16 Oktyabr 2026 20:06
1362
İQTİSADİYYAT
A- A+
Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub  

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub  


Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən “3+3 platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” dəyirmi masanın mövzuları elektrik enerjisi ticarətinin perspektivləri və region ölkələri arasında enerji strategiyalarının əlaqələndirilməsi olub.

AZƏRTAC xəbər verir ki, iştirakçılar mövcud infrastrukturdan istifadə, regionda iqtisadi əlaqələrin inkişaf etdirilməsi və sabitliyin gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov etibarlı enerji təchizatı üçün mövcud boru kəmərlərindən səmərəli istifadənin və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, diqqəti Azərbaycanın Türkiyə və Gürcüstanla sıx enerji əlaqələrinə, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz tədarükünü təmin edən İranla svop müqaviləsinə çəkib.

E. Nəsirov ötən ilin dekabrında Ermənistana Azərbaycan benzini və dizel yanacağının tədarükünün başlanmasını enerji sektorundakı praktik əməkdaşlığın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə necə töhfə verdiyinə dair nümunə kimi xarakterizə edib.

Rusiyanın enerji nazirinin müavini Roman Marşavin “3+3” regional platforması ölkələrinin enerji strategiyaları mübadiləsi aparmasını və uzunmüddətli perspektivdə - 2050-ci ilə qədər və ya daha sonra birgə sənaye inkişafı strategiyası hazırlamaq barədə düşünməyi təklif edib. O qeyd edib ki, qarşılıqlı dəstək artıq svop əməliyyatları, habelə elektrik enerjisi, neft məhsulları və qazın qarşılıqlı tədarükü vasitəsilə təmin edilir.

İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkküli “3+3” platformasının yeni enerji gündəliyinin inkişafına töhfə verə biləcəyini vurğulayıb. O, mövcud boru kəmərlərindən daha səmərəli istifadənin, tədarükün mövsümiliyini nəzərə almağın və yeraltı anbarların birlikdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan qonşu ölkələrlə enerji əməkdaşlığının perspektivləri barədə danışıb. O, Azərbaycandan artıq təmin edilən yanacaq tədarükünü xatırladıb və gələcəkdə elektrik enerjisi nəqlinin də mümkün ola biləcəyini bildirib.

“Ermənistan qonşu ölkələrlə - İran və Gürcüstanla, uzunmüddətli perspektivdə isə Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirmək niyyətindədir", - deyə E. Martirosyan qeyd edib.

Gürcüstanın “SIKHA Foundation” tədqiqat mərkəzinin təsisçisi və direktoru Arçil Sixarulidze bu ölkənin gələcəkdə platformaya qoşulma ehtimalını istisna etməyib.

Tədbir Rusiya Xarici İşlər Nazirliyi və Energetika Nazirliyi tərəfindən “Roskongress” Fondu və Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun dəstəyi ilə təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib  

17:17
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:09
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər  

16:57
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!