13 Oktyabr 2022 01:18
1082
SİYASƏT
A- A+
Müstəqil siyasət yeritmək qüdrəti

Müstəqil siyasət yeritmək qüdrəti

 

Milli ideologiyanın əsas təməl prinsipi müstəqil dövlətçilik kursudur

 

"Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik".

İlham ƏLİYEV

 

Dünyada beş minədək millət və xalq var.

Onlardan yalnız 203-ü özünə dövlət qura bilib.

Bu dövlətlərin heç də hamısı müstəqil fəaliyyət göstərə bilmir - kimdənsə, hansısa formada asılıdırlar.

 ÇÜNKİ:

* Müstəqil dövlət yaratmaq üçün ərazin, Vətən adını daşıyan torpağın olmalıdır!

* Həmin torpaqdakı insanları yaşatmaq üçün yeraltı və yerüstü sərvətlərə, lazımi imkan və şəraitə malik olmalısan!

* Yaratdığın dövləti yaşatmaq, idarə etmək üçün ağıllı, savadlı, bacarıqlı, vətənpərvər və dövlət idarəçiliyində çalışa bilən övladların olmalıdır.

* Ən nəhayət, müstəqil dövləti qurmağı, yaşatmağı, yüksəltməyi, təlatüm və bəlalardan qorumağı, xalqı ətrafında yumruq kimi birləşdirərək irəli aparmağı bacaran liderin, müdrik və uzaqgörən rəhbərin mövcudluğu da vacib şərtdir.

Bunlardan hansısa çatmayanda, nə dövlət olur, nə də onun müstəqilliyi və siyasəti.

***

Azərbaycan xalqı ilk dəfə müstəqillik arzusunu 28 may 1918-ci ildə həyata keçirdi.

Əslində, bu, Azərbaycan adlı müstəqil dövlətin yaradıldığının bəyan edilməsi idi.

Dövlətçilik təsisatlarını və zəruri strukturları qurmaq, büdcə formalaşdırmaq, xalqın istək və arzularını gerçəkləşdirmək, ölkənin müdafiəsini təşkil etmək və digər təxirəsalınmaz məsələlər öz həllini gözləyirdi.

Mühüm məqamlardan biri Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıtmaq və qəbul etdirmək idi!

 Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti əsas diqqətini Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi təsdiqinə yönəltmişdi.

Belə də oldu: Azərbaycan müstəqil dövlət kimi tanındı, amma çox yaşaya bilmədi!

XI Qızıl ordu Azərbaycanı işğal edərək Rusiyanın tərkibinə qatdı.

Beləliklə, ilk müstəqilliyin ömrü cəmi 23 ay çəkdi.

***

Yetmiş il ömür sürən SSRİ adlı super dövlət 15 müttəfiq respublikadan ibarət idi.

Onların hər birinin ayrıca himni, gerbi, bayrağı və büdcəsi vardı.

Hamısı da özünü müstəqil sayırdı...

Amma "böyük qardaş" - mərkəz nə desəydi, onun sözündən çıxa bilməzdilər.

Moskva isə sözünü "Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı" şəklində yerlərə çatdırırdı.

Hər respublika qazandığını "Ümumittifaq fondu"na göndərirdi, fond isə kimə nə qədər məsləhət bilsə, o qədər ayırırdı.

Əslində, "müstəqil dövlət" adlanan subyektin dövlət büdcəsini Moskva müəyyənləşdirirdi.

Müttəfiq respublikaların hər birinin "Xarici işlər nazirliyi" olsa da, reallıqda formal xarakter daşıyırdı.

Bütün xarici siyasət məsələlərini "SSRİ Xarici İşlər Nazirliyi" həyata keçirirdi.

"Müstəqil dövlət"lərin öz ordusu ola bilməzdi, çünki SSRİ Silahlı Qüvvələri hamısını "qoruyurdu".

Bir sözlə, formal dövlət, formal müstəqillik idi.

***

Qırmızı imperiya laxlayaraq parçalananda SSRİ-nin çətiri altında yaşayan xalqlar müstəqillik arzularını gerçəkləşdirməyə başladılar.

Azərbaycanda bu proses çox ağrılı keçdi!

Həmin dövrdə ölkəyə başçılıq edən A.Mütəllibov Azərbaycanın müstəqil dövlət kimi yaşayacağını ağlına belə gətirmirdi.

Naxçıvanda fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev muxtar respublikanın müstəqilliyini elan edib dövlət atributlarını qəbul edəndə A.Mütəllibov Azərbaycanın SSRİ-nin tərkibində qalmasına xidmət edən referendum keçirirdi.

1991-ci ildə qəbul olunan "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" isə deklorativ xarakter daşıyırdı.

Müstəqil dövlət yaradaraq müstəqil siyasət yürüdülməsi yolunda real və konkret addımlar atılmırdı.

Xalq hərəkatının dalğalarında iqtidara gələn AXC-Müsavat cütlüyünün isə siyasətdən xəbəri belə yox idi!

Onlar "Yakutiyaya bayraq sancmaq"dan danışır, guya "özlərində olan atom bombası" ilə başqalarına hədə-qorxu gəlirdilər.

