13 Noyabr 2024 21:20
450
İQTİSADİYYAT
A- A+
COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksəksəviyyəli sessiya təşkil olunub  

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksəksəviyyəli sessiya təşkil olunub  

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə yüksəksəviyyəli sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edən prinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektorun töhfələri barədə fikirlərini bildirib.

Qeyd olunub ki, bu məsələdə müsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərin davamlılığı və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Qlobal müstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edən ədalətli yanaşma da mühüm məsələdir. Azərbaycanın davamlı artım və yaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji məqsədlərinə çatmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanması yönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala isə qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinin vacibliyi barədə fikirlərini bildirib.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov qlobal iqlim dəyişikliklərinə qarşı beynəlxalq əməkdaşlıq, region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpaolunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasının önəmi barədə fikirlərini bildirib.

Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoru Cim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadi artım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını, həmçinin faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətini vurğulayıb.

“Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO İqlim Liderləri Alyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumi emissiya səviyyəsini 10 faiz azaltmağa, eyni zamanda, ümumi gəlirlərini 18 faiz artırmağa nail olduqlarını qeyd edib, iqlim fəaliyyətinə özəl sektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, bu sahədə aydın siyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçün həlledici əhəmiyyət daşıyır.

“Fortescue” şirkətinin icraçı sədri Endryu Forrest iqlim dəyişikliyi ilə mübarizədə enerjinin yaşıl mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bərpaolunan enerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərin təşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.

Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə tədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Colen Simone Şol: Velosiped nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yoludur  

23:50
13 Noyabr

Monteneqro Prezidenti: COP29 çox yaxşı təşkil olunub  

23:20
13 Noyabr

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair yan tədbir keçirilib

22:55
13 Noyabr

COP29: “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum olub

22:11
13 Noyabr

Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib VİDEO  

22:06
13 Noyabr

Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər müzakirə olunub  

21:54
13 Noyabr

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb  

21:43
13 Noyabr

COP29-un sərgi iştirakçısı: Təşkilatçılıq yüksək səviyyədədir 

21:43
13 Noyabr

COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib  

21:40
13 Noyabr

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələri aparılıb.  

21:37
13 Noyabr

Şirkət rəhbəri: COP29-da yüksək səmərəli İT həllər təqdim ediləcəyini düşünürəm  

21:36
13 Noyabr

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb  

21:34
13 Noyabr

Rumen Radev: İqlim hədəflərinə çatmaq üçün davamlılıq və balanslı yanaşmalar çox vacibdir  

21:32
13 Noyabr

Mariya Zaxarova: ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir  

21:22
13 Noyabr

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksəksəviyyəli sessiya təşkil olunub  

21:20
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb YENİLƏNİB  

21:00
13 Noyabr

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib  

20:58
13 Noyabr

Romina Xurşid Alam: Pakistan iqlim dəyişmələrindən əziyyət çəkən həssas ölkələrdən biridir  

20:56
13 Noyabr

Cennifer Layke: Azərbaycanda yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir  

20:50
13 Noyabr

Devid Lemmi: Ötən il iqlim maliyyəsinin 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib  

20:47
13 Noyabr

Rusiyanın Baş naziri Bakıda BMT-nin Baş katibi ilə görüşüb  

20:37
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!