17 Iyul 2024 09:55
364
Təhsil
A- A+

Norveçdə təhsil alan azərbaycanlı gənc Fizika İnstitutunun qonağı olub

 

Norveçdə IB məktəb proqramı üzrə təhsil alan azərbaycanlı Səbinə Quliyeva Fizika İnstitutunun qonağı olub.

İnstitutdan bildirilib ki, görüşün məqsədi Fizika İnstitutunda aparılan elmi-tədqiqat işləri, elmi müəssisədə mövcud olan müasir maddi-texniki baza haqqında məlumat əldə etmək və təhsil dövründə qazandığı biliklərin real tədqiqat mühitində yerini müəyyənləşdirmək olub.

İnstitutun elmi katibi Afət Kərimova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov Səbinə Quliyeva ilə görüşüblər. Görüşdə qonağa institutun fəaliyyət istiqamətləri, elmi araşdırmaları barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları haqqında müzakirə aparılıb. Vurğulanıb ki, Fizika İnstitutu perspektivli və həvəsli gənclərə hər zaman dəstək olmağa hazırdır.

Səbinə Quliyeva İngiltərə və Norveçdə bir neçə aparıcı universitetlərdə təhsilini davam etdirmək üçün müraciət edəcəyini bildirib. O, fizika elminə böyük marağı olduğunu vurğulayıb. Səbinə Quliyeva bu istiqamət üzrə bakalavriat təhsilini davam etdirmək istədiyindən Fizika İnstitutu ilə tanış olduğunu söyləyib. O, Azərbaycanda fizika və riyaziyyat fənləri üzrə bir sıra olimpiadalarda iştirak etdiyini və mükafata layiq görüldüyünü bildirib. Qeyd edib ki, Norveçdə regional səviyyədə təşkil olunmuş olimpiadanın da qalibi olub.

Daha sonra institutun əməkdaşları Səbinə Quliyevaya laboratoriyalarda aparılan tədqiqatlar, istifadə olunan avadanlıqlar haqqında məlumat veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video