Belə ağılsız "siyasətləri" sayəsində ölkəni bir dövlət kimi məhvolma həddinə çatdıraraq "vəzifələrini dondurub" aradan çıxdılar.

***

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan dünyaşöhrətli siyasətçi Heydər Əliyev Azərbaycanı bəlalardan qorumaq, müstəqilliyi qoruyub saxlamaq və reallığa çevirmək üçün çox çalışıb-çarpışmalı oldu.

Əvvəlcə Azərbaycanda möhkəm və dönməz sabitlik yaratdı, iki dəfə dövlət çevrilişinə cəhdin qarşısını aldı.

Beynəlxalq təşkilatlarla əlaqələr quruldu, Azərbaycan Avropa Şurasına üzv seçildi.

Dövlətin iqtisadi gücünün möhkəmləndirilməsi üçün "Əsrin müqaviləsi" neft kontraktı imzalandı, daxili və xarici siyasətin konturları cızıldı.

Tale Ulu Öndərimizin düşüncələrini tam reallaşdırmağa imkan vermədi.

Ümummilli Liderimiz qalan işləri siyasi varisinə etibar edərək əbədiyyətə qovuşdu.

Azərbaycan tarixinin ən çətin, ən məsuliyyətli dövründə ölkə rəhbərliyinə gələn cənab İlham Əliyev yarımçıq işləri başa çatdırmaqla yanaşı, ölkənin qarşısında duran və dövrün çağırışlarından irəli gələn bir-birindən məsul, gərəkli və təxirəsalınmaz vəzifələri yerinə yetirməli oldu!

Xoşbəxtlikdən, bunların hamısını uğurla bacardı, Ulu Öndərimizlə bərabər, Azərbaycan xalqının da etibar və etimadını şərəflə doğrultdu.

***

İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən müstəqil siyasət yürütdü.

Bunun üçün iqtisadi müstəqilliyə nail oldu, transmilli layihələri gerçəkləşdirdi, Azərbaycanı logistika mərkəzinə çevirdi, "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin işə düşməsini təmin etdi.

Beləliklə, tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!

İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həllini qarşıya məqsəd qoydu.

Yeni vətənpərvər gənclər nəsli tərbiyə etdi, onların iştirakı ilə möhtəşəm ordu yaratdı, ən müasir texnika ilə silahlandırdı, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məhv edərək düşmənə kapitulyasiya aktını imzalatdırdı.

İlham Əliyev Azərbaycanı müasir, yüksək beynəlxalq imici olan dövlətə çevirmək üçün beynəlxalq qurum və təşkilatlarla müntəzəm iş apardı, hücum diplomatiyasına start verdi, idmanı inkişaf etdirdi, ölkəmizi dünyanı düşündürən problemlərin və çağırışların müzakirə olunduğu beynəlxalq məclislərin keçirildiyi məkana çevirdi.

BMT Təhlükəsizlik Şurasının iclaslarına rəhbərlik etdiyi, Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrlə bağlı atdığı xeyirxah addımlar, qəbul etdiyi qərarlar ölkəmizə xeyli dost qazandırdı və beynəlxalq təşkilatlarda dəstəyimizi əsaslı şəkildə gücləndirdi.

Bu gün Avropa və dünya Azərbaycana ciddi ehtiyac duyur, onunla əməkdaşlığa can ataraq müəyyən fayda görür.

Bütün bunlar müdrik, düşünülmüş, uzaqgörən və cəsarətli siyasətin bəhrələridir.

***

Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısında Ermənistan böyük bacısı Fransa, Avropa İttifaqı və digər dostlarının köməyi ilə Azərbaycana təzyiq göstərərək istəklərinin bir qisminə nail olmaq niyyətində idi.

Bu dəfə də niyyəti puça çıxdı, Paşinyan boynubükük vəziyyətdə qaldı!

Azərbaycan Prezidenti İlham Əliyevin yüksək nüfuzu, şəxsiyyətinə göstərilən dərin hörmət, mühüm məsələlərin həllində mövqeyinin və rəyinin nəzərə alınması, habelə qətiyyətli mövqeyi və möhkəm iradəsi qarşısında təkcə Ermənistan tərəfi deyil, onun havadarları və dostları da geri çəkilmək məcburiyyətində qaldılar.

İlham Əliyev bütün görüş və tədbirlərdə nümayiş etdirdiyi cəsarətli və dönməz iradəsinin arxasında qüdrətli Azərbaycanın iqtisadi gücü, Cənubi Qafqazda tutduğu mühüm mövqe, dünya və Avropa üçün vazkeçilməz gərəkliliyi, dövlət başçısının qətiyyətli, müdrik və uzaqgörən siyasəti dayanır.

Cənab İlham Əliyevin zamanın sınaqlarından çıxmış müdrik deyimi yada düşür: "Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır".

***

Siyasət məqsəd və vəzifədən ibarət olur.

Məqsəd strateji hədəf, vəzifə isə ona çatmaq yollarıdır.

