04 Yanvar 2022 15:55
1190
DÜNYA
A- A+
OPEC-in yeni baş katibi seçilib

OPEC-in yeni baş katibi seçilib

 

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni baş katibi seçilib.

AZƏRTAC xəbər verir ki, kartelin növbəti baş katibi küveytli neft eksperti Haytam al-Qais olacaq. Bu barədə qərar OPEC Konfransının xüsusi iclasında qəbul edilib.

Beynəlxalq qurumun rəsmi saytında yer alan məlumatda bildirilir ki, OPEC Nizamnaməsinin 28-ci maddəsinə uyğun olaraq, Konfrans Hayta al-Qaisi yekdilliklə təşkilatın baş katibi seçib və o, bu il avqustun 1-dən etibarən üç il müddətinə bu vəzifəni tutacaq.

2016-cı ildən təşkilatın baş katibi olan və qaydalara əsasən növbəti müddət üçün namizədliyini irəli sürmək hüququna malik olmayan nigeriyalı Məhəmməd Sanusi Barkindonun fəaliyyəti Konfrans tərəfindən yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründə OPEC və qeyri-OPEC ölkələri arasında tarixi əhəmiyyətə malik olan və OPEC+ adlanan alyans qurmaq mümkün olub. Eyni zamanda, M. Barkindo koronavirus pandemiyası ilə əlaqədar xam neftin qiymətinin kəskin ucuzlaşmasından sonra qlobal neft bazarında tarazlığa nail olunması və qiymətin sabitləşməsinə böyük töhfə verib.

Qeyd edək ki, uzun illərdən bəri Küveyt Neft Korporasiyasında (Kuwait Petroleum Corporation) çalışan və hazırda həmin şirkətdə beynəlxalq marketin üzrə icraçı direktorun müavini olan H. al-Qais 2021-ci ilin yayınadək OPEC ekspertlər qremiyasına üzv olub. Baş katib kimi onun səlahiyyət müddəti üç ildir və həmin müddət başa çatdıqdan sonra daha üçillik dövr üçün namizədliyini irəli sürmək hüququna malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!