19 May 2023 14:06
373
Səhiyyə
A- A+
Mütəxəssis: Öskürək orqanizmin müdafiə mexanizmidir

Mütəxəssis: Öskürək orqanizmin müdafiə mexanizmidir

 

Öskürək orqanizmin müdafiə mexanizmidir. Xəstəlik zamanı öskürək nəfəs yollarında yığılan artıq seliyi və ziyanlı maddələri xaric etməyə kömək edir. Lakin bəzən öskürək çox uzunmüddətli olur. 8 həftədən artıq davam edən öskürəyə tibdə "xroniki öskürək" deyilir.

AZƏRTAC xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin Poliklinika şöbəsinin müdiri Nailə Bağırova deyib. Onun sözlərinə görə, xroniki öskürək xəstəlik deyil, orqanizmdə yaranan müxtəlif problemlərin simptomudur.

Həkim xroniki öskürəyin yaranma səbəblərini sadalayıb: “Siqaret çəkən insanların əksəriyyəti xroniki öskürəkdən əziyyət çəkir. Tüstü bronxların daralmasına və xroniki iltihabına səbəb olur. Tütün məhsullarından istifadə edən şəxslərin çoxunda xroniki bronxit aşkar olunur. Siqaret tüstüsünün mənfi təsiri ilə bağlı yaranan digər bir problem isə bronxların xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik zamanı bronxlarda daralma müşahidə edilir. Nəticədə xəstədə xroniki öskürək, təngnəfəslik, havasızlıq hissi yaranır. Bəzən xəstələr bu simptomları ürək xəstəlikləri ilə əlaqələndirirlər.

Astma xəstəliyi xroniki öskürəyin yaranmasının əsas səbəblərindən biridir. Bu zaman xəstənin bronxlarında daralma və iltihab qeydə alınır. Xroniki öskürək, xırıltılı nəfəsalma, boğulma tutmaları ilə müşahidə olunur.

Reflyüks xroniki öskürəyin səbəbi ola bilər. Bu xəstəlik zamanı mədə şirəsinin bir hissəsi qida borusuna və qırtlağa düşür. Nəticədə nəfəs yollarının spazmı əmələ gəlir ki, bunun nəticəsində insan dayanmadan öskürür.

Burun ciblərinin iltihabı, bəzi dərman preparatlarının qəbulu, ağciyərdə yaranan problemlər də xroniki öskürəyin yaranma səbəbidir. Uzunmüddətli xroniki öskürək orqanizm üçün təhlükəli ola bilər. Bu kimi hallarda mütəxəssisə müraciət etmək və vaxtında müalicə vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

3000 illik şərab aşkarlanıb

16:54
15 Yanvar

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlığı gücləndirir

16:54
15 Yanvar

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

15:58
15 Yanvar

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!