11 Yanvar 2025 08:15
145
CƏMİYYƏT
A- A+
Gəncədəki məntəqələrdə hazırlıq işləri başa çatmaq üzrədir

Gəncədəki məntəqələrdə hazırlıq işləri başa çatmaq üzrədir


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə Gəncədəki 4 dairənin məntəqələrində geniş hazırlıq işləri görülür. Yerli özünüidarəetmə orqanlarına keçiriləcək bu seçkilərdə  şəffaflığı təmin etmək üçün bütün tələblərə əməl olunur.

Seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün 39 saylı Gəncə 2-ci Seçki Dairəsində olduq. Dairə seçki komissiyasının sədri Zakir Hüseynovla söhbətdən məlum oldu ki, DSK-nı əhatə edən bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır. Dairə üzrə 36 məntəqə fəaliyyət göstərir. 1 məntəqə isə seçkilərə 5 gün qalmış yaradılacaq. Ümumilikdə dairəni əhatə edən məntəqələrdə 50 mindən artıq seçici qeydə alınmışdır. Seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqələr təmir edilmiş, lazım olan avadanlıqlarla, rabitə və digər texniki vasitələrlə, Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilən təşviqat plakatları və seçki təlimatları ilə təmin edilmişlər. 11 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. Bunlardan əlavə, ilk dəfə səs verəcək gənclərin və yaşı 70-i keçən seçicilərin siyahısı tərtib edilmiş, onlarla seçkilərdə iştirakın əhəmiyyəti barədə söhbətlər aparılmışdır.

24 saylı məntəqə seçki komissiyasının sədri Günel Qəmbərova seçkilərə hazırlığın vəziyyəti barədə məlumat verərək bildirdi ki, 1151 nəfər seçicinin qeydə alındığı məntəqədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Onu da qeyd edək ki, 39 saylı Gəncə II Seçki Dairəsi üzrə  Nizami bələdiyyəsinə 40, Kəpəz bələdiyyəsinə 44 namizəd qeydə alınmışdır. Namizədlərin hər birinə məntəqələri əhatə edən ərazilərdə təbliğat və təşviqat işləri aparmaq üçün yerlər ayrılmışdır. Ümumiyyətlə, yerli özünüidarəetmə orqanlarına ən layiqli namizədlərin seçilmələri üçün bütün imkanlar yaradılmışdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Panama prezidenti BMT Təhlükəsizlik Şurasına müraciət edəcək  

16:16
11 Yanvar

Lionel Messi Avropaya qayıda bilər

16:05
11 Yanvar

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

16:04
11 Yanvar

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub

15:47
11 Yanvar

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

15:21
11 Yanvar

BOK bürünc medalları sahiblərinə təqdim edəcək

14:13
11 Yanvar

Seçkilərinin keçiriləcəyi tarix açıqlanıb

14:01
11 Yanvar

ABŞ yeni silahların yaradılmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub

13:49
11 Yanvar

Gəmilərdən gələn sualtı səs tənzimlənəcək

13:37
11 Yanvar

İnsan düşüncələrini “oxuyan” cihaz hazırlanıb

13:28
11 Yanvar

Yenilənmiş “Tesla Model Y” nümayiş etdirilib

13:20
11 Yanvar

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib  

12:55
11 Yanvar

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:53
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

12:41
11 Yanvar

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

12:23
11 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

12:13
11 Yanvar

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır

11:57
11 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

11:39
11 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücülərə müraciət edib  

11:31
11 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik fəaliyyət planı imzalanıb  

11:30
11 Yanvar

Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib  

11:29
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!