04 İyun 2025 08:55
376
DÜNYA
A- A+
Niderlandda hakim koalisiya dağılır

Niderlandda hakim koalisiya dağılır


Ermənipərəst və antiislamçı siyasətçi hökuməti tərk edir


Niderlandda ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders bildirib ki, onun partiyası immiqrasiya ilə bağlı fikir ayrılıqları səbəbindən hökuməti tərk edir.  Bu, onsuz da qeyri-sabit olan hakim koalisiyanın dağılmasına və görünür, növbədənkənar seçkilərin keçirilməsinə səbəb olub.

Vilders partiyasının 2023-cü ilin noyabrında keçirilən seçkilərdə gözlənilməz qələbəsindən sonra koalisiya tərəfdaşları ilə razılaşdırılmış "indiyə qədərki ən sərt immiqrasiya siyasəti"nin həyata keçirilməsinin asta tempindən narazılığını ifadə edib. "Sığınacaq planlarımızda bizim imza yoxdur... PVV koalisiyanı tərk edir", - deyə Vilders "X" sosial şəbəkəsində bildirib. Gert Vilders vurğulayıb ki, Azadlıq Partiyasından olan bütün nazirlər Niderland hökumətini tərk edirlər. AFP agentliyi xəbər verir ki, bu, ifrat sağçı partiyaların Avropada güc qazandığı bir vaxtda Aİ-nin beşinci ən böyük iqtisadiyyatında siyasi qeyri-müəyyənlik dövrünü açır. Ölkədəki hökumət böhranı Niderlandın dünya liderlərinin NATO sammitinə evsahibliyi etməsinə bir neçə həftə qalmış baş verir.

Vildersin sürpriz seçki qələbəsindən 18 ay sonra sorğular göstərir ki, PVV-nin reytinqi azalsa da, hələ liderliyini qoruyur. Onun ardınca Avropa Komissiyasının keçmiş vitse-prezidenti Frans Timmermansın rəhbərlik etdiyi sol mərkəzçi Yaşıllar/Solçular partiyası və ənənəvi olaraq Niderland siyasətində güclü partiya olan liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) gəlir.


Miqrasiyanın qarşısını almaq üçün sərt plan


Mayın sonunda Vilders gözlənilmədən mətbuat konfransı keçirərək Baş nazir Dik Shof hökumətinə səbrinin tükəndiyini açıqlayıb. Onun immiqrasiyanın qarşısını almaq üçün 10 bəndlik yeni planı bir neçə həftə ərzində həyata keçirilməsə, koalisiyanı parçalayacağı ilə hədələyib.

Vildersin planına sığınacaq axtaranlar üçün sərhədlərin bağlanması, sərhəd nəzarətinin gücləndirilməsi və cinayətlərə görə məhkum edilmiş ikili vətəndaşların deportasiyası daxildir. O, tələblərini ümumiləşdirərək deyib: "Sığınacaq axtaranlar və ailələrin birləşməsini istəyənlər  üçün sərhədləri bağlayın. Artıq yerləşdirmə mərkəzləri yoxdur. Olanları bağlayın".

Siyasətçilər və hüquqşünaslar bu təklifləri icrası mümkün olmayan  və qanunsuz adlandırıblar. Bəziləri hesab edirlər ki, Vilders hökuməti devirmək üçün qəsdən böhrana yol açıb. Vildersi immiqrasiya əleyhinə baxışlarına və fərqli saç düzümünə görə tez-tez "Niderlandlı Tramp" adlandırırlar.


Gert Vilders üçün siyasi perspektivlər


Vildersin partiyasının seçkilərdə qalib gəlməsinə baxmayaraq, onun ölkəyə rəhbərlik etmək cəhdi uğursuz olub. Koalisiyadakı tərəfdaşları onun baş nazir postuna namizədliyini əngəlləyərək, yerinə kompromis fiqur olan Dik Shofu seçiblər. Dörd koalisiya partiyasının liderləri öz partiyalarını parlamentdən idarə edərək nazir postlarını tutmamaq barədə razılığa gəliblər.

Vilders parlamentdə barışmaz fiqur olaraq qalır və bunu Timmermansla şifahi duelləri də göstərir. Ekstravaqant siyasətçi dəfələrlə bəyan edib ki, onun antiimmiqrasiya gündəmini həyata keçirməyin yeganə yolu baş nazir olmaqdır. Amma Niderlandın parçalanmış siyasi sistemində heç bir partiya 150 yerlik parlamentdə mütləq çoxluğu qazanmaq imkanında deyil və Vildersin müttəfiqlərə ehtiyacı var.

O, "Fermerlər və Vətəndaşlar Hərəkatı" aqrar partiyasının (BBB) dəstəyinə arxalana bilər. Lakin onun hazırkı, ancaq qeyri-sabit koalisiya tərəfdaşı olan VVD-dən olan liberalların dəstəyi şübhə altındadır. Koalisiyanın dördüncü partiyası - antikorrupsion "Yeni Sosial Xartiya" xarizmatik lideri Piter Omtsiqin gedişindən sonra seçicilər arasında dəstəyini itirib. 

Xatırladaq ki, ifrat sağçı ermənipərəst Gert Vilders islam, miqrasiya, Niderlandın Aİ-yə üzvlüyü və Ukraynaya hərbi yardım ayrılmasına qarşı çıxan siyasətçi kimi tanınır.

Son məlumata görə, Niderlandın Baş naziri Dik Shof istefa verib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!