11 Yanvar 2025 08:20
146
CƏMİYYƏT
A- A+
Namizədlərin də, seçicilərin də fəallıqları yüksəkdir 

Namizədlərin də, seçicilərin də fəallıqları yüksəkdir 


63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi 20 inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəlik və 17 bələdiyyənin ərazisində yaradılan 51 seçki məntəqəsini, o cümlədən Hacıqabul rayonu üzrə 18 İƏD üzrə nümayəndəlik, 15 bələdiyyənin ərazisində yaradılan 44 seçki məntəqəsini, Kürdəmir rayonu üzrə 2 İƏD üzrə nümayəndəlik və 2 bələdiyyənin ərazisində yaradılan 7 seçki məntəqəsini əhatə edir. 

Seçki dairəsi üzrə seçicilərin siyahısı tam dəqiqləşdirilmişdir. Seçici siyahıları dəqiqləşdirilən zaman 36 nəfər qeydiyyatdan çıxan, 170 nəfər vəfat edən, 123 nəfər hərbi xidmətə göndərilən seçici siyahıdan çıxarılmış, eyni zamanda 28 nəfər yeni qeydiyyata düşən, 126 nəfər hərbi xidmətdən tərxis olunan, səsvermə gününə 18 yaşı tamam olan 519 nəfər, o cümlədən Hacıqabul rayonu üzrə 434, Kürdəmir rayonu üzrə 85 nəfər seçici siyahısına əlavə edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, bələdiyyə seçkiləri günü - yanvarın 29-da 3 seçicinin 18 yaşı tamam olacaq.

Onu da öyrəndik ki, 63 saylı Seçki Dairəsinin əhatə etdiyi məntəqələrdə 80-100 yaşlılar 714, o cümlədən Hacıqabul rayonu üzrə 622, Kürdəmir rayonu üzrə 92 nəfər, 100 yaşdan yuxarı isə 2 seçici qeydə  alınmışdır. Seçici siyahılarının tam dəqiqləşdirilməsi zamanı seçki dairəsi üzrə seçicilərin ümumi sayının 51 min 457 nəfər olduğu müəyyən edilmişdir ki, onun da 43 min 499 nəfəri Hacıqabul,  7 min 958 nəfəri Kürdəmir rayonunun payına düşür.   

Seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində, o cümlədən  səsvermə otağında və digər otaqlarda normal iş şəraiti yaradılmışdır. Bütün seçki məntəqələri səsvermə gününə tam hazırdır. Onlar lazım olan telefon-rabitə, fasiləsiz enerji təminatı ilə təmin olunmuşdur.

Namizədlərə gəldikdə, bizə verilən məlumata görə, seçki dairəsinə müraciət edən 182 nəfərin namizədliyi qeydə alınmışdır. Seçkilərin keçirilməsini  isə 573 nəfər müşahidə edəcək.    

Seçkiqabağı təşviqatın aparılması və kütləvi tədbirlərin keçirilməsi ilə   əlaqədar bütün seçki məntəqəsinin ərazisində Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq DSK-nın təklifi və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yerlər müəyyənləşdirilmişdir. Eyni zamanda qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun çərçivəsində açıq və qapalı yerlər müəyyən edilmişdir. Bunlardan əlavə, seçki praktikasının təkmilləşdirilməsi və səsvermə prosesində şəffaflığın təmin edilməsi məqsədilə rayon mərkəzindəki 8 məntəqədə veb-kameralar quraşdırılmışdır.

63 saylı Hacıqabul-Kürdəmir  DSK aşağı seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkil olunmasını və onların peşə hazırlığı üzrə digər proqramların  mütəmadi olaraq həyata keçirilməsini də təmin edir. İnsan hüquqlarının müdafiəsi  sahəsində görülən tədbirlərin genişləndirilməsi üçün Prezidentin 2011-ci il dekabrın 27-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" sərəncamına əsasən və Təqvim Planına uyğun olaraq dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Panama prezidenti BMT Təhlükəsizlik Şurasına müraciət edəcək  

16:16
11 Yanvar

Lionel Messi Avropaya qayıda bilər

16:05
11 Yanvar

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

16:04
11 Yanvar

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub

15:47
11 Yanvar

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

15:21
11 Yanvar

BOK bürünc medalları sahiblərinə təqdim edəcək

14:13
11 Yanvar

Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

14:01
11 Yanvar

ABŞ yeni silahların yaradılmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub

13:49
11 Yanvar

Gəmilərdən gələn sualtı səs tənzimlənəcək

13:37
11 Yanvar

İnsan düşüncələrini “oxuyan” cihaz hazırlanıb

13:28
11 Yanvar

Yenilənmiş “Tesla Model Y” nümayiş etdirilib

13:20
11 Yanvar

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

12:55
11 Yanvar

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:53
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

12:41
11 Yanvar

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

12:23
11 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

12:13
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır

11:57
11 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

11:39
11 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücülərə müraciət edib  

11:31
11 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb  

11:30
11 Yanvar

Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib  

11:29
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!