19 Mart 2023 02:46
1635
Mədəniyyət
A- A+
Novruz - milli özünüdərk bayramı

Novruz - milli özünüdərk bayramı

 

"Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır… Qədim zamanlardan bəri və bu gün də bu bayramı  ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır".

Heydər ƏLİYEV

 

"Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır… Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır".

İlham ƏLİYEV

 

Baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruz yenə ruhumuzu bayram ovqatına kökləyib. Xalqımızın mənəvi dünyasında Novruzun özünəməxsus yeri var. Həyatımızın ən xoş xatirələrini yada salanda onların mühüm qisminin məhz Novruz bayramı ilə bağlı olduğunu görürük. Bu, təsadüfi deyil: bizi böyüdən, kamilləşdirən, dünyanın rəngarəng mədəniyyətləri içində milli özünəməxsusluq qazandıran məhz milli-mənəvi dəyərlərimizdir və tarixi-etnoqrafik mahiyyəti etibarilə Novruz xalqımızın ən əhəmiyyətli dəyərləri sırasında xüsusi yer tutur. 

Novruzu insanlarımız böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar. Az qala 30 il sonra Qarabağda da bayram tonqalları çatılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Düşmənin dağıdıb viran qoyduğu, bu gün isə Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz növbəti cəlalına hazırlaşır. Builki Novruz da xalqımız tərəfindən hər yerdə - evlərdə, ailələrdə bir başqa büsatla, yüksək ovqatla qeyd edilir.

 

Dəyərlər sistemi

 

Azərbaycan xalqının genetik kodları sayıla biləcək bir çox element bu bayramda öz ifadəsini tapıb. Tarixin çətin sınaqları qarşısında öz milli kimliyimizi qoruyub saxlamağımızda, həyata, dünyaya, insanlara münasibətimizin formalaşmasında Novruzun təlqin etdiyi həqiqətlərin müstəsna əhəmiyyəti var. Novruz milli kimlik nişanəmizdir. O, Azərbaycan xalqı olaraq bizim nə qədər sağlam təfəkkürə, mənəvi-əxlaqi baxışlara malik olduğumuzu, tarixin bütün dövrlərində yeniliklərə, inkişafa açıqlığımızı, keçmişimizi, bu günümüzü və gələcəyimizi göstərir. Bu mənada Novruz sadəcə bir el bayramı deyil, minilliklər ərzində cilalanmış, ulularımızın düşüncələrindən, dünyagörüşündən gələn, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir. 
Novruz bayramının milli dövlətçilik ənənələrimizdə də müstəsna yeri və rolu var. Bu il anadan olmasının 100-cü ildönümü tamamlanan Ümummilli Lider Heydər Əliyev Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu bayrama böyük dəyər verir, xalqımızın birliyinin, bütövlüyünün, mənəvi kamilliyinin, mədəniyyətimizin zənginliyinin və unikallığının əsas rəmzlərindən biri kimi onun qorunması, təbliği istiqamətində dövlət səviyyəsində sistemli tədbirlər həyata keçirilir.      

 

Tarixdən gələn soraq

 

