09 Avqust 2017 12:08
278
İQTİSADİYYAT
A- A+
Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilir

Naftalan dünya şöhrətli kurort şəhərinə çevrilir

 

2014-2018-ci illəri əhatə edən regional Dövlət Proqramının uğurla icra olunması nəticəsində Naftalan şəhəri tanınmaz dərəcədə dəyişmişdir. Başqa sözlə,  infrastruktur yenidən qurulmuş, istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilmiş, şəhər yaxın və uzaq xaricdə daha da məşhurlaşmışdır.

Beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - “Çinar”, “Qaşaltı”, “Qarabağ” kimi dünya standartlarına cavab verən mərkəzlər fəaliyyətə başlamışdır. Artıq nəinki isti yay aylarında, hətta qış fəslində də Naftalan  turistlərin diqqətini cəlb edir. Məhz bunun nəticəsidir ki, keçən il burada dincələn və müalicə olunan turistlərin sayı 35 min nəfərə çatmışdır ki, onun da 40 faizə qədərini 52 ölkədən olan xarici vətəndaşlar təşkil etmişdir.

Möcüzəli naftalan neftinin müalicəvi əhəmiyyəti xarici ölkələrin mətbuatında da işıqlandırılır. Türkiyədə nəşr olunan “Akşam” qəzetinin əməkdaşı Eminə Biyik “Xam neftdən gələn şəfa” sərlövhəli məqaləsində Naftalan şəhərindəki beşulduzlu hotellərdən və burada göstərilən xidmətlərdən söz açır, bu möcüzəli məkana dünyanın bir çox ölkəsindən, Türkiyə ilə yanaşı, Avropa ölkələri və Rusiyadan coxlu sayda turistlərin gəldiyini qeyd edir. Bildirir ki, İstanbuldan Gəncəyə təyyarə ilə 2 saata gəldikdən sonra 45 dəqiqəyə avtomobillə yol qət etməklə Naftalana çatmaq olar. Burada sizi təkcə müalicə deyil, böyük təbiət mənzərələri, unudulmaz təəssüratlar gözləyir. Təbii gözəlliklər məskəni olan Azərbaycanla bağlı səyahət xatirələriniz sizi uzun zaman tərk etməyəcək.

Moskvada nəşr olunan “Moskovskiy komsomolets” qəzeti yazır  ki, naftalan məlhəmi çoxlarının yadında hələ uşaqlıq dövründən “möcüzəli” bir vasitə kimi qalıb: onu uşaqlara diatezdən xilas olmaq üçün, yaşlılara isə dərinin sağlamlığı, gözəlliyi və hamarlığı üçün məsləhət görürdülər. Haqlı olaraq “Cənubi Qafqazın Baden-Badeni” ləqəbi almış Naftalan kurortu sağlamlaşdırıcı turizm mülahizələrinə görə İsrailin Ölü dəniz kurortu və Avropanın məşhur müalicəvi kurortları ilə layiqincə rəqabət aparır.

Naftalan haqqında Polşa mətbuatında  “Neft məhsulları ilə müalicə” sərlövhəli, Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən “goldenbridgenews.com” saytında “Naftalan nefti - möcüzə” adlı məqalə yayılıb. Hər iki məqalədə Azərbaycanın bu unikal müalicəvi nefti haqqında maraqlı fikirlər söylənilir.

Naftalan nefti əsasında hazırlanan yeni məhsullar üzərində iş aparılır. “Qətransız naftalan məlhəmi” MMC-nin təsisçisi, Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev deyir ki, 70-dən artıq xəstəliyin müalicəsində tətbiq edilən bu məlhəmlər uzun illər yalnız Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzlərində istifadə olunub. Xarici turistlər ölkələrinə qayıdarkən özləri ilə naftalan məlhəmini aparmaq arzusunda olduqlarını bildirirlər. Lakin bu vaxta qədər naftalan məlhəminin sənaye üsulu ilə istehsalı və qablaşdırılması həyata keçirilmədiyindən bu mumkün olmurdu. İndi isə yüksək texnologiya əsasında qablaşdırılaraq “Made in Azerbaijan” brendi ilə  onun istehsalına başlanılmışdır. Hazırda həmin məlhəmlərin satışı üçün Ukrayna, Rusiya və Qazaxıstanla danışıqlar aparılır. Yaxın vaxtlarda isə bu məlhəmlərin Rusiyada, Polşada, İtaliyada və Fransada sərgi-satışının keçirilməsi nəzərdə tutulmuşdur.

“Qaşaltı” sağlamlıq mərkəzinin baş həkimi Şahin Babayev söhbət zamanı dedi ki, bu sağlamlıq mərkəzi 350 yerlikdir və demək olar ki, ilin bütün fəsillərində burada boş yer olmur. Bu da ondan irəli gəlir ki, etdiyimiz müalicələr effektli olur. Bir gələn bir də gəlir. Hazırda mərkəzdə 70-dən artıq xəstəliyin müalicəsi aparılır. Xəstələri ən müasir tibb avadanlıqları ilə müayinə edir, müalicə aparırıq.

Müalicə kursu keçən Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən gəlmiş Sergey Mosetsev dedi ki, ikinci ildir burada müalicə alıram. Çox böyük nəticələr görürəm. Keçən il 10 naftalan vannası qəbul etmişdimsə, bu il həkimlər 5-ni məsləhət gördülər. Xidmətdən də çox razıyam.

Qazaxıstanlı Vladimir İqzotov həyat yoldaşı Tatyana ilə birlikdə gəlmişdi. O dedi ki, Azərbaycanda belə bir yerin olduğunu turizm bürosundan öyrəndim. İndi görürəm ki, bura gəlməkdə yanılmamışıq. Özümüzü çox gümrah hiss edirik. Müalicə ilə yanaşı, yaxşı dincəlirik. Bunun üçün şəhərdə hər cür şərait yaradılıb. Axşamlar Azərbaycanın incəsənət ustalarının konsertlərini dinləyirik. Hərdən ətraf bölgələrə ekskursiyalar da təşkil edilir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!