08 Fevral 2024 09:20
332
CƏMİYYƏT
A- A+
Möhtəşəm etimad, halal qələbə

Möhtəşəm etimad, halal qələbə

 

Prezidentliyə namizədlər qalib alternativlərini - İlham Əliyevi böyük seçki zəfəri münasibətilə təbrik etdilər

 

Dünən günün sonunda Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan etdi. İlham Əliyevin seçki zəfərinin rəsmən bəyan olunması ilə paytaxtda və bölgələrdə vətəndaşlar kütləvi tədbirlər təşkil edərək sevinclərini bölüşdülər. Seçkilərin ilkin nəticələri ilə bağlı əməkdaşlarımız prezidentliyə namizədlərlə əlaqə saxlayıblar. Onlar dünənədək siyasi rəqibləri, bu gün isə artıq yenidən prezident seçilən İlham Əliyevi qəzetimiz vasitəsilə təbrik etdilər.

 

Zahid ORUC:
"İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər komandamıza müsbət təcrübə qazandırdı"

Prezidentliyə namizəd Zahid Orucun adından onun seçki qərargahı bəyanat yayıb. Bəyanatda deyilir: "44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən prezident seçkiləri oldu. 2024-cü ildə 78 ölkədə 83 seçkinin keçirilməsi və son 3 ayda 24 ölkədə növbədənkənar seçkinin elan olunması, ən əsası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi prezident seçkilərinin keçirilməsinin düzgün ali qərar olduğunu aşkar şəkildə ortaya qoyub.
Ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılaraq onların seçkidə iştirakı təmin edilib. Bu fürsətdən istifadə edərək Zahid Oruc da, prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyə qərar verib. Təbliğat-təşviqat prosesində Azərbaycanda keçirilən prezident seçkilərinin azadlıqların tam təmin edilməsi şəraitində, əsas hüquq və azadlıqların qanunla qorunması çərçivəsində keçirildiyi müşahidə edilmişdir. Demokratik prinsiplərin qorunduğu, qanunun aliliyinə əməl olunduğu, namizədlərə heç bir təzyiqin edilmədiyi şəraitdə keçirilən ədalətli və azad seçkilər namizədlər üçün əsl rəqabət meydanına çevrilib.
Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər komandamıza müsbət təcrübə qazandırıb və xalqla daha yaxın ünsiyyətimizə imkan yaradıb. Müşahidəçilərimizin rəyinə əsasən, seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik. Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq".

Qüdrət HƏSƏNQULİYEV:
"Seçkidə inamlı qələbə qazanan İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik"

Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin rəhbəri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası MSK-nın ilkin nəticələrindən sonra bəyanat yayıb.  Bəyanatda deyilir: "Ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkilərin elan olunduğu ilk günlərdə seçkilərə qatılmağa tərəddüd etsə də ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək, "Ədalət, Hüquq, Demokratiya" şüarı, "Böyük Dəyişikliklər" seçki proqramı ilə prezident seçkilərinə qatıldıq. Seçkilərin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da əzmlə mübarizə apardıq. Səsvermə prosesini izləmək məqsədilə partiyamız ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi. Ümumilikdə partiyanın minlərlə müşahidəçisi, seçki qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə edib və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirib. 
Seçkilərin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı, sivil ölkələrdə olduğu kimi, ölkəmizdə də güclü çoxpartiyalı sisitemin yaranmasına yol açacaq ciddi siyasi islahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirib. Seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir, seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik".

Fazil MUSTAFA:
"İnanırıq ki, xalqımızın doğru seçiminin müsbət nəticələri qısa zamanda özünü göstərəcək"

Prezidentliyə namizəd Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş Partiyasının yaydığı bəyanatda isə bildirilir ki, BQP seçkini yüzlərlə müşahidəçi ilə canlı müşahidə edib, həmçinin veb-kameralar quraşdırılmış məntəqələr partiyanın üzvləri tərəfindən davamlı izlənilib və müşahidəçilərin gün ərzində verdiyi məlumatlar seçki qərargahında təhlil edilib. 
Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərin rəyinə əsasən belə hesab edirlər ki, prezident seçkiləri demokratik rəqabət mühitində keçirilib və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb: "Biz, prezidentliyə namizəd Fazil Mustafanın seçki qərargahı olaraq bu prezident seçkilərinin ilkin nəticələrini tanıyır, səsvermənin ilkin nəticəsini qanuni hesab edir və Azərbaycan xalqının böyük etimadını qazanaraq prezident seçilən İlham Əliyevi qələbə münasibətilə təbrik edirik. İnanırıq ki, xalqımızın doğru seçim etdiyi öz müsbət nəticələrini qısa zamanda göstərəcək".
Fazil Mustafa isə qeyd edib ki, Azərbaycanda demokratik seçki keçirilməsi ənənəsinin növbəti mərhələsinə adladıq. Bütün ərazilərimizdə seçki keçirildi. Bu, çox vacib idi. Bu, Azərbaycanın gələcəyi üçün olduqca yeni üfüqlər açır.

Razi NURULLAYEV:
"İlham Əliyev Azərbaycan xalqının böyük etimadını qazandı"
 
Prezidentliyə namizəd Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyası seçkilərin ilkin və "exit poll"arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib.
Partiyanın bəyanatında bildirilir ki, Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvləri və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub. Fevralın 7-də keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.
"Seçkilərin ilkin və "exit-poll"arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə prezident seçilən İlham Əliyevi partiyanın, seçki qərargahının üzvləri və Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə "xeyirli olsun" deyirik".

Elşad MUSAYEV:
"Xalq yenidən Qalib Lideri olan İlham Əliyevə böyük dəstək göstərdi"

Prezidentliyə namizəd Elşad Musayevin adından onun rəhbəri olduğu Böyük Azərbaycan Partiyasının yaydığı bəyanatda isə bildirilir ki, prezident seçkilərinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan BAP bu seçkilərdə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak etmək qərarı verdi. 
Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və rayonunda prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə görüşlər keçirilib. Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə edib və seçki qərargahını müşahidə edilən səsvermə prosesi ilə bağlı məlumatlandırıblar. Səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyinin təsdiqi oldu. "Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkilərdə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi-qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq", - deyə bəyanatda qeyd olunub.

Fuad ƏLİYEV:
"İlham Əliyevi ürəkdən təbrik edir və atacağı bütün addımlarda ona uğurlar arzulayırıq"

Prezidentliyə namizəd Fuad Əliyevin seçki qərargahının yaydığı bəyanatda bilirilir ki, seçki günü bütün ölkə ərazisində 6 mindən çox seçki məntəqəsində və 125 dairənin hər birində müşahidəçilər seçkiləri izləyib və gün ərzində bir neçə dəfə vəziyyətlə bağlı qərargahı məlumatlandırıblar. İstər seçki öncəsi prosesdə, istərsə də səsvermə günü müşahidəçilər tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək neqativ hala rast gəlinməyib. 
"Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda prezident seçkiləri dinc və sakit ab-havada keçmiş, seçkilərdə bütün namizədlər və müşahidəçilər üçün bərabər şərait yaradılmış, bütün seçki prosesi MSK tərəfindən qanunlara uyğun təşkil olunmuşdu.
Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərib. Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq", - deyə bəyanatda qeyd edilir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!