12 May 2026 12:47
211
CƏMİYYƏT
A- A+
Orhan Gültekin: Azərbaycan Asiya və Avropa arasında “Data Hub”a çevrilə bilər

Orhan Gültekin: Azərbaycan Asiya və Avropa arasında “Data Hub”a çevrilə bilər


Süni intellekt (Sİ) və kvant kompüterlərinin sürətli inkişafı informasiya emalı imkanlarında köklü dəyişikliklər yaradır. Lakin bu texnoloji yüksəlişlə yanaşı, ciddi risklər də meydana çıxır. Böyük məlumat bazalarına (Big Data) əsaslanan süni intellekt sistemləri məxfiliyin pozulması və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Eyni zamanda, kvant kompüterlərinin klassik şifrləmə üsullarını sındırmaq potensialı mövcud rəqəmsal infrastrukturu daha həssas vəziyyətə salır, dövlətlər və qurumlar qarşısında yeni təhlükəsizlik çağırışları yaradır. Bu texnologiyaların nəzarətsiz yayılması isə qlobal güc balansına təsir göstərə biləcək geosiyasi riskləri daha da dərinləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universitetinin regionşünaslıq üzrə doktorantı, kibertəhlükəsizlik eksperti Orhan Gültekin deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqi ölkəmizin işğaldan azad olunmuş ərazilərində həm təhlükəsizlik, həm də yenidənqurma proseslərində strateji alət kimi ön plana çıxır. Münaqişədən sonrakı mərhələdə bölgədə sərhəd təhlükəsizliyinin və sabitliyin təmin olunması üçün süni intellekt əsaslı dron sistemləri, dekarbonizasiya (karbonsuzlaşdırma) texnologiyaları, sensor şəbəkələri və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi geniş imkanlar açır. Eyni zamanda, şəhərsalma sahəsində Sİ dəstəkli coğrafi informasiya sistemləri və kvant əsaslı simulyasiyalar “ağıllı infrastruktur”ların formalaşdırılmasına şərait yaradır. Nəqliyyat axınının optimallaşdırılması, enerji səmərəliliyinin artırılması və fövqəladə halların idarə olunması kimi istiqamətlərdə süni intellekt həlləri Qarabağın dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Bu, həmçinin asimmetrik təhdidlərə qarşı daha çevik və operativ reaksiya imkanları yaradaraq regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək.

Ekspert bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərlər Forumunun (WUF13) Azərbaycanda keçirilməsi isə bu müzakirələri qlobal müstəviyə çıxarır. Forumun şəhərlərin gələcəyinə dair beynəlxalq dialoq platforması kimi çıxış etməsi fonunda, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında süni intellekt və kvant texnologiyalarından istifadənin gündəmə gətirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfəni daha aydın nümayiş etdirəcək. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur yalnız yenidənqurma məkanı deyil, həm də “Ağıllı şəhər” texnologiyalarının sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə necə tətbiq oluna biləcəyini göstərən nümunəvi bir laboratoriya funksiyasını yerinə yetirə bilər. WUF13 çərçivəsində aparılacaq müzakirələr həmin texnologiyaların etik, təhlükəsizlik və davamlılıq aspektlərini qlobal səviyyədə ön plana çıxaracaq, Azərbaycanın təcrübəsi isə regional model kimi diqqət mərkəzində olacaqdır.


Azərbaycanda güclü və perspektivli ekosistem formalaşıb


“Bu ilin may ayında Azərbaycana səfərim çərçivəsində əldə etdiyim təəssüratlara, həmçinin 20-dən çox ölkə və 80-dən artıq şəhərlə bağlı müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Bakının gözoxşayan memarlıq siması və inkişaf modeli ilə yanaşı, Qarabağda həyata keçirilən “Ağıllı şəhər” konsepsiyasına karbonsuzlaşdırma siyasəti və müasir ekoloji yanaşmaların inteqrasiyası bu bölgəni dünya üçün nümunəvi məkana çevirə bilər. Necə ki, muzeylər və incəsənət dedikdə Paris, texnologiya dedikdə San-Fransisko, sənaye və ticarət dedikdə Şanxay yada düşür, eləcə də sıfırdan formalaşdırılan genişmiqyaslı infrastruktur, həyata keçirilən irihəcmli investisiyalar və 20 milyard dollardan artıq vəsait hesabına gələcəkdə “Ağıllı şəhər” anlayışı ilə məhz Qarabağın və Şərqi Zəngəzurun assosiasiya olunacağı qənaətindəyəm”, - deyə o əlavə edib.

Orhan Gültekin sonda bildirib ki, hazırda Azərbaycanda müxtəlif qurumların - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, ADA Universiteti və İstanbul Texniki Universiteti ilə qurulan əməkdaşlıqlar, eləcə də Qarabağ Universitetində formalaşdırılan yüksəksəviyyəli mühəndislik təhsili nəticəsində ölkədə güclü və perspektivli bir ekosistem formalaşıb. Bu ekosistem çərçivəsində süni intellekt və kvant kompüterlərinin yaratdığı risklərin yalnız texniki deyil, həm də etik və geosiyasi ölçülər daşıdığı aydın görünür. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bu texnologiyaların tətbiqinin həm təhlükəsizlik, həm də şəhərsalma sahəsində mövcud boşluqların aradan qaldırılmasına mühüm töhfə verəcəyi gözlənilir. Prosesin risklərinin idarə olunması və davamlılığı üçün ehtiyatlı strateji yanaşma tələb edilir ki, bunun da qardaş ölkələrin texnologiya mütəxəssislərinin və akademiklərinin əməkdaşlığı çərçivəsində aparılması mühüm əhəmiyyət daşıyır. Bütün bu kompleks fəaliyyətlər Azərbaycana Asiya və Avropa arasında bir Məlumat Qovşağı (Data Hub) kimi formalaşmasında əvəzsiz bilik ehtiyatı və təcrübə qazandıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!