01 Dekabr 2025 19:01
506
İQTİSADİYYAT
A- A+
Nazirlər Kabineti Rəqəmsal Maliyyə Mərkəzi MMC-nin yaradılmasına dair struktur dəyişikliklərini təsdiqləyib  

Nazirlər Kabineti Rəqəmsal Maliyyə Mərkəzi MMC-nin yaradılmasına dair struktur dəyişikliklərini təsdiqləyib  


Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri təsdiqləyib. Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərar dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional strukturun formalaşdırılması məqsədi daşıyır.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər daxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid platformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılıb. Bu istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Qərara əsasən, Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusional statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də rəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC adı altında fəaliyyət göstərəcək.

Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.

Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın artırılmasına mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Şuranın iclasında Ortamüddətli Büdcə Çərçivəsi sənədinin hazırlığı ilə bağlı tapşırıqlar verilib  

18:05
14 Aprel

AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  

18:04
14 Aprel

Çin ilə İspaniya arasında əməkdaşlıq gücləndirilir

18:02
14 Aprel

Dünya iqtisadiyyatı yenidən təzyiq altında

17:51
14 Aprel

Türkiyədə məktəbdə atışma: keçmiş şagird 16 nəfəri yaralayıb və intihar edib

17:43
14 Aprel

Azərbaycan futbolunda yeni körpü  

17:32
14 Aprel

Bahar Muradova: Qadınlar Şurası qərarvermə prosesində qadınların daha fəal iştirakına imkan yaradacaq

17:26
14 Aprel

Dneprə endirilən raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, 25 sakin yaralanıb

17:24
14 Aprel

AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib

17:23
14 Aprel

Sabah gündüz yağıntılar tədricən kəsiləcək, aprelin 16-da hava şəraiti sabitləşəcək

17:23
14 Aprel

Dünyanın ən yaxşı 15 qapıçısı açıqlanıb - SİYAHI

17:21
14 Aprel

ABŞ və İran birbaşa danışıqların ikinci raundunu keçirə bilər

17:21
14 Aprel

Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub  

17:20
14 Aprel

Psixopatlar hansı peşələrə meyil edirlər?

17:11
14 Aprel

Uşaqlar üçün yeni təhlükəsizlik sistemi istifadəyə verilib  

17:00
14 Aprel

Hörmüz boğazında gərginlik: ABŞ-nin təyyarədaşıyan gəmisi Oman körfəzinə daxil olub  

16:53
14 Aprel

İran hökuməti müharibənin ölkəyə 270 milyard dollar zərər vurduğunu açıqlayıb

16:51
14 Aprel

Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb

16:50
14 Aprel

AMB: İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna təsiri gözlənilmir

16:49
14 Aprel

Kayrat Sarıbay: AQEM Qadınlar Şurasının yaradılması inklüziv idarəetməyə doğru mühüm addımdır  

16:49
14 Aprel

Bahar Muradova: İnanırıq ki, AQEM Qadınlar Şurası səmərəli mexanizmə çevriləcək

16:43
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!