06 Dekabr 2024 08:40
2085
Elm və texnika
A- A+
Nicatın növbəti uğuru

Nicatın növbəti uğuru


Azərbaycanlı gənc beynəlxalq olimpiadanın qalibi olub


Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Tarix Olimpiadası keçirilib. Dünyanın 30-a yaxın ölkəsindən 900-dən çox gəncin qatıldığı olimpiadanın final mərhələsində beş ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Anqola və Çindən olan gənclər birincilik uğrunda yarışıblar. Qızğın mübarizədən Azərbaycan təmsilçiləri qalibiyyətlə ayrılıblar. Ölkəmizin adını bu mötəbər yarışda ən yüksək pilləyə ucaldan qaliblərdən biri də Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Nicat Əliyev olub. 

Sözügedən beynəlxalq yarışda qazandığı uğurlardan danışan Nicat Əliyev qürurla söylədi ki, Qarabağ Zəfərindən sonra Azərbaycan gəncliyi istənilən platformadakı mübarizəyə qalib ölkənin təmsilçiləri kimi qatılır və bu, onlara əlavə stimul, ruh yüksəkliyi, qələbə əzmi verir.


Qalibiyyətə aparan yol


Azərbaycan gəncliyi cəmiyyətimizin ən aparıcı qüvvəsidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti sayəsində fəal vətənpərvər gənclər yetişib. 

2004-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açan Nicat Pərviz oğlu Əliyev də fəal gənclərimizin sıralarında ölkəmizin inkişafına töhfə vermək, maraqları naminə səylə çalışır. 2021-ci ildə Azərbaycan Dillər Universitetinin Alman dili müəllimliyi ixtisasına qəbul olunan Nicat Əliyev bu təhsil ocağında sosial sahədə də aktiv fəaliyyətə başlayıb. Əvvəlcə universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini olub, 2023-cü ildən isə sədridir. Bununla yanaşı, "ASAN xidmət"də və digər dövlət qurumlarında könüllü kimi fəaliyyət göstərib. 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Respublika Forumunda Nicat Əliyev "İlin Tələbə Gənclər Təşkilatı Sədri" nominasiyasına layiq görülüb.

Nicat Əliyev üçün ümumilikdə 2024-cü il uğurlarla bol olub. Bu günlərdə Beynəlxalq  Tarix Olimpidasında qalib olan, eyni zamanda dekabrın 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinin üzvü seçilən gənc fəalla görüşüb xoş təəssüratlarını bölüşdük.  

Nicat Əliyev söylədi ki, Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Tarix Olimpiadasında Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nigar Hüseynova ilə birlikdə komanda şəklində iştirak ediblər: "Olimpiadaya keçirilən onlayn seçim mərhələlərindən sonra mənə və komanda yoldaşıma qəbul olunduğumuza dair mesaj gəldi və bizi Sankt-Peterburqda baş tutacaq yarımfinal və final mərhələsinə dəvət etdilər. Yarımfinalı da adlayıb finala vəsiqə qazandıq. Sankt-Peterburqda olduğumuz müddətdə Azərbaycan nümayəndə heyəti adından Rusiyanın NTV kanalına müsahibə verdim və olimpiadanın gedişatı haqqında təəssüratlarımı da bölüşdüm.  

Olimpiadada suallar hər mərhələdə getdikcə çətinləşdirilirdi, amma finalda daha qəliz idi. Əsasən I və II Dünya müharibələrini əhatə edən suallar detallı bilgilər tələb edirdi. Bu mərhələdə  qazaxıstanlı, qırğızıstanlı, anqolalı və çinli gənclərlə aramızda gərgin rəqabət getdi. Amma Azərbaycan komandası olaraq bu qızğın mübarizədən qalib ayrılmağı bacardıq. Çünki hədəfimiz qalibiyyət idi deyə ona gedən yolda qarşımıza çıxan bütün çətinlikləri səylə aşdıq". 

Olimpiadada birinci yerə çıxdığı üçün böyük sevinc hissi keçirdiyini dilə gətirən Nicat Əliyev onu da dedi ki, qalib ölkənin qalib gənci olduğu üçün fəxr duyur. 


Tarixi ilk


Dekabrın 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VII Hesabat-Seçki Konfransı keçirilib. Konfransda ittifaqın idarə heyəti və sədri seçilib. 

Özü də idarə heyətinə üzv seçilən Nicat Əliyev məlumat verdi ki, ATGTİ-nin baş katibi Rəşad Zeynalov ittifaqın növbəti müddət üçün sədri vəzifəsinə layiq görülüb: "ATGTİ-də artıq yeni komanda formalaşıb. Qarşıda gənclərin inkişafı üçün yeni hədəflər müəyyən edilib və bu ümumi məqsədlərə çatmaq üçün səylərimizi birləşdirmişik".

ATGTİ-nin ölkəmizdə fəaliyyət göstərən 101 ali və orta ixtisas təhsili müəssisəsindəki tələbə gənclər təşkilatlarını bir çətir altında birləşdirdiyini deyən Nicat Əliyev söylədi ki, Qafqazın ən böyük Tələbə Gənclər Təşkilatları İttifaqı statusunu daşıyan bu qurumda cari ildən etibarən Qarabağ Universitetinin təmsil olunması da bir başqa qürurverici məqamdır: "Bu il sentyabrın 20-də Dövlət Suverenliyi Günündə Xankəndidə Qarabağ Universitetinin Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirildi. Bu tarixi hadisə həm də Qarabağ və Şərqi Zəngəzura elmimizin də qayıdışının müjdəsi oldu. Mindən çox tələbə böyük qürur hissi ilə bu ali təhsil müəssisəsində oxumağa üz tutdu. Qarabağ Universitetinin Tələbə Gənclər Təşkilatının fəaliyyətə başlaması tarixi bir ilkdir. Artıq bu təşkilatın sədri də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyətinə üzv seçilib. Şanslı gənc nəsilik ki, ölkəmizin həyatında baş verən bu qürurverici hadisələrə şahidlik edirik". 


Yurda qayıdış hüququ


Bu günlərdə Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda ikinci beynəlxalq konfrans keçirildi. Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnun diqqət mərkəzində olacağı konfransın təşkilat komitəsində yer aldığını da qeyd edən Nicat Əliyev məlumat verdi ki, tədbirə 50-dən çox ölkədən 200-dən çox xarici iştirakçı qatılıb: "Hesab edirəm ki, bu beynəlxalq konfrans qərbi azərbaycanlıların yurdlarına qayıdış hüquqlarının bərpası istiqamətində mühüm əhəmiyyət kəsb edəcək". 

 Göründüyü kimi, elm pilləsində uğurla irəliləyən 20 yaşlı gənc ictimai, sosial fəaliyyətində də qarşısına qoyduğu hədəflərə çatmaq üçün böyük əzm nümayiş etdirir və yeni üfüqlərə doğru əminliklə addımlayır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!