Xalq mövcudluğunu o zaman qoruya bilir ki, özünü qədim əcdadlarla mənəvi əlaqədə hiss edə bilsin. O ruhu daim duysun. Minilliklərin soraqlarını, adət-ənənələrini, bir sözlə, özünəməxsusluğunu mühafizə edib saxlamağı bacarsın.  Belədə həmin millət tarixin aşırımlarında, təlatümlü dolanbaclarında sarsılmır, özünü itirmir. Novruzda  qədimliyimizin bütün çalarları əksini tapıb. Xalqımız bir çox özünəməxsusluqlarını bu bayramda axtarıb. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-ənənələrində, dəyişməz atributlarında cavablar görüb. Ona görə də Azərbaycan xalqı Novruz bayramının hətta qadağan olunduğu vaxtlarda belə onu müxtəlif formalarda keçirib. Bu qədim el bayramına sevgisini qoruyaraq daim nümayiş etdirib. Əslində, xalqımızın əsrlərboyu ağır keşməkeşlərə, istilalara, sərt yaşayış şərtlərinə rəğmən, yenə də öz milli kimliyini mühafizə edə bilməsinə görə bu cür dəyərlərimizə borcluyuq. Məhz Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib. Təsirlər qarşısında aşınması mümkün olmayıb. Əksinə, daha da güclənib, möhkəmlənib, nəsillərdən-nəsillərə ötürülüb. Elmi cəhətdən öyrənilib. Bu bayrama aid folklor nümunələri sənədləşdirilib. Novruzun bir çox simvolu mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb.
Dünya xalqlarının bir çoxunda yazın gəlişi, təbiətin canlanması müəyyən səviyyələrdə qeyd edilir. Bu da onunla bağlıdır ki, qədim insanlar elm və texnologiyaların hələ inkişaf etmədiyi, resursların məhdud, həyat şərtlərinin çox çətin olduğu zamanlarda Yerin öz  oxu ətrafında bir, illik dövrəsini başa vurmasını, baharın gəlişini, təbiətin yenidən canlanmasını, havaların istiləşməsini daim səbirsizliklə gözləmiş, bunu sevinclə qarşılamışlar. Bu bayramla əlaqədar tez-tez işlədilən "həyatın oyanması", "təbiətin canlanması" ifadələri insanın təbiət haqqında ibtidai düşüncələrinə aparıb çıxarır. 
Azərbaycan xalqının malik olduğu Novruz ənənələri isə daha inkişaf etmiş milli təfəkkürün faktıdır və bu da xalqımızın oturaq həyat tərzinə, əkinçilik mədəniyyətinə çoxlarından daha erkən zamanlarda keçməsinə dəlalət edir. Adətə görə, Novruz bayramında müxtəlif toxumlardan, xüsusilə buğdadan səməni göyərdirlər. Səməni baharın rəmzi kimi həm yaşıllığı simvolizə edir, həm də insanın əsas qidası olan əkinçiliyi rəmzləşdirir. Bayrama hələ dörd həftə qalmış hər çərşənbə və nəhayət, bayram günü tonqal qalayıb onun üzərindən atlanmaq, arzuları dilə gətirmək həyatın dörd ünsürünə - oda, suya, havaya, torpağa tapınan ulularımızın irsini yaşadır. Bütün bunlar əkinçiliyin nişanəsidir və nəinki islam dinindən, hətta atəşpərəstlikdən də çox-çox əvvəllər mövcud olan Günəş və əkinçilik etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gəlməsi bəşər tarixinin ən mühüm dövrlərindəndir. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılarından olduğunu göstərir. 

 

Yeni başlanğıclar

 

Halal zəhməti, yeni iş mövsümünü ifadə edən, əkinçilik məişətinin ən dərin qaynaqlarından doğulmuş bu bayramı, əfsuslar olsun ki, əsrlərboyu müxtəlif dinlərə, təriqətlərə bağlamaq istəyənlər də tapılıb. Dünyəvi keyfiyyətlərlə zəngin Novruz bayramını özünün tarixi köklərindən ayırmağa cəhdlər az olmayıb. Eyni zamanda Novruzun tarixi-ideoloji mahiyyətinin, dəyərlərinin hakim siyasi ideologiya üçün təhlükəli sayıldığı, ona görə bu bayramın keçirilməsinin qadağan edildiyi zamanlar da yaşanıb. Sovet dövründə bir neçə onillik ərzində bu bayramın keçirilməsinə imkan verilməməsi, hətta Novruz sözünə qadağa qoyulması buna bir nümunədir. Bununla belə, Azərbaycan xalqı həmişə öz milli bayramına, Novruz  sevgisinə sadiq qalıb.      
Ötən əsrin 70-ci illərində Novruz bayramının ilk dəfə olaraq rəsmi şəkildə qeyd edilməsi və televiziya ilə yayımlanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə, artıq 60-cı illərin sonlarına doğru Novruzun Bakıda və başqa şəhərlərimizdə qeyri-rəsmi səviyyədə bayram kimi qeyd edilməsinə təşəbbüslər göstərilirdi. Qədirbilən, tarixə dəyər verməyi bacaran ziyalılarımızın dəstəyi ilə müəyyən tədbirlər təşkil olunurdu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə Novruzun rəsmi şəkildə qeyd edilməsi və bayram mərasimlərinin televiziya efirindən təqdimatı isə artıq bu dəyərin yaşadılması ilə yanaşı, həm də geniş təbliği demək idi. 
Ümumxalq bayramının belə yüksək səviyyədə keçirilməsi xalqmızın ruhunu yüksəldir, özünüdərk hissini gücləndirir, milli irsə, tarixə böyük sevgi yaradırdı. Ulu Öndərin Novruz dəyərlərinə sevgisinin, bu dəyərlərə bütün imkanları ilə sahib çıxmasının, onları yaşatmağa, qorumağa və yeni nəsillərə təlqin etməyə çalışmasının ən parlaq örnəklərındən biri də bu böyük dövlət adamının hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə çəkilmiş bədii filmlərdə parlaq şəkildə əks olunan Novruz epizodlarıdır. Hüseyn Seyidzadənin Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında çəkdiyi və sovet senzurasının sərt yoxlamalarından sonra 70-ci illərin əvvəllərində tamaşaçı auditoriyasına təqdim edilən "Dəli Kür" filmi bunun bir örnəyi sayıla bilər. Bu film Novruz adətlərimizin ən gözəl şəkildə təqdim olunduğu ekran əsərlərimizdən biri, bəlkə də birincisidir. Keçmiş ittifaq tərkibindəki respublikanın öz milli bayramını bu cür təmtəraqlı surətdə təqdim etməsi o dövr üçün ağlasığan deyildi. Amma rejissor həmin epizodları filmə daxil etməkdə cəsarət göstərmiş, həmin zaman Azərbaycana yenicə rəhbər təyin olunmuş Ulu Öndər Heydər Əliyev də filmə qarşı yönələn sərt tənqidlərə rəğmən rejissorun bu cəsarətini dəstəkləmiş, "Dəli Kür" filminin də, filmdəki Novruz epizodlarının da xalq arasında bu qədər populyarlaşmasına və sevilməsinə şərait yaratmışdı. 
Müstəqilliyin ilk illərindəki təlatümlü zamanlarda xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdaraq ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürən və bu  missiyanı şərəflə yerinə yetirən Ümummilli Lider Heydər Əliyev insanlarımızın həyatına gətirdiyi rifahla, inkişaf meyilləri ilə, gələcəyə böyük arzu və ümidlərlə Novruz bayramına da yeni bir həyat verdi. Novruzu hər bir dünya azərbaycanlısının birlik və bütövlük amalına, milli vəhdət simvoluna, tarixi vətənin bu günü və gələcəyi ilə bağlı ideallarının təcəssümünə çevirdi. 
Ulu Öndər nitqlərində xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Problemi böyüdən başlıca amil budur ki, inteqrasiyalar bir çox halda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir. Ümummilli Liderin böyüklüyü də məhz bu təhdidi düzgün qiymətləndirməsi, onun potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Heydər Əliyevin vətəninə, xalqına, millətinə, ənənələrinə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, əslində, xalqın genetik yaddaşını qorumuşdur. Onun milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər böyük rəhbərin dəyərlərimizə həssas münasibətindən irəli gəlməklə yanaşı, ictimai şüurun oyanmasına da xidmət etmişdir. Təbii ki, görülən işlər sadəcə qayğı olmaqla məhdudlaşa bilməz - bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcəyə əmanət edilməsi, azərbaycanlı məfkurəsinin, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlar idi.
Ulu Öndərin 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi, ümumxalq şənliklərinə qatılması, xalqımıza arzularını yetirməsi, yeni başlanğıclar dövründə insanlarda ümid, əzmkarlıq, böyük dəyərlər aşılaması, şəxsi nümunə yaratması milli dövlətçilik tariximiz üçün zəngin ənənələr formalaşdırdı.

