01 Aprel 2026 10:17
125
DÜNYA
A- A+
Myanmada xunta lideri prezidentliyə namizəddir  

Myanmada xunta lideri prezidentliyə namizəddir  


Myanmaya faktiki olaraq rəhbərlik edən hərbi xuntanın başçısı Min Aunq Hlainq  prezidentliyə namizəd  kimi irəli sürülüb. Bu məqsədlə o, 2011-ci ildən bəri tutduğu Ali Baş Komandan vəzifəsindən istefa verib.

Myanma parlamentinin aşağı palatası ölkəyə faktiki olaraq başçılıq edən hərbi xuntanın rəhbəri Min Aunq Hlainqi üç vitse-prezidentdən biri kimi namizəd göstərib. AFP-nin yerli mediaya istinadən verdiyi məlumata görə, Myanma qanunvericiliyinə əsasən növbəti prezident bu namizədlər arasından seçiləcək.

Prezident seçilmək imkanı qazanmaq üçün 69 yaşlı Min Aunq Hlainq də 2011-ci ilin mart ayından bəri tutduğu Ali Baş Komandan vəzifəsindən istefa verib. Siyasi ekspert Nainq Min Xantın sözlərinə görə, Myanma hakimiyyətinin hərəkətləri göstərir ki, 2021-ci ildə çevrilişi həyata keçirən xunta başçısı "legitimlik görüntüsünü qoruyub saxlayaraq ölkəni dəmir yumruqla idarə etməyə davam etmək" niyyətindədir.

Eyni zamanda, BBC-nin qeyd etdiyi kimi, Min Aunq Hlainq baş komandan vəzifəsindən ayrılmaqla hakimiyyətini təhlükəyə atır. O, bu vəzifəyə özünün sadiq tərəfdarı, keçmiş kəşfiyyat rəisi Ye Vin Oonu təyin edib. Lakin bəzi yüksək rütbəli ordu komandirlərinin ölkə rəhbərliyindən narazı olduğu bildirilir. Onlardan gələn potensial təhlükənin qarşısını almaq üçün Min Aunq Hlainq ordu da daxil olmaqla, hər bir sahəyə nəzarəti saxlamağa imkan verən məsləhət şurası yaradıb.

2021-ci ilin fevral ayında Myanmada hərbi çevriliş baş verib. Dövlət müşaviri Aunq San Suu Çi və prezident Vin Myint də daxil olmaqla, ölkə liderləri həbs edilib. Hakimiyyət Ali Baş Komandan Min Aunq Hlainqə və hərbçilərə keçib.

Generallar 2020-ci ildə Nobel Sülh Mükafatı laureatı Aunq San Suu Çinin Milli Demokratiya Liqası partiyasının qələbəsi ilə nəticələnən seçkilərdə  qanun pozuntularının baş verdiyini iddia ediblər və bununla çevrilişə bəraət qazandırmaq istəyiblətr.  Lakin hərbçilər bu qanun pozuntularına dair heç bir dəlil təqdim etməyiblər. Aunq San Suu Çi müxtəlif ittihamlarla təqsirli bilinərək həbs edilib. 2024-cü ilin aprelində o, ev dustaqlığına buraxılıb.

Ötən ilin iyul ayında fövqəladə vəziyyət rəsmi olaraq başa çatıb, lakin ordu faktiki olaraq ölkəyə nəzarəti davam etdirir. 2025-ci ilin dekabr - 2026-cı ilin yanvar aylarında ölkədə çevrilişdən bəri ilk parlament seçkiləri keçirilib və nəticədə hər iki palatadakı yerlərin əksəriyyəti xuntaya yaxın olan “Həmrəylik və İttifaqın İnkişafı” Partiyasının (USDP) üzvləri, eləcə də hərbçilər tərəfindən qazanılıb.

Rizvan CƏFƏROV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!