Eyni məqsədə müxtəlif yollarla, üsul və vasitələrlə çatmaq mümkündür.

Əsl siyasətçilər ən qısa və optimal yolları tapıb həyata keçirməkdə bir-birilərindən fərqlənirlər.

Təbii ki, daha səmərəli şəkildə və qısa müddətdə məqsədə çatan siyasətçilər, xalqının və dövlətinin maraqlarını daha yaxşı, dolğun təmin edən bacarıqlı və uzaqgörən siyasətçilər, əsl dövlət xadimi sayılırlar.

Vacib bir məqamı da qeyd edək: yalnız real gücə və imkanlara əsaslanan siyasət insanları məqsədə çatdırır!

Bütövlükdə siyasət ağıllı, düşünülmüş, uzaqgörən, irəlicədən bütün məqamlar nəzərə alınmış olanda gözlənilən səmərəni verir.

Cəsarətli siyasət isə bambaşqadır!

Burada ağıl da, uzaqgörənlik də, dəqiq hesablamalar da olur.

Amma bütün bunların mayasında özünəinamla yanaşı, iqtisadi imkan və siyasi bəsirət də dayanır!

Siyasətin cəsarəti onu yeridənin müdrikliyindən və əminliyindən, tutduğu xəttin doğruluğuna sarsılmaz inamından, məxsus olduğu xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsinə arxalanmağından qaynaqlanır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş və cəsarətli siyasət yeridən yeni tipli lider kimi tanınır.

Onu Avropada məşhurlaşdıran və sevdirən də bu siyasətidir!

Dediyinə daim əməl etməsi, sözünü əmələ çevirməsidir!

Belə siyasətçilərə həmişə və hər zaman hörmət edirlər və onunla hesablaşırlar.

***

* Bu gün İlham Əliyev Avropaya qalib dövlətin rəhbəri və müzəffər sərkərdəsi kimi gedir.

* Bu gün İlham Əliyev Avropaya bu qitənin ciddi ehtiyac duyduğu təbii qazın təchizatçısı kimi gedir.

* Bu gün İlham Əliyev Avropaya güclü Azərbaycanın Prezidenti olaraq öz şərtlərini diktə etmək üçün gedir.

* İlham Əliyev bu mövqeyə vaxtında reallaşdırdığı və hazırda işləyən transmilli layihələrin müəllifi və icraçısı kimi nail olub.

* İlham Əliyev bu mövqeyə böyük uzaqgörənliklə, maneələri dəf etməklə rəhbəri olduğu Azərbaycanın vəsaiti hesabına reallaşdırdığı "Cənub qaz dəhlizi", TANAP və TAP-ın sahibi kimi çatıb.

İlham Əliyev bu mövqeyə həm də 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəsi ilə nail olub!

***

Əslində, Praqa görüşləri İlham Əliyevin diktə etdiyi şərtlərin təsdiqi ilə başa çatdı:

* Qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar, bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü;

* Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı;

* Azərbaycanın etirazı təmin olundu. Belə ki, Aİ və Fransanın birgə sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq, Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcəkdir;

* Ən nəhayət, Azərbaycan Ermənistanın və müdafiəçilərinin canfəşanlığını və ümidlərini boşa çıxararaq kapitulyasiya aktındakı bütün bəndlərin məcburən icrasına nail olur.

***

İlham Əliyevin ölkəyə rəhbərliyinin 19 ilində Azərbaycan möhtəşəm nəticələrə nail olub.

Tam müstəqil siyasət yürüdüb!

Müstəqil siyasət aparmaq üçün gərək kiminsə qapısını döyərək heç kəsdən heç nə istəməyəsən!

Çünki sənə nəsə verəndə öz şərtlərini də qəbul etdirirlər.

Düşünülmüş siyasət yeridib!

Hər şey hesablanıb, zərgər dəqiqliyi ilə ölçülüb-biçilib, təhdidlər və təhlükələr əvvəlcədən duyularaq qarşısı alınıb, vədəsində qabaqlayıcı işlər görülüb!

Belə olmasaydı, hadisələri qabaqlamaq da mümkün deyildi.

Cəsarətli siyasət yürüdüb!

Bu işdə uzaqgörənliyi və xarizması köməyinə çatıb, daima cəsarətinin arxasında ağıllı tədbiri, diplomatik məharəti və özünəgüvəni dayanıb.

Dəyişməz siyasət aparıb!

Çünki bütün addımlarında müstəqil dövlətimizin maraq və mənafeyini güdüb, dövləti gücləndirmək, xalqın arzu və istəklərini həyata keçirmək, rifahını yüksəltmək niyyəti dayanıb!

Dönməz siyasət yürüdüb!

Daim arxasında Azərbaycan xalqının dəstəyini, etimad və etibarını, sevgisini hiss edib!

Xalqın milli birliyinə arxalanıb!

Bütün bunlar müstəqil Azərbaycanımızı möhtəşəm qələbələrə çatdırıb, uğur və nailiyyətlərimiz isə Vətənimizi dünyada hörmət, nüfuz və söz sahibinə çevirib!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!