14 Mart 2023 01:29
975
Mədəniyyət
A- A+
Novruz alimlərimizin tədqiqatlarında

Novruz alimlərimizin tədqiqatlarında

 

Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və genişdir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayram tarixi inkişaf boyunca qədim milli-mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olmuşdur. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruz xalqımızın tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayan ən əziz bayramdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilsə də, sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilmiş, dini bayram sayılmışdır. Təqvimlərin, rəsmi bayram statuslarının təsiri nə qədər olursa olsun, "Novruz" özündə mövsüm mərasimi mədəni kompleksini qoruyub. 
"Novruz" artıq beynəlxalq status qazanmış bayramlardandır. Orta Asiyadan Balkanlara qədər olan böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı artıq böyük təntənə ilə keçirilməkdədir. Əlbəttə, bu həm də milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin beynəlxalq aləmə çatdırılması istiqamətində önəmli bir hadisədir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü mərhum Azad Nəbiyev  "Novruz sülh, dostluq və humanizm bayramıdır"  araşdırma məqaləsində  Şərqin, eləcə də Azərbaycanın böyük bayramı olan Novruzun əzəli kökə malik tarixini, rəmzlərini, mənəvi-əxlaqi dəyərlərini, etiqadlarını oxucuların nəzərinə çatdırmışdır. Müəllif göstərməyə çalışmışdır ki, ruhunda humanizm idealları, sülh, dostluq olan bu bayram xalqımıza, el-obamıza, ailələrə bolluq, firavanlıq, əmin-amanlıq və xoşbəxtlik vəd edir. 
Tanınmış alim Ədibə Paşayeva tədqiqata cəlb etdiyi "Novruz dünyanı bəzəyir" adlı əsərində XX əsrdə, xüsusən sovetlər dövründə Novruz bayramının qadağalara, yasaqlara məruz qalmasına baxmayaraq, bu milli sərvətimiz haqqında materialların toplanması, nəşri və tədqiqi sahəsində böyük zəhmətlər sərf etmiş F.Köçərli, Ə.Abid, H.Zeynallı, Vəli Xuluflu, Hümbət Əlizadə. S.Mümtaz, Y.V.Çəmənzəminli, M.H.Təhmasib kimi ziyalıların xidmətlərini təqdirəlayiq hesab etmişdir.
Tədqiqatçı alimlərin uğurundan xəbər verən "Azərbaycanda Novruz" ("Çıraq" nəşriyyatı, Bakı, 2012) kitabında xalqımızın, o cümlədən əsrlərcə Azərbaycanda yaşayan azsaylı xalqların yaddaşında, qanında, canında qorunub saxlanan Novruz bayramının yasaqlar dövründə necə yaşadılması barədə müəllif xatirələri yer almışdır. Mirzə İbrahimov, Aida İmanquliyeva, Teymur Bünyadov, Azad Nəbiyev, Vasim Məmmədəliyev kimi tədqiqatçıların Novruzla bağlı fikirlərini, elmi məqalələrini oxuduqca adamın qəlbində əsl Novruz ovqatı yaranır. Sanki belə bir bayramı yaşadığına sevinirsən. Xalq yazıçısı, akademik Mirzə İbrahimov Novruzun xalqın mifoloji təsəvvürləri ilə bağlılığı və xalq adətləri, rəvayətləri və s. barədə geniş məlumatlar vermişdir. Professor Aida İmamquliyeva "Novruz şərq ölkələrində" araşdırmasında Mərkəzi Asiya (Qazaxıstan, Sibir, Altay və Şimal Qərbi Çin türkləri - uyğurlar), Ön Asiya (Şərqi Anadolu, Zaqafqazya, Cənubi Azərbaycan və Özbəkistan türkləri) və Şərqi Avropanı (qaqauzlar, Krım, Bolqariya, Yuqoslaviya, Kipr türkləri) əhatə edən coğrafiyada yaşayan türk xalqları tərəfindən Novruz bayramının keçirilməsinin məzmun etibarı ilə eyni, şəkilcə müxtəlif olduğunu ortaya qoymuşdur. Aida İmamquliyeva Novruzun yaranması barədə M.Rəsulzadənin fikirlərinə yer vermiş, Mərkəzi Asiyadan Balkanlara qədər böyük bir ərazidə məskunlaşan türk xalqları tərəfindən Novruz bayramının keçirilmə formalarını təsvir etməklə yanaşı, bəzi ölkələrin sərhədləri daxilində yaşayan digər xalqlar tərəfindən Novruz bayramının qeyd olunması, inkişafı və müasir dövrümüzdə qorunub saxlanılması ilə bağlı dəyərli fikirlərini söyləmişdir.
Akademik Teymur Bünyadov "Novruz milli həyatın etnoqrafik aynasıdır"  əsərində bu bayramın yaranmasını əkinçilik mədəniyyəti ilə əlaqələndirərək Qədim Şərqdə təşəkkül tapdığını və Azərbaycan xalqının bu bayramın yaranmasında, inkişaf etməsində öz töhfəsinin, payının və yerinin olduğunu bildirərək Novruzun tarixinin 4000 il bundan əvvələ təxmin edildiyini yazmışdır. Məqalədən aydın olur ki, Teymur Bünyadov etnoqrafik və tarixi faktlara, Azərbaycanın görkəmli alimlərinin əsərlərinə əsaslanaraq Novruzun yaranma tarixi və təşəkkülü ilə bağlı kifayət qədər geniş araşdırmalar aparmışdır.
Akademik Vasim Məmmədəliyev isə "Novruz və islam" əsərində bayramın tarixən hər cür siyasi görüş və əhvalatlardan uzaq olduğunu, elat həyatının bütün etnoqrafik gözəlliklərini özündə əks etdirən, yüksək ideyaları ilə xalqları birliyə, həmrəyliyə, qarşılıqlı anlaşmaya və dostluğa səsləyən bir bayram olduğunu qeyd etmişdir. Müəllif Novruz bayramının zaman-zaman siyasi və dini məhdudiyyətlərə məruz qaldığı, xalqımızın islam dinini qəbul etməsindən sonra keçirilməsi ilə bağlı baş vermiş proseslər barədə ətraflı yazmışdır. 
Çərşənbələr mövsüm mərasimləri ilə əlaqəli arxaik bir təqvim olmaqla keçdiyimiz zəngin mədəniyyət tarixinin bir parçasıdır. Min illərdir mədəniyyətimizin digər nümunələri kimi, İlaxır  çərşənbələr də yaz mövsümü mərasimlərimizi özündə əks etdirən hadisə kimi qorunur və yaşadılır.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!