10 Fevral 2024 10:20
1121
Mədəniyyət
A- A+
Musiqiyə həsr edilən ömür

Musiqiyə həsr edilən ömür

 

Onun dünyaya göz açdığı şəhər Qafqazın Konservatoriyası, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyidir. Musiqişünas Aida Tağızadə 1934-cü il fevralın 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru idi. Anası Sayalı Hacıyeva isə pedaqoji və tibbi təhsil almışdı.
Valideynləri Aida xanımın çox gözəl təlim-tərbiyə və təhsil almasına səy göstərirdi. O da ata-anasının arzu və ümidlərini doğruldurdu. Aida Tağızadə orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil aldı. Həmin məktəbi qırmızı diplomla başa vurdu. Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil oldu. Konservatoriyada fortepiano üzrə ifaçılıq şöbəsində oxumağa başladı. İki ildən sonra təhsilini musiqişünaslıq şöbəsində davam etdirdi. Ali təhsilini böyük uğurla başa vurdu.
Aida Tağızadə 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında əmək fəaliyyətinə başladı. 1979-cu ildə görkəmli bəstəkar Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyası işıq üzü gördü. 1985-ci ildə çapdan çıxan növbəti kitabında isə o, bəstəkar Soltan Hacıbəyovun yaradıcılığını təhlil etmişdi. Elə 1969-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyasında da Soltan Hacıbəyovun əsərlərini, bəstəkarın üslubu üçün səciyyəvi olan bir sıra xüsusiyyətləri yüksək səviyyədə araşdırmışdı.
Müxtəlif qəzet və jurnallarda Aida Tağızadənin 100-ə yaxın məqaləsi dərc olunub. Həmin məqalələrində, əsasən Üzeyir bəy Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov və digər böyük bəstəkarların yaradıcılığı, özlərinə məxsus dəst-xəti, bədii üslubu təhlil edilib. Aida Tağızadə məqalələrində Müslüm Maqomayev, Fidan və Xuraman Qasımova bacıları, Sərvər Qəniyev, Elmira Səfərova, Fəridə Quliyeva, Aida Abdullayeva kimi sənətkarların yaradıcılığına da geniş  yer verib. O, "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun tərtibçisi və elmi redaktorudur.
1996-2007-ci illərdə Türkiyənin Ankara Bilkənd Universitetində çalışdığı zaman da Azərbaycan musiqi mühiti ilə əlaqələrini davam etdirdi. "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun ikinci cildini hazırladı. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 110 illiyinə həsr olunmuş həmin kitab 1997-ci ildə çap olundu.
Aida Tağızadənin istedadlı bəstəkarlarımızın yaradıcılığına həsr etdiyi kitab və broşürləri Azərbaycan musiqişünaslığına dəyərli töhfə hesab edilir. Milli musiqi mədəniyyətinin inkişafına böyük xidmətlər göstərmiş görkəmli sənətşünas, professor Aida Tağızadə bir çox elmi metodik əsərlərin və dərsliklərin müəllifidir. O, eyni zamanda bacarıqlı pedaqoq kimi uzun illər musiqişünaslar nəsli yetişdirib. "Musiqi tarixi" kafedrasının müdiri işlədiyi zaman yüksək təşkilatçılıq bacarığını göstərib. Aida Tağızadənin rəhbərliyi və iştirakı ilə neçə-necə sənətşünaslıq dissertasiyası uğurla müdafiə olundu.

Z.FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təkliflər üçün Dəvətə Əlavə

00:49
23 Yanvar

Addendum to Specific Procurement Notice

00:48
23 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan akkumlyatorların satın alınması məqsədilə müsabiqə elan edir

00:47
23 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun əməkdaşları üçün tibbi müayinənin keçirilməsi və gəmi təmiri zavodlarında həkim məntəqəsinin təşkili xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

00:47
23 Yanvar

Türkiyənin XİN başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk telefon danışığı olub  

23:58
22 Yanvar

Nobel mükafatı laureatı Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalı təqdim edilib

23:57
22 Yanvar

Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb  

23:56
22 Yanvar

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb  

23:53
22 Yanvar

Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı artıb

23:51
22 Yanvar

Tanzaniyada Marburq virusunun yayıldığı açıqlanıb

23:49
22 Yanvar

Quterreş iqlim və süni intellekti bəşəriyyət üçün əsas təhlükələr adlandırıb

23:48
22 Yanvar

38 ölkənin idman gimnastları Bakıda yarışacaq

21:41
22 Yanvar

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

21:37
22 Yanvar

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!