19 Avqust 2017 12:08
647
İQTİSADİYYAT
A- A+
Müalicə turizmi

Müalicə turizmi

 

Təbii imkanlar, zəruri şərait, yeniləşən infrastruktur bu sahənin inkişafını stimullaşdırır

 

Azərbaycan təbiətinin özünəməxsusluğu təkcə onun yerləşdiyi regionda deyil, həm də Avropada tanınır. Bu yerlərə vaxtilə səfər edən avropalı səyyahlardan biri, isveçli coğrafiyaşünas alim, geoloq-mineroloq R.Abex xatirələrinin birində yazırdı: “Kim ki Tərtər çayı boyunca Kəlbəcərin İstisu sanatoriyasına və Dəlidağadək getməyib, İsveçrənin gözəlliyinə yalnız o heyran qala bilər”.
Bu füsunkarlığa görə də Azərbaycanın xüsusən dağlıq bölgələri turizmin müxtəlif növləri üçün olduqca əlverişli hesab edilir. On bir iqlim qurşağının doqquzunun yerləşdiyi Azərbaycanda turizmin formalaşma tarixi qədim olmasa da, bu yerlərin təbii gözəlliyindən doymayan ziyarətçilərinin sayı istənilən qədərdir. Həmin ziyarətlərin bu gün də davam etməsi, yəni turistlərin gəlişinin ildən-ilə artması ilk növbədə dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin bütün sahələrdə yeniliklərə və ilklərə imza atması, zəngin mədəniyyətə və qədim tarixə malik xalqımızın milli-mənəvi dəyərlərə malik olması ilə də sıx bağlıdır. Əlbəttə, burada bir sıra digər amillər də istisna deyil. Onlardan biri Cənubi Qafqazın bu bölgəsinin yeraltı və yerüstü təbii sərvətlərə malik olması və səmərəli istifadəsidir. Azərbaycanın əsrarəngiz təbiəti həm də müalicəvi suları, nefti, palçıq vulkanları və dərman bitkiləri ilə də zəngindir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda diqqətçəkən məqamlardan biri turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun, mehmanxana, tibb, eləcə də mədəni-məişət xidmətləri göstərən obyektlərin yaradılması ilə bağlıdır.
Turizm və rekreasiya zonaları dedikdə, insanların əyləncə, istirahət, müalicə və sağlamlığını təmin edən, müvafiq turizm infrastrukturuna malik olan təbiət və mədəniyyət kompleksləri nəzərdə tutulur. Belə zonaların yaradılması 2008-ci ildə dövlət başçısının təsdiq etdiyi “Azərbaycanda turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”də öz əksini tapıb.
“2009-2018-ci illər üçün Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı” bu məsələnin həllində mühüm və vacib sənəd kimi diqqəti cəlb edir. Dünya təcrübəsi göstərir ki, kurort və turizm bir-biri ilə sıx bağlı sahələrdir. Bu baxımdan turizmin inkişafına dair yeni dövlət proqramında kurortlarla turizmin birləşdirilməsi təqdirəlayiq hal hesab edilib.
Mütəxəssislərin qənaətincə, Abşeron yarımadasında Mərdəkan, Zuğulba, Novxanı, Pirşağı, Bilgəh, Şabranda Qalaaltı kimi kurortların ətrafında müasir standartlara cavab verən yerləşdirmə obyektlərinin tikintisi vacibdir. Kurortlarla bağlı dövlət proqramında əsas məsələlər Səhiyyə Nazirliyinə tapşırılırdı. Yeni turizm proqramında isə bu məsələlərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən koordinasiya olunması nəzərdə tutulur. Çünki kurort zonaları yaxınlığında mütləq mehmanxanalar olmalıdır. Tutaq ki, xarici ölkələrdən Naftalana müalicə məqsədilə turistlər gəlib. Onların qalması üçün normal şəraitli mehmanxana olmasa, əlbəttə, problem yaranacaqdır. Demək olar ki, bu gün Azərbaycanda kurortların yaxınlığında sovetlərin dövründən qalma - şəraitsiz, heç bir normaya cavab verməyən sanatoriyalar qalmayıb. Onlar müasir dövrün tələblərinə cavab verəcək şəkildə yenidən və həm də əsaslı şəkildə qurulur. Məsələn, Naxçıvandakı Duzdağda müasir tipli beşulduzlu hotel tikilib. Artıq nəinki MDB məkanından, hətta xarici ölkələrdən də astma xəstələri bu müalicəvi sanatoriyaya üz tuturlar. Bu baxımdan da bütün kurort zonalarında yüksək standartlara cavab verən infrastruktur yaradıldıqdan sonra müalicə üçün gələn xarici turistlərin sayı artmağa başlayıb.
