01 Avqust 2024 18:15
439
CƏMİYYƏT
A- A+
Monitorinq Mərkəzində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Monitorinq Mərkəzində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ana dilini və əlifbanı milli kimliyimizin göstəricisi, xalqın sərvəti və varlığının təsdiqi kimi dəyərləndirib. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi təsdiq və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan professor dilimizin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutu kimi qiymətləndirib.

Digər çıxış edənlər ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd etməklə ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda Azərbaycan dilinin saflığının qorunması, təbliği və düzgün tətbiqi işinə xüsusi töhfə verən təhsil və media nümayəndələrinə fəxri fərman, müxtəlif hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!