20 Fevral 2026 18:40
152
CƏMİYYƏT
A- A+
Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  

Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  


“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda dəyirmi masa keçirib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masanı İctimai Birliyin sədri Könül Behbudova açaraq, Xocalı soyqırımı və dəyirmi masanın məqsədi barədə danışıb. Bildirilib ki, Xocalı soyqırımı zamanı bir gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, aralarında 76 uşağın da olduğu 487 nəfər yaralanıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov çıxış edərək, 1988-ci ildən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı, o cümlədən Xocalı soyqırımı ərəfəsində və şəhərin işğalı zamanı törədilmiş cinayət əməlləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Xocalı faciəsi barədə məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və soyqırımı kimi tanınmasında Leyla Əliyeva tərəfindən 2008-ci ilin may ayında təsis edilmiş “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynayıb.


Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı soyqırımı zamanı 210 nəfərin itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alındığını, onlardan 168 nəfərin mülki şəxs, 42 nəfərin isə şəhərin özünümüdafiə dəstəsinin üzvləri olduğunu qeyd edib. Bildirib ki, mülki şəxslərin arasında 38 nəfər uşaq (23 oğlan, 15 qız), 57 nəfər qadın (15 yaşlı qadın), 30 nəfər qoca da var.


E.Səmədov vurğulayıb ki, 2021-ci ilin fevral ayından etibarən həyata keçirilən axtarış-qazıntı və ekshumasiya prosesində 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkarlanmış kütləvi məzarlıqlardan 252 nəfərə aid ehtimal edilən meyit qalıqları ekshumasiya olunub.


Aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Şəxsiyyəti eyniləşdirilmiş 220 nəfərdən 24 nəfəri Xocalı soyqırımı zamanı itkin düşmüş vətəndaşlardır.


Diqqətə çatdırılıb ki, itkin düşmüş vətəndaşların taleyinin müəyyən olunması üçün hazırda Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.


Digər çıxış edənlər Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməlləri, Vətən müharibəsində əldə edilmiş böyük Zəfər, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük tikinti-quruculuq və bərpa işləri barədə ətraflı danışıblar.


Tədbir iştirakçıları, o cümlədən itkin ailələrinin üzvləri Ermənistanı itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları Azərbaycana təqdim etməyə çağıraraq, bu addımın itkin şəxslərin taleyinin müəyyən edilməsinə, həmçinin hazırda həyata keçirilən sülh prosesinə mühüm töhfə verəcəyini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:11
21 Fevral

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə

01:11
21 Fevral

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:10
21 Fevral

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında

01:09
21 Fevral

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında

01:08
21 Fevral

Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında

01:07
21 Fevral

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:06
21 Fevral

Heç bir təxribat Azərbaycanı öz yolundan döndərə bilməz

19:57
20 Fevral

Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb  

18:40
20 Fevral

Birinci Qarabağ müharibəsinin şəhidi Gəncədə dəfn olunub 

18:21
20 Fevral

Azərbaycan səfirliyi Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı baş verən insidentlə bağlı bəyanat yayıb  

18:11
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində ikinci panel müzakirəsi keçirilib  

18:03
20 Fevral

Energetika naziri Qubada vətəndaşlarla görüşüb  

17:57
20 Fevral

Baş Prokurorluqda media nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunub  

17:46
20 Fevral

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib  

17:28
20 Fevral

Bərdədə vətəndaşların müraciətləri dinlənilib

17:17
20 Fevral

İranın neft naziri ABŞ ilə enerji əməkdaşlığının mümkünlüyünü bildirib  

17:13
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara  

17:08
20 Fevral

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

17:08
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb  

17:06
20 Fevral

Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

17:05
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!