13 Noyabr 2024 20:58
471
İQTİSADİYYAT
A- A+
Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib  

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib  

COP29 konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın yaşıl enerji keçidi istiqamətində atdığı addımlardan, yaşıl hidrogen istehsalı və ixracı planlarından danışıb.

Yaşıl hidrogenin hazırda qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün zəruriliyi qeyd edilib. COP29 sədrliyinin enerji sahəsində üç təşəbbüsündən birinin hidrogen bəyannaməsi olduğu vurğulanıb. Bu təşəbbüsün ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərini artırmalarına və regional bazarların inkişafına dəstək olmalarına hesablandığı, Azərbaycanın da Hidrogen üzrə Milli Strateji Baxış sənədinin bu məqsədlə hazırlandığı bildirilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı zamanı qeyd edib ki, hazırda balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı ssenarilər nəzərdən keçirilir. Hər ssenari üzrə yaşıl hidrogendən ölkə daxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələb olunan bərpaolunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.

Vurğulanıb ki, 2050-ci ilə qədər yaşıl hidrogenin istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 GVt və 18 GVt həcmində bərpaolunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 GVt həcmində bərpaolunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 GVt-a qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.

Növbəti mərhələdə Strateji Baxış sənədinin tətbiqi planının hazırlanması nəzərdə tutulur.

Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir.

Qeyd edək ki, sözügedən Strateji sənədin hazırlanması məqsədilə Energetika Nazirliyinin sədrliyi ilə əsas maraqlı tərəflərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlardan ibarət işçi qrupu fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Colen Simone Şol: Velosiped nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yoludur  

23:50
13 Noyabr

Monteneqro Prezidenti: COP29 çox yaxşı təşkil olunub  

23:20
13 Noyabr

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib

22:55
13 Noyabr

COP29: “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum olub

22:11
13 Noyabr

Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib VİDEO  

22:06
13 Noyabr

Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər müzakirə olunub  

21:54
13 Noyabr

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb  

21:43
13 Noyabr

COP29-un sərgi iştirakçısı: Təşkilatçılıq yüksək səviyyədədir 

21:43
13 Noyabr

COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib  

21:40
13 Noyabr

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələri aparılıb.  

21:37
13 Noyabr

Şirkət rəhbəri: COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm  

21:36
13 Noyabr

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb  

21:34
13 Noyabr

Rumen Radev: İqlim hədəflərinə çatmaq üçün davamlılıq və balanslı yanaşmalar çox vacibdir  

21:32
13 Noyabr

Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir  

21:22
13 Noyabr

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksəksəviyyəli sessiya təşkil olunub  

21:20
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb YENİLƏNİB  

21:00
13 Noyabr

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib  

20:58
13 Noyabr

Romina Xurşid Alam: Pakistan iqlim dəyişmələrindən əziyyət çəkən həssas ölkələrdən biridir  

20:56
13 Noyabr

Cennifer Layke: Azərbaycanda yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir  

20:50
13 Noyabr

Devid Lemmi: Ötən il iqlim maliyyəsinin 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib  

20:47
13 Noyabr

Rusiyanın Baş naziri Bakıda BMT-nin Baş katibi ilə görüşüb  

20:37
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!