05 Oktyabr 2024 13:14
3567
Elm və texnika
A- A+
Omanda ICESCO-ya üzv ölkələrin təhsil nazirlərinin konfransı təşkil olunub

Omanda ICESCO-ya üzv ölkələrin təhsil nazirlərinin konfransı təşkil olunub

Omanın paytaxtı Muskat şəhərində “Təhsildə Transformasiya Sammitinin qərarları: öhdəliklərdən fəaliyyətlərə” mövzusunda ICESCO-ya üzv ölkələrin təhsil nazirlərinin 3-cü konfransı keçirilib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Omanın Təhsil Nazirliyi, bu ölkənin Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komissiyası ilə koordinasiya əsasında təşkil edilən konfransda İslam ölkələrinin təhsil nazirləri, 27 regional və beynəlxalq təşkilatın yüksəksəviyyəli nümayəndə heyətləri, eləcə də təhsil məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutları iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd ICESCO-ya üzv ölkələrdə təhsilin transformasiyası üzrə öhdəlikləri gücləndirmək, qabaqcıl təcrübələrin yayılması və onların tətbiqini sürətləndirmək üçün effektiv mexanizmlər yaratmaq olub. Bundan əlavə, ICESCO üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməyə, maliyyələşdirmə və donor qurumlarını birləşdirən şəbəkə qurmağa, Təhsildə Transformasiya Sammitinin nəticələrinə nəzarət etmək üçün mexanizmləri inkişaf etdirməyə və nazirliklərin bu sahədə səylərini dəstəkləyən proqramlar yaratmağa çalışır. Konfrans, həmçinin İslam dünyasının sivilizasiya irsində təhsil transformasiyasını dəstəkləyən etik dəyərlərə əsaslanan prinsipləri vurğulayıb.

Konfrans çərçivəsində təhsil sahəsində aparıcı qlobal təşkilat və şirkətlərin, o cümlədən “NewGlobe”, “Avantis”, “Classera”, “Alef Education” və Təhsil Test Xidmətinin (ETS) iştirakı ilə sərgi təşkil olunub. Bu sərgi Beynəlxalq Bakalavr Təşkilatı və Kembric Universiteti ilə akademik tərəfdaşlığı da əhatə edib.

Tədbir “İslam dünyasında təhsilin transformasiyasına dair” Muskat Bəyannaməsinin qəbulu ilə başa çatıb. Bəyannamədə ICESCO-nun İslam dünyası üzrə Süni İntellekt Etikası Xartiyasının qüvvəyə minməsi alqışlanıb, həmçinin Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramının (PISA) üzv dövlətlərin spesifikliyinə və prioritetlərinə uyğunlaşdırılmasına dair ICESCO-nun təşəbbüsü qəbul edilib, gender bərabərliyi indikatorunun strateji əhəmiyyəti vurğulanıb, təhsilin transformasiyası məqsədləri ilə İslam dünyasının dəyərləri arasında uyğunluq təsbit edilib. Bununla yanaşı, sənəddə ICESCO-nun 2021-ci ilin yanvarından 2024-cü ilin iyuluna qədər təhsil sahəsində fəaliyyəti, qızların təhsilinin hazırkı vəziyyəti, media savadlılığı, Londonda keçirilən nazirlər görüşünün nəticələri, erkən uşaqlıq dövründə təhsil və qayğının inkişafı məsələləri də öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!