01 Aprel 2026 08:25
438
İQTİSADİYYAT
A- A+
Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi


Azərbaycan MDB məkanının ən böyük Batareya Enerji Saxlanc Mərkəzi istifadəyə verildi


Qədim zamanlardan neft-qaz ölkəsi kimi tanınan, son onilliklər ərzində karbohidrogenlərin sabit təchizatçısı kimi dünyada nüfuz qazanan Azərbaycan bu gün "yaşıl enerji" layihələri ilə də qiqqət mərkəzindədir. 2027-ci ilədək ölkəmizdə ümumi gücü iki qiqavatdan çox olan "yaşıl enerji" layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu enerji mənbələrinin texniki potensialının böyük olması gələcək üçün daha geniş perspektivlər açır.

Azərbaycan quruda 135 QVt, dənizdə 157 QVt "yaşıl enerji" potensialına malikdir. Hədəf bu imkandan istifadə edərək enerjini təkcə istehsal etmək deyil, həm də onu ixraca yönəltməkdir. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdır. Buna əsasən, Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. 

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" adlanan bu layihədə Mərkəzi Asiya respublikaları da iştirak edir. 2024-cü il noyabrın 13-də Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalamışlar. Həmin sənədə əsasən, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi nəzərdə tutulur. Bu xətt Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"ni Azərbaycanın infrastrukturuna birləşdirəcək.

Deməli, Azərbaycan "yaşıl enerji"nin tranzitini də həyata keçirəcək. Bunun üçün isə enerji saxlanc mərkəzləri kimi bir infrastrukturun yaradılması zərurəti gündəmə gəlir. Bir həftə əvvəl belə mərkəzlərdən birinin - "AzərEnerji" ASC-nin "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışı oldu. Tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.

Ümumiyyətlə, batareya enerji saxlancı nə deməkdir? Batareya enerji saxlama sistemi (BESS) elektrik enerjisini kimyəvi enerji şəklində saxlaya bilən və lazım olduqda buraxa bilən bir cihazdır. BESS enerji sisteminə bərpaolunan enerji inteqrasiyasını artırmaq, enerjinin keyfiyyətini və etibarlılığını artırmaq, pik tələbatı və istixana qazı emissiyalarını azaltmaq kimi müxtəlif üstünlüklərə malikdir və xidmətlər təqdim edə bilər. 

Batareya Enerji Saxlanc Mərkəzləri gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, "AzərEnerji" ASC tərəfindən daxili maliyyə vəsaiti hesabına iki əsas yarım-stansiyada - 500 kV-luq "Abşeron" və 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində böyük enerji saxlanc mərkəzləri yaradılıb. Onların ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saatdır. Bu miqyasda mərkəzlərin qurulması təkcə ölkəmizdə deyil, ümumilikdə MDB məkanında birinci dəfədir .

Onu da qeyd edək ki, beynəlxalq məsləhətçi şirkətlərin - ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA şirkətlərinin apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

"Abşeron" Batareya Enerji Saxlanc Mərkəzi haqqında aydın təsəvvür yaratmaq üçün deyək ki, onun ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Bu mərkəz çevikliyi ilə seçilir. Belə ki, iki saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Qısaca desək, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.

Belə bir mərkəzin tətbiqi enerji şəbəkəsinə bir sıra üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan əlavə, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır. Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır. Enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.

Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması sayəsində ölkəmizin enerji sistemi daha müasir, çevik və dayanıqlı olacaq. Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemlərinin əhəmiyyəti də getdikcə artır. Yaxın gələcəkdə böyükhəcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox "yaşıl enerji" artıq şəbəkədə olacaq. 

Hazırda ölkəmizdə tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında "yaşıl enerji"nin payını yüksəltmək, "Nəvahi Yaşıl Enerji" qovşağını əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən "AZURE" layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq başa çatıb.

Layihə çərçivəsində "Nəvahi" yarımstansiyasına "Abşeron" yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, "Bankə" və "Biləsuvar" Günəş-Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə "Nəvahi" yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!