29 İyul 2026 12:20
237
İQTİSADİYYAT
A- A+
Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib


Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl Enerji Zonası” elan edilmiş azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Nazir vurğulayıb ki, Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.

Ötən iclasdan bəri dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan, həmçinin istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Bu çərçivədə Şükürbəyli kəndinin, Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılışının həyata keçirildiyi qeyd olunub.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 KSES-in inşasının, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb. Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.

Sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, habelə Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.

Bildirilib ki, ümumilikdə azad edilmiş ərazilərdə indiyədək 2500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8000 kVt-dan çox olan Günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. İşıqlandırma qurğularının 43 faizi, yəni təqribən 3500 ədədi Günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Həmçinin elektrik doldurma qurğuları, evlərin və binaların izolyasiyası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyunda bankların kredit portfeli 935,5 milyon manat artıb

13:23
29 İyul

Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həlak olub

13:16
29 İyul

Şahzadə Harri ilə bağlı işə yenidən məhkəmədə baxılacaq

13:09
29 İyul

Azərbaycan Orta Dəhlizin aparıcı iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir

13:02
29 İyul

Ötən ay fiziki şəxslərin müddətli əmanətləri 129,6 milyon manat artıb

12:55
29 İyul

“Telegram”ın həmtəsisçisi Rusiyada ömürlük həbs cəzasına məhkum edilə bilər

12:48
29 İyul

Qazaxıstanla Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

12:41
29 İyul

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

12:34
29 İyul

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!