21 Avqust 2024 09:15
2486
Oxucu məktubları
A- A+
"Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir"

"Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir"

 

"Azərbaycan" qəzetinin 5 iyul 2024-cü il tarixli sayında dərc edilmiş "Quzu əti mərəzi" sərlövhəli məqaləyə münasibət bildirilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış müraciətə baxılmışdır.
Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Maarifləndirmə işlərinin aparılması ölkədə ət və ət məhsullarının istehsalının artırılmasına, ət istehsalında itkilərin qarşısının alınmasına istiqamətlənmiş fəaliyyətə dəstək xarakteri daşımaqla heyvanların aşağı çəkidə kəsilməsi prosesini qismən zəiflədir. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, örüş yerlərinin və yay otlaqlarının azlığı fermerlərin heyvanbəsləmə imkanlarını məhdudlaşdırır və heyvanları aşağı çəkidə kəsimə vermələrinə səbəb olur. Bu problemin qarşısını almağın əsas yollarından biri qapalı şəraitdə bəsləmə üsulunun təşviqidir ki, bu istiqamətdə də nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.
Heyvanların aşağı çəkidə kəsiminin inzibati yollarla məhdudlaşdırılması ölkədə ət və ət məhsullarının daha da bahalaşmasına gətirib çıxara bilər. Fermerlərin örüş yerləri və yay otlaqlarına çıxış imkanlarının yaxşılaşdırılması, qapalı şəraitdə heyvan yetişdiriciliyinin dövlət tərəfindən dəstəklənməsi ət istehsalını daha da artırmağa, aşağı çəkidə kəsim problemini mərhələli şəkildə aradan qaldırmağa imkan verəcək.

Sarvan CƏFƏROV,
Kənd təsərrüfatı nazirinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Yaponiyaya xəbərdarlıq etdi  

14:33
12 Oktyabr

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

14:03
12 Oktyabr

Marburq qızdırmasından 13 nəfər öldü

13:46
12 Oktyabr

İtaliyada dəmiryolçuların tətili başlayır

13:33
12 Oktyabr

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

13:21
12 Oktyabr

100 il əvvəl itkin düşmüş alpinistdən xəbər var

13:13
12 Oktyabr

Maykl Jordanın əşyaları hərraca çıxarılır  

13:11
12 Oktyabr

Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir  

13:03
12 Oktyabr

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

12:44
12 Oktyabr

Şimali Koreyadan Rusiyaya əsgər göndərilir

12:25
12 Oktyabr

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

12:22
12 Oktyabr

Tramp o şəxslərə ölüm cəzası istədi

12:13
12 Oktyabr

Süni zəka modelləri Yerə ciddi zərər vura bilər

11:40
12 Oktyabr

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

11:38
12 Oktyabr

ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun

11:24
12 Oktyabr

“Whatsapp”ın yeni funksiyası

11:11
12 Oktyabr

Azərbaycan neftinin bahalaşması davam edir

11:09
12 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

11:06
12 Oktyabr

“Boeing” işçilərini ixtisar edir

11:01
12 Oktyabr

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

10:57
12 Oktyabr

Ötən gün 48 cinayətin üstü açılıb

10:39
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!