06 Yanvar 2026 11:29
264
CƏMİYYƏT
A- A+
Ötən il multikultural dəyərlərin sistemli şəkildə dünyaya təqdim olunması istiqamətində mühüm işlər görülüb  

Ötən il multikultural dəyərlərin sistemli şəkildə dünyaya təqdim olunması istiqamətində mühüm işlər görülüb  


2025-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən elmi düşüncənin inkişafı və multikultural dəyərlərin sistemli şəkildə dünyaya təqdim olunması istiqamətində də mühüm işlər görülüb. Bu baxımdan, Mərkəzin elmi-tədqiqat və nəşriyyat fəaliyyəti 2025-ci ildə xüsusilə ön plana çıxıb. BBMM-in “International Journal of Multiculturalism” adlı beynəlxalq elmi jurnalının iki sayı nəşr edilib. “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusuna həsr olunan II beynəlxalq elmi konfransın materialları toplanaraq kitab şəklində dərc olunub.

Bu barədə məlumat Mərkəzin 2025-ci ildə görülmüş işlərlə bağlı hesabatında yer alıb.

Bildirilib ki, multikulturalizm ideyalarının müxtəlif coğrafiyalarda təbliği məqsədilə “Multikulturalizmin Azərbaycan modeli” adlı kitab ərəb dilində çap olunub. İşğal dövründə dağıdılmış mədəni irsimizi sənədləşdirən “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu işıq üzü görüb.

Eyni zamanda, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində “Əli və Nino” romanının Ukrayna dilində nəşri həyata keçirilib. “Qafqaz Albaniyasının etnomədəni irsi” elmi jurnalının 5-ci buraxılışı, talış dilində “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, ləzgi dilində “Həyatnamə əsəri” kitabları, eləcə də “İslamofobiya – Şərq və Qərbin divanı” və “Avropa İslamofobiya hesabatı” kimi nəşrlər Azərbaycanın həm daxildəki mədəni müxtəlifliyini, həm də qlobal miqyasda islamofobiya ilə mübarizədə fəal mövqeyini əks etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!