19 Mart 2023 02:45
1445
Mədəniyyət
A- A+
Novruz bayramı rəssamlarımızın tablolarında

Novruz bayramı rəssamlarımızın tablolarında

 

Azərbaycan təsviri sənət tarixində, xüsusilə rəssamlarımızın yaradıcılığında Novruz bayramının əksi ayrıca bir səhifəni təşkil edir. Baxmayaraq ki sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar qoyulmuşdur. Lakin xalqımız həmişə sevə-sevə bu el bayramını qeyd edərək könüllərdə yaşatmışdı.
Azərbaycan Milli İncəsənət Muzeyində Novruz mövzusunda saxlanılan əsərlər - rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin "Bahar nəğməsi", "Xonça" (Etüd), "Torpağın arzusu", "Azərbaycan nağılı", Xalidə Səfərovanın "Novruz", "Çovkan", "Çovkançılar", Elbəy Rzaquliyevin "Novruz bayramı", Altay Hacıyevin "Novruz sandığı", Əməkdar rəssam Mahmud Tağıyevin "Gül açan bağ", "Bağçada yaz gülləri", istedadlı rəssamlar Həsən Haqverdiyevin "Bahar", Sara Namitokova-Manafovanın "Novruz", Orxan Hüseynovun  "İçərişəhərdə bayram", qrafika sahəsində xalq rəssamları  Əzim Əzimzadənin "Tonqal üstündən tullanmaq", "Kos-kosa", Elmira Şahtaxtinskayanın "Novruz bayramı  ərəfəsində", "Qutablar", əməkdar rəssamlar Ələkbər Rzaquliyevin "Gəlinə hədiyyə ilə" ("Köhnə Bakı" silsiləsindən), Arif Ələsgərovun "Novruz", "Kəndirbazlar" və başqalarının yüksək səviyyədə yaratdıqları rəsmlər tamaşaçılarda böyük maraq və rəğbət doğurur. Adları sadalanan rəssamların çoxu artıq Azərbaycan təsviri sənət tarixində sözlərini demiş və öz yaradıcılıq yolu ilə iz qoymuş görkəmli sənətkarlardır.
Bənzərsiz və zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratmış olduğu bütün tablolarında, baxmayaraq ki rəssam daha çox mənzərə əsərləri yaradırdı, milli mədəniyyətimizin  hansısa bir elementini və ya rəmzi ifadəsini görməmək və duymamaq mümkünsüzdür. Rəssam "Azərbaycan nağılı" adlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmək istəmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla və əsl sənət coşqusu ilə təsvir edilib ki, bu sehrin ağuşuna köklənmədən və bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Rəssam eyni zamanda tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür vurmuşdur, yəni əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək mümkündür. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə də şamil etmək olar.
Xalidə Səfərovanın "Novruz" adlı əsəri olduqca diqqətçəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin  ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin kolorit həlli ilə tamamlanıb. Rəssamın milli çovkan oyununa həsr edilmiş əsərləri də diqqət çəkir.  
Elbəy Rzaquliyevin "Novruz bayramı" əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənliklərinin bədii təsviri əks olunub. Tabloda kəndirbazın oyunu və milli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhvali-ruhiyyəsini təcəssüm etdirir. Əsərin sağ hissəsində təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır. 
Azərbaycan rəssamlıq sənətinin parlaq nümayəndəsi, istedadlı rəssam Əzim Əzimzadənin qrafika sahəsində yaratmış olduğu sənət əsərləri Azərbaycan incəsənətinin qiymətli xəzinəsini təşkil edir. Rəssamın tonqal üzərindən atlanmaq səhnəsini olduqca real təsvir edən rəsminə tamaşa edəndə Novruz bayramının xoş ovqat təəssüratı yaranır. Kos-kosa oyunu da Bahar bayramının ən yaddaqalan ənənəvi  cəhətlərindən biridir. 
Tanınmış rəssam Ələkbər Rzaquliyev öz yaradıcılığında xalqımızın məişət və etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm etməkdən yorulmamışdır. Rəssamın "Köhnə Bakı" silsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, həmçinin özünəməxsus dəqiq işlənilmə xüsusiyyətləri ilə də seçilir. "Gəlinə hədiyyə ilə" adlı əsərində rəssam Novruz bayramı ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntülərini təsvir edib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib. 
E.Şahtaxtinskaya "Novruz bayramı ərəfəsində", "Qutablar" adlı əsərlərini yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam Novruz bayramına hazırlıq mərhələsində, qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamı təsvir edib. Hər iki əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarlığı və zəngin kolorit həlli ilə diqqəti cəlb edir. Bu bədii əsərlər həm də milli etnoqrafik xüsusiyyətlərimizin mükəmməlliklə təsviri baxımından da əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr edilmiş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir.  Xalqımızın tarixində və məişətində geniş şəkildə kök salmış və hər il dövlət səviyyəsində qeyd edilən bu bayram və onun gözəl xüsusiyyətləri bütün zamanlarda rəssamlarımızın ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü  tapacaqdır. 

Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü, sənətşünas, dissertant

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!