 

Şuşada çatılan  Novruz tonqalları 

 

Novruz ənənələrini layiqincə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlər bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələridir. Bu gün Novruz tonqalları Şuşada, Cıdır düzündə çatılır. Dövlət başçısı "Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram" deyərək bunun tarixi hadisə olduğunu xüsusi vurğulamışdır. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə etmişdir: "Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir". 
Novruz böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsinə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.
Bu gün Azərbaycanın səsi-sözü dünyada eşidilir, dövlətimiz qlobal proseslərə təsir imkanları ilə nüfuzunu getdikcə artırır, türk dünyasının əsas inkişaf mərkəzlərindən biri kimi türkdilli dövlətləri milli-mənəvi dəyərlər ətrafında bir araya gətirir, Azərbaycanın regionda yaratdığı reallıqlarla türk dünyasının ortaq keçmişindən ortaq gələcəyinə doğru aydın bir yol başlanır. 
Ölkə Prezidentinin rəhbərliyi, məqsədyönlü siyasəti, qətiyyəti ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bugünkü inkişafı, abadlığı, vətəndaşlarımızın getdikcə yüksələn rifahı insanlarımızın Novruz arzularının təcəssümüdür. Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmaqla bütün dünyada sülhün, daha gözəl bir dünya, insanın xoşbəxtliyi uğrunda əməkdaşlığın təmsilçisi kimi çıxış edir. Hər il Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamları ilə yüzlərlə insana azadlıq, həyatının davamını cəmiyyət üçün faydalı bir şəxs kimi yaşamaq şansı, yüzlərlə ailəyə sevinc bəxş edir.   
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bir çox mənəvi sərvətimiz kimi, Novruz bayramı da  UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il fevralın 23-də  martın 21-ni  Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna verilən yüksək qiymətin və Azərbaycanın öz dəyərlərini dünyada tanıtmaq, onları mədəniyyətlərarası dialoq amilinə çevirmək əzminin ifadəsidir. Beləliklə, Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, xalqlar arasında əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva edən Novruz dəyərləri xalqımızın ən qiymətli mənəvi sərvətlərindən biri kimi qorunur, inkişaf etdirilir, təbliğ olunur və dünyaya fayda gətirir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!