24 Sentyabr 2020 13:01
692
CƏMİYYƏT
A- A+
Naxçıvanda gələcək polislərin andiçmə mərasimi keçirilib

Naxçıvanda gələcək polislərin andiçmə mərasimi keçirilib


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verilib, sonra Azərbaycan Respublikasının dövlət himni oxunub.

Nazir polis andı qəbul edəcək kursantları və məktəbin pedaqoji kollektivini bu münasibətlə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyasını uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bütün sahələrlə yanaşı, daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Orta İxtisas Polis Məktəbinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Nazir deyib: "Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli şəraitdən bəhrələnərək, hər il əvvəlki ilin müsbət göstəricilərindən daha yüksək nailiyyətlər qazanmaqla, fəaliyyətin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində qurulması istiqamətində mütəmadi olaraq yeni metod və vasitələrdən istifadə edirlər. Yaradılmış müasir iş şəraiti və polisin cəmiyyətdə tutduğu mövqe son dövrlər bu orqanda xidmət etmək arzusunda olan gənclərin sayını xeyli artırıb. Bu, muxtar respublika üçün böyük strateji əhəmiyyətə malik olan Orta İxtisas Polis Məktəbinə qəbul üçün müraciət edən abituriyentlərin sayının artmasında da özünü göstərir”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş "Polis əməkdaşlarının andiçmə Qaydaları”na əsasən, bu gün 2020-2021-ci tədris ilində Orta İxtisas Polis Məktəbinə qəbul olmuş 30 kursant "Polis andı”nı qəbul edir. Andiçmə mərasimi hər bir kursant və əməkdaşın həyatında ən yaddaqalan və xüsusi anlamı olan bir gündür. Gənc kursantlar qəbul etdikləri bu anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını yüksəltmək üçün daim bilik və bacarıqlarını artırmalıdırlar.

Vurğulanıb ki, daxili işlər orqanlarında peşəkar kadr potensialının formalaşmasına, qanunçuluğa, xidməti və icra intizamına, etik davranış qaydalarına əməl olunmasına, eləcə də əməkdaşların nəzəri-praktik və mənəvi-psixoloji hazırlığının təmin edilməsinə xüsusi diqqət yetirilir. Ona görə də peşəkar polis əməkdaşı kimi yetişmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun polis məktəbinin açılışında qeyd etdiyi, "Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz” dəyərli tövsiyələri əsas təhsil şüarı kimi yadda saxlanılmalı və bu, tədris prosesində qüsursuz icra olunmalıdır.

Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında təhsil və şərəfli xidmət yolunda "Polis andı” qəbul edən kursantlara uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, Orta İxtisas Polis Məktəbində təhsil alan kursantlar ulu öndər Heydər Əliyev ideyalarına və vəzifə borcuna daim sadiq qalaraq dövlətçilik amallarına sədaqətlə qulluq edəcək, peşəkar polis əməkdaşı kimi yetişmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklər.

Tədbirdə məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, kursant Ruzi Əhmədov çıxış ediblər.

"Polis andı” qəbul edildikdən sonra Daxili İşlər naziri kursantlarla söhbət edib, məktəbin tədris prosesi, yataqxanada və yeməkxanada yaradılmış şəraitlə yaxından tanış olub, kursantlarla birlikdə nahar edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!