06 Dekabr 2024 21:36
394
İQTİSADİYYAT
A- A+
“MVM Group”un rəhbər heyəti Səngəçal terminalı ilə tanış olublar

“MVM Group”un rəhbər heyəti Səngəçal terminalı ilə tanış olublar

Bu ilin 3-cü rübündə əldə edilən razılaşmaya əsasən Macarıstanın “MVM Group” şirkəti Şahdəniz qaz yatağında 5 faiz, ixraç boru kəməri sistemində Azərbaycan Qaz Təchizatı Şirkətinin (AGSC) 4 faiz səhminə malik olub. “MVM Group”un bu sövdələşməsi Macarıstanın qaz mənbələrinin şaxələndirilməsi və enerji təchizatçısından asılılığın azaldılması strategiyasına, eləcə də Avropa İttifaqının diversifikasiya səylərinə uyğun olaraq həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, “MVM Group”un rəhbərliyi imzaladıqları layihələrin həyata keçirilməsində mühüm rol oynayan Səngəçal terminalı ilə tanış olmaq üçün bu mühüm strateji obyektə səfər ediblər.

Macarıstan şirkətinin nümayəndələrini Səngəçal terminalının istehsalat üzrə meneceri Eldəniz Məmmədov və bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıblar.

Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başladı. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması və terminalda yerləşən BTC əsas nasos stansiyası ərazisində keçirilən təntənəli mərasim vaxtına təsadüf edib. 2005-ci il may ayının 25-də baş tutan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin sabiq Prezidenti Əhməd Necdət Sezər, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, ABŞ-ın keçmiş energetika naziri Samuel Bodman, Böyük Britaniya Krallığından Şahzadə Endryu, bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Braun və digər yüksəkvəzifəli şəxsləri iştirak edib.

Bildirilib ki, Prezident İlham Əliyev və Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu ilə birlikdə qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzinin rəsmi açılışını elan edib. Tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Qivami Rəhimli qonaqlara bp şirkətinin regionda fəaliyyəti barədə təqdimat edib. Təqdimatda dünya neft sənayesində Azərbaycanın əldə etdiyi birinciliklər qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. XIX əsrin ikinci yarısında Azərbaycanda biznes fəaliyyətinə başlayan Nobel qardaşlarının 1878-ci ildə Xəzər dənizində suya salınan “Zərdüşt” gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş 833 km boru xətti dünyada ilk ən böyük neft kəməri olub.

Azərbaycan həm də dünyada ilk dəfə olaraq 1949-cu ildə Xəzərin “Neft Daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan yeni neft erasına qədəm qoyaraq, qlobal və regional güclərin maraqlarını balanslaşdıraraq, bp və tərəfdaşları ilə birlikdə Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük enerji layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaradıb.

Qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək buradakı infrastrukturla, texnoloji qurğularla tanış olublar. Bildirilib ki, Xəzər dənizindəki yataqlardan hasil edilən neft və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, “Şahdəniz” yatağından hasil edilən qaz, o cümlədən AÇG-dən çıxarılan neft terminala nəql olunur, Cənubi Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa xətləri ilə dünya bazarına ixrac edilir.

Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunan, Səngəçaldan başlayan əməliyyatlar qlobal enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qivami Rəhimli Azərbaycanın mühüm geostrateji məkanda yerləşməsi, Xəzərdən hasil olan karbohidrogenlərdən əlavə üçüncü tərəfin resurslarını mövcud infrastruktur və ixrac boru xətləri vasitəsi ilə nəql etmək imkanları barədə də qonaqları ətraflı məlumatlandırıb.

Qonaqlara Xəzərdən hasil olan karbohidrogenlərin ixrac boru kəmərləri ilə nəql etmək imkanları, istehsalatdan başlayaraq əməliyyatlara qədər, məhsulun həcmi, ölçmələrdən tutmuş həcmlərin nəzarəti, boru kəməri sisteminin təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib. Qonaqlar Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətini nəzarətdə saxlayan, problemləri aşkara çıxara bilən nəzarət idarəetmə mərkəzi ilə də tanış olublar.

Sonda Qivami Rəhimli bp şirkəti adından “MVM Group”un terminala səfəri ilə əlaqədar simvolik məna daşıyan “Şahdəniz” suvenirini hədiyyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

11:54
17 Yanvar

“Türkiye” qəzeti: Ermənistan tez və ya gec Prezident İlham Əliyevin bütün tələblərini yerinə yetirəcək

11:41
17 Yanvar

“YAŞAT” Fondu şəhid Cavidan Ağayevin anasının əməliyyat xərclərini ödəyib

11:17
17 Yanvar

Ötən gün 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  

11:15
17 Yanvar

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

10:56
17 Yanvar

Çində əhalinin sayında azalma ardıcıl üçüncü ildir davam edir  

10:53
17 Yanvar

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

10:48
17 Yanvar

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

10:42
17 Yanvar

“Azeri Light” markalı neft ucuzlaşıb

10:24
17 Yanvar

DİN: Ötən gün 71 cinayətin üstünün açılması təmin olunub

10:22
17 Yanvar

Roma Papası yıxılaraq qolundan zədələnib

10:06
17 Yanvar

Ruben Vardanyanın məhkəməsi başlayır

09:41
17 Yanvar

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır

09:35
17 Yanvar

Türkiyə XİN: ABŞ-ın Cənubi Kiprlə bağlı qərarını qınayırıq

09:31
17 Yanvar

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

09:19
17 Yanvar

Mifopoetik ənənələrdə çillələr

09:15
17 Yanvar

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

09:10
17 Yanvar

Bakı Limanı Xəzər regionunda əsas logistika qovşağı kimi fəaliyyətini genişləndirib

09:05
17 Yanvar

Cəbrayıl daha 153 sakinini qarşıladı

09:00
17 Yanvar

Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu

08:55
17 Yanvar

Paşinyan hakimiyyətini çətin günlər gözləyir

08:50
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!