13 İyul 2025 10:00
859
İDMAN
A- A+
Milli Mətbuat Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib

Milli Mətbuat Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib


Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib. 

Belə tədbirlərdən birində "QOLAT Sport Services & Football Agency" şirkətinin təşkilatçılığı ilə idman jurnalistlərindən ibarət komanda Azərbaycanın futbol veteranları ilə qarşılaşıb. Sabiq FİFA referisi Anar Salmanovun və gənc hakim Toğrul İbadovun idarə etdiyi dostluq matçı veteranların 10:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra çıxış edən veteranlar komandasının üzvü Mahmud Qurbanov media nümayəndələrini yubiley münasibətilə təbrik edib: "Maraqlı qarşılaşma oldu. Təşkilatçılara təşəkkür edirik ki, bunu gerçəkləşdiriblər. Æurnalistlər cəmiyyətin çox önəmli təbəqəsidir. İdman mediası bu fonda xüsusi ilə seçilir".

Futbol mütəxəssisi Tərlan Əhmədov da media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb: "Maraqlı qarşılaşma oldu. Futbolun inkişafı istiqamətində işlər görmək və bunun ictimaiyyətə çatdırılması baxımından medianın rolu kifayət qədər böyük və əhəmiyyətlidir". 

"QOLAT Sport Services & Football Agency"nin direktoru Səid Bağırov isə çıxış edərək peşə bayramını qeyd edən bütün mətbuat işçilərini  təbrik edib, fəaliyyətlərində uğurlar diləyib: "Çox möhtəşəm tədbir oldu. Veteranlara və mediaya iştiraka görə təşəkkür edirik. Hesab edirəm ki, media Azərbaycanda da futbolun, oyunçuların, futbol ictimaiyyətinin populyarlaşmasında böyük təsir qüvvəsinə malikdir. Biz də öz çərçivəmizdə belə bir təşəbbüslə çıxış edərkən hər şeyin möhtəşəm olacağını təsəvvür edirdik, meydanda maraqlı mübarizə getdi". 

Qeyd edək ki, "QOLAT Sport Services & Football Agency" şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Son bir ildə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: CAR millisi Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanıb

09:56
25 İyun

Futbol üzrə dünya çempionatı: Meksika millisi Çexiya üzərində qələbə qazanıb

09:54
25 İyun

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

09:53
25 İyun

Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

09:50
25 İyun

DÇ 2026: Braziliya C qrupunu lider kimi başa vurub

09:49
25 İyun

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır

09:47
25 İyun

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

09:45
25 İyun

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

09:44
25 İyun

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

09:40
25 İyun

“Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları istifadəyə verilib

09:38
25 İyun

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

Məram bəlli, məqsəd aydın

08:15
25 İyun

Ənənədən innovasiyaya

08:10
25 İyun

Pambıqçılıq: dirçəlişdən inkişafa

08:05
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!