14 Aprel 2026 18:04
218
CƏMİYYƏT
A- A+
AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  

AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında bitki sağlamlığı sahəsində birgə fəaliyyət, o cümlədən zərərli orqanizmlərin erkən aşkarlanması məqsədilə süni intellekt, uzaqdan müşahidə və GIS (Geographic Information System) xəritələşmə texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi və tətbiqi proseslərinin təkmilləşdirilməsi məqsədilə Latviya təcrübəsinin öyrənilməsi, o cümlədən pestisidlərin insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə Avropa İttifaqının risk əsaslı yanaşmalarının tətbiqinə dair metodoloji dəstəyin əldə edilməsi məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

D vitamininin həddindən çox qəbulu təhlükəli ola bilər

18:21
14 Aprel

Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edilib - YENİLƏNİB 

18:21
14 Aprel

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

18:18
14 Aprel

“Bakı-Xankəndi” velosiped yarışının təşkilinə həsr olunmuş növbəti iclas  

18:14
14 Aprel

Nazir: AİB ilə indiyədək 5,5 milyard dollarlıq maliyyələşmə həyata keçirilib

18:10
14 Aprel

İngiltərənin sahil xəttini niyə dəqiq ölçmək mümkün deyil?  

18:10
14 Aprel

Karibdə güclü yağışlar səbəbindən insanlar evlərini tərk ediblər

18:09
14 Aprel

Böyük Qayıdışın şəhərsalma modeli: Qarabağın və Şərqi Zəngəzurun sıfırdan formalaşdırılan arxitekturası 

18:07
14 Aprel

İqtisadi Şuranın iclasında Ortamüddətli Büdcə Çərçivəsi sənədinin hazırlığı ilə bağlı tapşırıqlar verilib  

18:05
14 Aprel

AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  

18:04
14 Aprel

Çin ilə İspaniya arasında əməkdaşlıq gücləndirilir

18:02
14 Aprel

Qadın sahibkarlığının inkişafı diqqət mərkəzindədir – Bakıda mühüm müzakirə  

17:53
14 Aprel

Milli Məclisin sədri Türkiyəyə işgüzar səfərə gedib  

17:52
14 Aprel

Dünya iqtisadiyyatı yenidən təzyiq altında

17:51
14 Aprel

Türkiyədə məktəbdə atışma: keçmiş şagird 16 nəfəri yaralayıb və intihar edib

17:43
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!