09 Fevral 2024 09:42
1034
CƏMİYYƏT
A- A+
Naxçıvan Muxtar Respublikasının hüquqi statusu

Naxçıvan Muxtar Respublikasının hüquqi statusu

 

2024-cü ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtar respublika kimi təsis edilməsinin 100 ili tamam olur. Prezident İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yaranmasının siyasi tariximizdə mühüm hadisə olduğu nəzərə alınaraq, 100 illik yubiley geniş qeyd edilir.
Naxçıvanın muxtariyyəti tarixi zərurətdən irəli gəlib. Belə ki, 1918-20-ci illərdə bölgədə çox mürəkkəb tarixi şəraitin yaranması, Zəngəzurun itirilməsi nəticəsində Naxçıvan torpağının Azərbaycandan ayrı düşməsi uzun illərdən bəri xarici havadarlarının köməyi ilə bu diyara sahib olmağı arzulayan erməniləri cəsarətləndirmişdi. Lakin Naxçıvanı Ermənistana birləşdirmək cəhdi yerli əhalinin kəskin etirazı ilə qarşılaşmışdı. 1921-ci ilin yanvarında Naxçıvanda onun Azərbaycan SSR tərkibinə daxil olması barədə referendum keçirilmiş, rəy sorğusunun nəticəsində əhalinin 90 faizi Naxçıvan diyarının Azərbaycan SSR-in tərkibində qalmasına tərəfdar çıxmışdır.
Naxçıvanın muxtariyyət statusu ilk dəfə 16 mart 1921-ci il tarixli Moskva müqaviləsində öz əksini tapıb. Həmin müqavilənin 3-cü maddəsinə görə, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil edilir. Analoji müddəa 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinin 5-ci maddəsində də təsbit olunub. Moskva və Qars müqavilələri beynəlxalq hüquqi akt kimi Naxçıvan Muxtar Respublikasının gələcək mövcudluğunun və inkişafının təminatçısı oldu. SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR-in sonrakı konstitusion aktları bu beynəlxalq müqavilələri əsas götürdülər. Bu, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun "Azərbaycan SSR-in tərkibində muxtar Naxçıvan diyarının yaradılması haqqında" 1922-ci il noyabr tarixli qərarında da öz əksini tapmış və Birinci Zaqafqaziya Sovetlər Qurultayının 12 dekabr 1922-ci il tarixli xüsusi qərarında tanınmışdı.
16 mart 1921-ci il tarixdə elan edilmiş Naxçıvan SSR Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 16 iyun 1923-cü il tarixli qərarı ilə Azərbaycanın tərkibində Naxçıvan diyarına çevrildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Diyarı muxtar respublika kimi yenidən təşkil olundu. 
Azərbaycan SSR-in 1927-ci, 1937-ci və 1978-ci il konstitusiyalarında Naxçıvanın statusu ilə bağlı məsələlər öz əksini tapmışdı. 
Müstəqil Azərbaycanın Konstitusiyasının Vlll fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının statusuna həsr olunub. 134-cü maddədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu Konstitusiya ilə müəyyən edilir və Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 
Naxçıvanın muxtariyyəti Azərbaycanın unitar dövlət quruluşu formasına xələl gətirmir. Birincisi, Naxçıvanın muxtariyyəti ərazi muxtariyyətidir və bu status Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmamasından irəli gəlir. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi". İkincisi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlanarkən Azərbaycanın Konstitusiya quruluşunun əsasları ilə bağlı əsas xüsusiyyətlər -  siyasi hüquq və azadlıqlar, vahid məhkəmə quruluşu, qanunvericiliyin vahid əsasları, vahid dövlət dili və dövlət rəmzləri, vahid vətəndaşlıq, vahid silahlı qüvvələr, vahid milli valyuta və maliyyə-kredit sisteminin tətbiqi nəzərə alınıb.
Bütün bunlar unitar dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycanın suverenliyinə təminat verməklə Konstitusiyada öz əksini tapıb. Azərbaycan dövlətçiliyinin vahidliyi həm Azərbaycan Konstitusiyası, həm də Naxçıvan Konstitusiyası ilə təsbit olunub. Azərbaycan Konstitusiyası normativ hüquqi aktların Naxçıvanda birbaşa hüquqi qüvvəyə malik olduğunu qeyd edir. Azərbaycan Konstitusiyası, qanunları, Prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları Naxçıvan ərazisində məcburidir. Naxçıvan Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Konstitusiyasına və qanunlarına, Naxçıvan Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Konstitusiyasına, qanunlarına, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 
Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanları bir-biri ilə üzvi surətdə bağlıdırlar və qarşılıqlı şəkildə ahəngdar fəaliyyət göstərirlər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi vətəndaşların suveren iradəsini ifadə edən ali təmsilçilik orqanıdır. Naxçıvanda icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir və o, Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclisə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. 
Naxçıvanın, bütövlükdə Azərbaycanın siyasi tarixində əsas yeniliklərdən biri də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasıdır. Azərbaycan Prezidentinin 2022-ci il 22 dekabr tarixli 1917 nömrəli fərmanı ilə sözügedən institut təsis edilmişdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək, muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək, ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək səlahiyyətli nümayəndəliyin əsas fəaliyyət istiqamətləridir. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması Azərbaycanın unitar dövlət idarəçiliyi ilə Naxçıvanın muxtar respublika statusunun harmoniyasını təmin edir. Beləliklə, Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, bölgənin iqtisadiyyatının daha da inkişafına, islahatların uğurla həyata keçirilməsinə səbəb olmuş, muxtar respublikaya yerli və xarici investorların cəlb edilməsi prosesini sürətləndirmişdir.
Azərbaycan Konstitusiyasında Naxçıvan muxtariyyətinin konstitusion statusunun əks olunması və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bu statusun təfərrüatlarının işlənib hazırlanması Azərbaycanın konstitusiya quruluşuna möhkəm zəmin yaratmış, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının dövlət orqanları arasında ahəngdar münasibətlərin, bütövlükdə elmi cəhətdən əsaslandırılmış dövlət idarəetmə sisteminin yaradılmasına imkan vermişdir.  
Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli sərəncamı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına ali səviyyədə göstərilən dövlət qayğısının bariz ifadəsi kimi böyük əhəmiyyət kəsb edir.

İsmayıl QƏRİBLİ,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!