11 İyun 2024 15:50
1019
Mədəniyyət
A- A+
Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib  

Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib  

 

Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans təşkil olunub.

Mədəniyyət Nazirliyinindən AZƏRTAC-a bildirilib ki, tədbirdə həmçinin böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə söz ustadının əsərlərinin özbək dilində iki cilddə külliyyatının təqdimatı keçirilib. İkicildlik Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.

Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Xalq şairi Siracəddin Səid və iki ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səid ölkəsində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin eyni zamanda ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu deyib.

Bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnən Əlişir Nəvai ümumtürk ədəbi fikrinin inkişafına təsir göstərib, xalqlarımız arasında ədəbi-mədəni körpü rolunu oynayıb.

S.Səid 100 cildlik "Türk ədəbiyyatının inciləri" antologiyasının ərsəyə gəlməsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir deyib ki, hər həftə ya Özbəkistanda, ya da Azərbaycanda iki qardaş xalqın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Hər bir tədbir xalqlarımızı daha da yaxınlaşdırır. O, ötən il Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyib, Azərbaycan Mədəniyyəti Günlərinin də uğurla gerçəkləşəcəyini bildirib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında konfrans iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət günləri tədbirlərinin ədəbiyyata dair konfransla başlanması təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında mədəni münasibətlərin əsasında həm də Orta əsərlərdən üzü bəri davam edən ədəbi əlaqələr dayanır.

İki ölkə arasında mədəni əlaqələrin inkişafında dövlət başçılarımızın dostluğunun və qarşılıqlı etimada əsaslanan uğurlu siyasətinin mühüm rol oynadığını deyən nazir bu sahədə siyasətin davamlı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

Məhəmməd Füzulinin külliyyatının özbək dilində nəşrini yüksək qiymətləndirən Adil Kərimli ikicildliyin dahi şairin Özbəkistanda daha yaxından tanınmasına vəsilə olacağını deyib.

Nazir 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc yazarlarının iştirakı ilə "Məclisi-fəramuşan" ədəbi məclisinin bir uzun illərdən sonra bərpa olunmasını ölkələrimizin ədəbi əlaqələrinə yeni mühüm töhfə kimi qiymətləndirib.

Daha sonra konfransda ədəbiyyatşünas, professor Nurboy Cabbarov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlünün məruzələri dinlənilib.

Qeyd edilib ki, Əlişir Nəvai və Məhəmməd Füzuli təkcə iki xalqın deyil, ümumtürk ədəbi-mədəni fikrinin inkişafında da müstəsna rol oynayıblar.

Sonra məruzələr ətrafında çıxışlar olub.

Tədbirdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub

13:23
18 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb

13:22
18 Mart

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib

13:21
18 Mart

Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur

13:20
18 Mart

Sabah bəzi yerlərdə yağmurlu hava şəraiti gözlənilir

13:19
18 Mart

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

13:17
18 Mart

Azərbaycandan ABŞ-a yumurta ixracına başlanılır

13:16
18 Mart

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNƏCƏK

13:15
18 Mart

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNƏCƏK

13:14
18 Mart

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:12
18 Mart

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

13:12
18 Mart

Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır  

13:09
18 Mart

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir

13:07
18 Mart

Şuşada bayram yarmarkası keçirilir

13:06
18 Mart

Azad olunmuş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilir

13:04
18 Mart

PUA ilə ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb

13:03
18 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

13:01
18 Mart

Ərşad Rəşad Salehi: Azərbaycan Prezidentinin yürütdüyü siyasət Türk dünyasının həmrəyliyinə töhfə verir  

12:59
18 Mart

Parlament TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib

12:58
18 Mart

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər YENİLƏNİB

12:43
18 Mart

Ötən il Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan çox birbaşa xarici investisiya yatırılıb  

12:42
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!