimya ixtisasını seçib. Zamiq isə Ağdamdakı kollecdə aqronomluq üzrə təhsil alır. Deyirlər ki, biz heç zaman özümüzü tək hiss etməmişik: "Atamız bu torpaqda şəhid olub. Ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda qurban gedib. O, bu vətənin övladı idi, dövlətimiz də bizim - onun övladlarının qayğısını çəkir. Heç nədən ehtiyacımız yoxdur. Bizə olan münasibətdə gördüyümüz qayğıkeşlik, diqqət ölkəmizdə şəhidlərin ruhuna olan hörmətin təcəssümüdür. Kənddəki evimiz daim qonaqlı-qaralı olur. Biz yay tətilində olarkən rayon rəhbəri, ictimaiyyət nümayəndələri, Bakıdan gələn qonaqlar qapımızı döyüb vəziyyətimizlə maraqlanırlar. Bunun özü də atamıza görədir, onun daşıdığı yüksək şəhid adına görədir".

Ötən yay Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, institutun alimləri və Milli Məclisin deputatı Anar Məmmədov mülki şəhid Həsən Məmmədovun ailəsinin qonağı olublar. Pərzada institutda könüllü kimi fəaliyyət göstərmək, oxuduğu ixtisas üzrə təcrübə qazanmaq təklif olunub, həm də ona elmi müəssisə tərəfindən təqaüd veriləcəyi bildirilib.

Pərzad bu barədə belə deyir:

- Atamın elmə, təhsilə böyük marağı vardı. Bizə deyirdi ki, atasını tez itirdiyindən oxuya bilməyib. Odur ki, bizim təhsil almağımız üçün əlindən gələni etdi. Müharibə ona sonacan bu arzusunu yerinə yetirməyə imkan vermədi. Ancaq yanımızda dövlətimiz, xeyirxah insanlar oldu. İndi universitetdə mühazirələri dinləyərkən, elmi-tədqiqat institutunun laboratoriyasında çalışarkən düşünürəm ki, kaş atam bu günləri görəydi. Yəqin ki, indi onun da ruhu şaddır.

Şəhid övladları yaşadıqları Qaynaq kəndindən də ürəkdolusu danışdılar. Söylədilər ki, müharibədən sonra kəndin özü də, sakinləri də dəyişib. İnsanlar tarlada, həyətə-bacada qorxusuz işlərini görür, axşamlar evlərində rahat dincəlirlər. Kəndin şəraiti isə heç də şəhərdəkindən geri qalmır.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN ötən gün cinayət törətməkdə şübhəli bilinən 63 nəfəri saxlayıb  

10:49
21 Fevral

Volodimir Zelenski: Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib  

10:47
21 Fevral

Volodimir Zelenski: Müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün imkanlar hələ ki, qalır  

10:46
21 Fevral

Tramp: Ali Məhkəmənin qərarı səhvdir, amma bizim çox güclü alternativlərimiz var  

10:45
21 Fevral

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 15-ci iclası Azərbaycanda keçiriləcək  

10:43
21 Fevral

Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb  

10:42
21 Fevral

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb 

10:38
21 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

10:09
21 Fevral

Ötən il Azərbaycanda 96 minə yaxın körpə doğulub

10:03
21 Fevral

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

09:35
21 Fevral

Bilmək istəyirəm

09:20
21 Fevral

Torpaq oyanır, bitkilər cana gəlir

09:15
21 Fevral

Ombudsman Aparatının əməkdaşları Şirvanda "İnformasiya əldə etmək hüququnun müdafiəsi"ndən danışıblar

09:10
21 Fevral

Özü olmasa da, arzuları övladlarının həyatında çin olur

09:05
21 Fevral

Şəhid ailəsinin evi təmir ediləcək

09:00
21 Fevral

Ana dilimiz milli varlığımızdır

08:55
21 Fevral

Siyasət dili, dil siyasəti

08:50
21 Fevral

İlham Əliyevin sülh formulunun ABŞ tərəfindən dəstəklənməsi tarixi-siyasi hadisədir

08:45
21 Fevral

Azərbaycan-ABŞ: siyasi və iqtisadi münasibətlər strateji səviyyəyə çatıb

08:40
21 Fevral

Bəşəri dəyərlərə həsr olunmuş nəcib missiya

08:35
21 Fevral

Dövlətə sədaqət, insanlara sevgi, milli dəyərlərə hörmət

08:30
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!