29 Iyun 2024 08:05
154
CƏMİYYƏT
A- A+

Müdafiə və milli təhlükəsizlik xərcləri 7 milyardı ötdü

 

Azərbaycan hərbi potensialını daha da gücləndirməklə regionda sabitliyi təmin etmək niyyətindədir

 

"2024-cü ilin dürüstləşmiş büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 7 milyard 126 milyon manata çatdırılıb. Hərbi xərclərin artırılması bütövlükdə müdafiə və milli təhlükəsizliyin gücləndirilməsinin prioritet olduğunu göstərir".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan həm müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, həm də milli təhlükəsizliyin möhkəmlənməsinə xüsusi önəm verən ölkələrdəndir. Təbii ki, məqsəd Cənubi Qafqazda formalaşmış və bütövlükdə regionun inkişafına xidmət edən yeni düzənin qorunub saxlanılmasından ibarətdir. "Azərbaycan heç bir halda müharibənin tərəfdarı deyil, sülhün və xüsusən də dayanıqlı sülhün əldə edilməsində maraqlıdır. Bununla da praktiki olaraq sülhə töhfə verən ölkələrdən biridir. Sözsüz ki, özünümüdafiə, ərazi bütövlüyü və suverenliyimizin qorunması prioritetdir və bu da təbii ki, müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını tələb edir", - deyə o əlavə edib.
V.Bayramov qeyd edib ki,  Azərbaycanın təxminən dörd il əvvəl müharibə aparmış ölkə olduğunu nəzərə alsaq, bu, xüsusən maddi-texniki bazanın yenidən gücləndirilməsinə ehtiyac olduğundan xəbər verir. Təbii ki, bütün bunlar fonunda dövlət büdcəsinin bu istiqamətlərinə ayrılan vəsaitin həcminin artırılmasını müşahidə edirik. Bu, birmənalı şəkildə Azərbaycanın müdafiə gücünü daha da artırmaqla, ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra məhz bu düzənin qorunub saxlanmasına xidmət edən prioritet istiqamət olduğunu bir daha göstərir. Ona görə də hərbi xərclərimizin artmasında məqsəd stabilliyə, sülhə töhfə verməkdir. 
Deputat vurğulayıb ki, Azərbaycan hərbi xərclərini artırmaqla bir sıra ölkələrdən fərqli olaraq müharibə etmək niyyətində deyil. Yeganə niyyət regionda sülhə və stabilliyə töhfə verməkdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video