13 Noyabr 2024 14:55
199
CƏMİYYƏT
A- A+
Muxtar Babayev: COP29 çərçivəsində iqlim fəaliyyəti üçün su təşəbbüsü elan ediləcək  

Muxtar Babayev: COP29 çərçivəsində iqlim fəaliyyəti üçün su təşəbbüsü elan ediləcək  

Noyabrın 13-də COP29 çərçivəsində “İqlim dəyişikliklərinin su hövzələrinin azalmasına mənfi təsiri” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi su məsələsinin COP29-un əsas prioritetlərindən biri kimi müəyyən edilməsində Azərbaycanın liderliyini yüksək qiymətləndirib, daha geniş iqlim dəyişikliyi üzrə Bakı dialoqunun yaradılmasını alqışlayıb.

O, iqlim dəyişikliklərinin səbəb olduğu su problemlərinin insanların həyatına, gələcək nəsillərə təhlükə yaratdığını, bir çox su hövzəsində, xüsusən də çayda suyun azalmasının özü ilə bərabər aclıq problemini ortaya çıxartdığını deyib. Bildirib ki, iqlim dəyişikliyi su mənbələrinə və infrastrukturuna da ciddi ziyan vurur. Təkcə ötən il 32 milyon nəfər daşqın və seldən əziyyət çəkib, aşağı sahil zonasında yaşayan 680 milyon nəfər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzə qalıb. Ona görə də su amili iqlim dəyişikliyi ilə bağlı müzakirələrə və fəaliyyətlərə daxil edilməlidir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) son hesabatına istinad edərək iqlim dəyişikliyinin biomüxtəlifliyə və torpaq deqradasiyasına mənfi təsirlərindən söz açıb. Bildirib ki, bu təsirlər bir-biri ilə, həm də su hövzələri ilə əlaqəlidir. O, dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyinin ekosistemə, Xəzər dənizi də daxil olmaqla su hövzələrinə mənfi təsirləri barədə danışıb. Su hövzələri ilə bağlı məsələlərin ortaq mövzu olduğunu vurğulayan COP29 Prezidenti əlavə edib ki, kollektiv çağırışlar kollektiv həll tələb edir. Bildirib ki, COP29 çərçivəsində İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi qəbul olunacaq. Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.

Tədbirdə qeyd olunub ki, dünya okeanlarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılsa da, bir çox endoreik su hövzələrində əhəmiyyətli azalmalar müşahidə olunur. Dünya İqtisadi Forumunun məlumatına görə, 1990-cı ildən bəri dünyanın böyük göllərinin 53 faizi kiçilib. Xüsusilə Xəzər dənizi, Aral dənizi, Çad gölü, Titikaka gölü və Viktoriya gölünün ölçülərində kəskin şəkildə azalma var.

Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaranan vəziyyət onun sularını bölüşən Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistana ciddi təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Colen Simone Şol: Velosiped nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yoludur  

23:50
13 Noyabr

Monteneqro Prezidenti: COP29 çox yaxşı təşkil olunub  

23:20
13 Noyabr

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib

22:55
13 Noyabr

COP29: “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum olub

22:11
13 Noyabr

Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib VİDEO  

22:06
13 Noyabr

Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər müzakirə olunub  

21:54
13 Noyabr

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb  

21:43
13 Noyabr

COP29-un sərgi iştirakçısı: Təşkilatçılıq yüksək səviyyədədir 

21:43
13 Noyabr

COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib  

21:40
13 Noyabr

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələri aparılıb.  

21:37
13 Noyabr

Şirkət rəhbəri: COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm  

21:36
13 Noyabr

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb  

21:34
13 Noyabr

Rumen Radev: İqlim hədəflərinə çatmaq üçün davamlılıq və balanslı yanaşmalar çox vacibdir  

21:32
13 Noyabr

Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir  

21:22
13 Noyabr

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksəksəviyyəli sessiya təşkil olunub  

21:20
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb YENİLƏNİB  

21:00
13 Noyabr

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib  

20:58
13 Noyabr

Romina Xurşid Alam: Pakistan iqlim dəyişmələrindən əziyyət çəkən həssas ölkələrdən biridir  

20:56
13 Noyabr

Cennifer Layke: Azərbaycanda yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir  

20:50
13 Noyabr

Devid Lemmi: Ötən il iqlim maliyyəsinin 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib  

20:47
13 Noyabr

Rusiyanın Baş naziri Bakıda BMT-nin Baş katibi ilə görüşüb  

20:37
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!