15 Fevral 2023 02:29
1738
İQTİSADİYYAT
A- A+
Mingəçevir regionun enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir

Mingəçevir regionun enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir

 

Mingəçeviri həmişə nur şəhəri adlandırmışıq. Burada fəaliyyət göstərən elektrik stansiyası hazırda ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bir neçə gün əvvəl təməli qoyulan yeni, 1280 meqavat gücündə elektrik stansiyası isə Azərbaycanın elektroenergetika mərkəzi kimi Mingəçevirin önəmini daha da artıracaq.
1976-cı ildə Mingəçevirdə Heydər Əliyevin təşəbbüsü ilə tikilməyə başlayan və 1981-ci ildə Ulu Öndərin özünün iştirakı ilə birinci blokunun açılışı olan stansiya Azərbaycanın bu gözəl şəhərini bütün Qafqazın enerji mərkəzinə çevirmişdir. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkənin enerjiyə ehtiyacının qarşılanmasında böyük xidmət göstərmişdir. Xüsusilə müstəqilliyimizin ilk çətin illərində, əhali işıq qıtlığı yaşayanda Mingəçevir Elektrik Stansiyası öz üzərinə böyük yük götürmüş, xeyirxah bir missiya yerinə yetirmişdir. Son illər isə bu enerji obyektinin salnaməsi yeni səhifələrlə zənginləşmişdir. Prezident İlham Əliyevin göstərişinə əsasən, 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlanmışdır. Cəmi iki ildə 8 blok tamamilə yenidən qurulmuş və 2020-ci ildə əvvəlki gücü ilə yenidən  istifadəyə verilmişdir.
İşığımızı, nur mənbəyimizi gözü götürməyən düşmən Vətən müharibəsinin getdiyi vaxt döyüş meydanından uzaq məsafədə olan stansiyaya qadağan olunmuş silah tuşlamış, lakin mənfur niyyəti elə gözündə qalmışdır.
Azərbaycan isə yeni-yeni enerji qurğularını işə salır. Bütövlükdə ölkəmizin elektroenergetika sahəsi sürətlə inkişaf edir. Son 20 il ərzində 34 elektrik stansiyası inşa edilmiş və onların generasiya gücü təqribən 3400 meqavata çatdırılmışdır. Qeyd edək ki, hazırda mövcud olan ümumi 7200 meqavat generasiya gücünün 3400 meqavatı son 20 ildə yaradılmışdır. 
Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-yenidənqurma işlərinə də məhz elektroenergetika sahəsindən başlanmışdır. Burada artıq 10-dan çox yarımstansiya inşa edilmiş, 10-dan çox su-elektrik stansiyası istifadəyə verilmişdir. Cəmi iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmışdır və bu rəqəm cari ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Yəni təkcə azad edilmiş torpaqlarda 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı bu bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaratmağa imkan verəcək. Üstəgəl, Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı üçün çox böyük potensial var. 
Mingəçevirdə təməli qoyulan yeni istilik-elektrik stansiyası isə 2025-ci ildə fəaliyyətə başlayacaq və enerji potensialımızı daha da gücləndirəcək. Prezident İlham Əliyev onun əhəmiyyətini belə dəyərləndirmişdir: "İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır".
Qeyd edək ki, stansiya ölkəmizın daxili resursları çərçivəsində inşa ediləcək. Layihənin ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına, qalan 40 faizi kreditlər vasitəsilə təmin ediləcək. Tikintiyə yönəldilən maliyyə eyni həcmdə olan stansiyaların tikintisinə sərf edilən vəsaitdən bir neçə dəfə aşağıdır. Səbəb isə səmərəlilikdir. Bir vacib səbəb də odur ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu mövcuddur və sözügedən stansiyanın məhz burada inşa edilməsi məqsədəuyğundur. Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək.
Prezident İlham Əliyev tikiləcək stansiyanın əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!