12 Mart 2022 14:18
1352
SİYASƏT
A- A+
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü hərbi birləşməyə çevrilib  

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü hərbi birləşməyə çevrilib  

 

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 30 il ötür. Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının “Daxili Qoşunlar Günü” kimi qeyd olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçib, bu sahənin maddi-texniki bazası gücləndirilib.

1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” saylı hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası yaradılıb. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazası xeyli möhkəmləndirilib, genişmiqyaslı quruculuq işləri həyata keçirilib, hərbi hissə abad və müasir şəhərciyə çevrilib. Ordu quruculuğu sahəsində aparılan məqsədyönlü islahatlar və mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində hərbi hissə yüksək standartlar səviyyəsində təchiz olunub. Üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, fəaliyyətini qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi əsasında quran hərbi hissə Naxçıvan Muxtar Respublikasında daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunub qorunmasında fəal iştirak edərək yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir... Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.

Bu gün şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Hərtərəfli diqqət və qayğı sayəsində, hərbi qulluqçuların maddi və sosial rifah halının artırılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Məhz bu tədbirlərin bariz nümunəsidir ki, 2021-ci ildə zabit-gizir ailələrinin istifadəsindəki təmirə ehtiyacı olan 38 mənzildən ibarət beşmərtəbəli yaşayış binası əsaslı təmir olunaraq istifadəyə verilib. Müasir standartlar səviyyəsində qurulan yaşayış binasının istifadəyə verilməsi hərbi qulluqçulara və onların ailə üzvlərinə olan diqqət və qayğının real təzahürüdür. Aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və muxtar respublikada dayanıqlı olan ictimai sabitliyin qorunması bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının qarşısında duran əsas vəzifələrdir. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodik təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir.

Bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü hərbi birləşməyə çevrilib. Naxçıvan Qarnizonu Qoşunlarının “2021-ci tədris ilinə uzlaşma planına” uyğun keçirilən təlimlərdə yüksək peşəkarlıq fəaliyyəti, həmçinin Türkiyə Respublikası Silahlı Qüvvələri ilə birlikdə keçirilən “Sarsılmaz Qardaşlıq – 2021” döyüş atışlı birgə taktiki təlimi bunu bir daha təsdiq etdi. Həmin təlimlərdə fəal iştirak edən “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirib.

Tariximizə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə illərdir, həyata keçirilən ideoloji işin, misilsiz yurd sevgisinin və yüksək vətənpərvərliyin məntiqi nəticəsi idi. “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, ərazi bütövlüyümüzün bərpa olunmasında xüsusi rol oynayıb.

Ümummilli Liderimizin ideyalarına sadiq qalan Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanacaq, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır. Ölkə başçısının da dediyi kimi: “Daxili Qoşunlar inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdırlar və belə də olacaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!