Azərbaycan Turizm və Menecment Universiteti rektorunun səlahiyyətlərini icra edən Eldar Aslanovun fikrincə, kurortlar, eyni zamanda, sağlamlıq turizmi kimi də mühüm əhəmiyyət daşıyırlar: “2002-ci ildən indiyə qədər Azərbaycanda mehmanxana tipli müəssisələrin sayı dəfələrlə artıb. Naftalan, Bilgəh və İstisudakı sanatoriyalarda hər cür şəraitli yerləşdirmə yerləri var. 1500-dən artıq mineral və termal su, bir əsas neft mənbəyi, müalicəvi əhəmiyyətə malik 4 palçıq vulkanı olan ölkəmiz müalicə-sağlamlıq turizmi üçün olduqca zəngin hesab edilir. Göstərilən turizm növləri üçün yüksək şərait isə Naxçıvan, Lerik, Lənkəran, Masallı və Astara kimi regionların payına düşür”.
Naxçıvanda 250-dən çox mineral su mənbəyi mövcuddur. Onların hər biri (Sirab, Badamlı və Vayxır) süfrə suyu kimi istehsal olunur. Lənkəran və Astara bölgələrində isə 100-dən artıq termal su mənbələri var ki, onlara nümunə kimi İstisu, Daşvənd, Qəribləri göstərmək olar. O ki qaldı neft mənbəyinə, bu, dünya əhəmiyyətli Naftalandır. Bu neftdən dərman hazırlanması ilə yanaşı, bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Naftalan neftinin planetimizdə yeganə yatağı Azərbaycandır. Goranboy rayonu ərazisində yerləşən Naftalan istirahət və müalicə sanatoriyası hər il minlərlə insanı qəbul etmək imkanına malikdir.
Naftalan sağlamlıq-müalicə turizm mərkəzi son dövrlər kifayət qədər inkişaf edib. Sanatoriyaya yalnız ölkə daxilindən deyil, xaricdən də turistlər gəlir. Çünki, üstünlüyü müalicəvi xarakter daşımasıdır. Naftalan da daxil olmaqla, uzun müddət ənənəsi olan, amma nisbətən zəif inkişaf etmiş turizm bölgələrimizin ölkə daxilində və xaricində daha geniş tanıdılması istiqamətində təbliğatı çox vacibdir. Həmin ərazilərin xüsusən müalicəvi əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına ciddi ehtiyac var.
Müalicə-sağlamlıq turizmi eyni zamanda, Azərbaycan üçün ən perspektivli istiqamətlərdən sayılır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun qənaətincə, bununla bölgələrin daha sürətli inkişafına nail olmaq mümkündür. Çünki ölkəmiz müalicəvi istirahət mərkəzləri ilə zəngindir. Masallıda İstisu sanatoriyası, Daşkəsənin çoxsaylı müalicəvi bulaqları (Yumurtalı, Narzan, Turşsu, Qiblə, Qayğı, Böyrək, İdris, Seyid bulağı və s.), digər sağlamlıq-turizm mərkəzlərinin adını çəkə bilərik. Lakin həmin mərkəzlər il ərzində müəyyən qədər qonaq qəbul etsələr də, nədənsə bu, hələlik kütləvi xarakter almır.
Termal suların bazasında elə sanatoriyalar var ki, onlar turistlərin daha çox üz tutduğu məkanlardır. Masallı rayonunun Qəriblər kəndindəki “Türkan” sanatoriyası bu baxımdan nümunə göstərilə bilər.
Müxtəlif turizm paketlərinin hazırlanmasında infrastrukturun inkişaf etdirilməsi kimi vacib məsələlər daim aktualdır. Bəzi hallarda müalicəvi sanatoriyalarda qiymətlər də mühüm amil hesab edilir. Qiymətlərin aşağı salınmasına, xidmətin səviyyəsinin yüksəldilməsinə, eyni zamanda, həmin bölgələrin əlverişli turist zonaları olmasının reklam edilməsinə ciddi ehtiyac var. Unudulmamalıdır ki, bu kimi vasitələrlə respublikamızın bölgələrinin daha sürətli inkişafına nail olmaq mümkündür. Bu, ölkəmizin ümumi inkişafının şərtləndirilməsinə töhfə verir.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!