15 Noyabr 2023 17:44
1868
PARLAMENT
A- A+
Milli Məclisində 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib

Milli Məclisində 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib

 

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdikləri iclasda dünənki iclasın gündəliyində olan növbəti məsələlər müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti - 8-ci məsələsinin “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O, layihəyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxıldığını söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” Qanuna təklif edilən dəyişikliyin texniki xarakter daşıdığını deyib. Layihəyə əsasən, nağdsız hesablaşmalarla bağlı Qanunun 3.4.11-ci və 3.4.12-ci maddələrində göstərilən tələblər bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşmalara şamil olunur.

Sonra T.Mirkişili “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, ləğv edilən sığortaçının aktivləri onun kreditorları arasında qanunun 119-cu maddəsində müəyyən edilmiş növbəlik qaydasında bölüşdürülür. Təklif olunan dəyişiklik ləğv edilən sığortaçının dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsini nəzərdə tutur.

Həmçinin “Banklar haqqında” Qanunda dəyişiklik olunması barədə (birinci oxunuş) qanun layihəsini təqdim edən komitə sədri bildirib: “Sənəddə müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi, habelə digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi təklifi irəli sürülür”.

Komitə sədri Siyavuş Novruzov və deputat Rüfət Quliyev məsələ ilə bağlı fikir və qeydlərini diqqətə çatdırıblar.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, Qanuna təklif edilən dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.

Komitə sədri diqqətə çatdırıb ki, təklif edilən dəyişikliyə əsasən, sığortaolunanın seçim hüququ il ərzində yarandıqda hüququn yarandığı gündən 15 gün ərzində öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablanması seçim hüququnun yarandığı gündən etibarən tətbiq olunur.

Sonra Tahir Mirkişili “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri bildirib ki, dəyişiklik “Gömrük tarifi haqqında” Qanunun gömrük rüsumlarından azad etmə ilə bağlı 20-ci maddəsinə 6 yeni maddənin əlavə olunmasını özündə ehtiva edir. O qeyd edib ki, sənəd mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar (Mərkəzi Bank, hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslər və sair) tərəfindən bir sıra malların idxalının, eləcə də müəyyən məqsədlər (humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı və sair) üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Qanun layihələrə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Milli Məclisin qərar layihələridir. Bu layihələr Milli Məclisin və Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası ilə bağlıdır. O diqqətə çatdırıb ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, büdcə zərfinə daxil olan digər sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.

Parlamentin işlər müdiri Firudin Hacıyevə Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında bildirib ki, 2024-cü ilin dövlət büdcəsində parlamentin və onun Aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir. O, parlamentin inzibati binasının saxlanması, mühəndis qurğularına və digər avadanlıqlara xidmətin göstərilməsi, habelə Milli Məclisin qanunvericilik və təmsilçilik fəaliyyətinin, parlament tərəfindən keçirilən beynəlxalq səviyyəli tədbirlərin təminatı kimi məsələlər üzrə cari ildə görülən və növbəti ildə planlaşdırılan işlər barədə məlumat verib.

Məsələ ilə bağlı deputatlar Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Hikmət Məmmədov fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi barədə məlumat verə Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, palatanın 2024-cü il üçün xərclər smetası 11 milyon 424 min 588 manat məbləğində nəzərdə tutulur. Bu da cari ildən 798,6 min manat və ya 8 faiz artıqdır. Palata sədri bunun səbəbinin Naxçıvan Muxtar Respublikası üzrə Palatanın İdarəsinin növbəti ildə mərkəzləşdirilmiş qaydada maliyyələşməsi ilə bağlı olduğunu deyib. Palatanın növbəti il üçün nəzərdə tutulmuş xərclərinin təxminən 91 faizi əməkhaqqı xərcləridir.

Məsələ ilə bağlı deputat Fazil Mustafa öz fikirlərini diqqətə çatdırıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 15-ci məsələsi Azərbaycan və Türkiyə qardaşlığının və dostluğunun növbəti nümunəsi olan bir sənəddir. S.Qafarova “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”in təsdiq edilməsi barədə qanun layihəsinin parlamentə təqdim edildiyini söyləyib.

O qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihəsi bir oxunuşda baxılıb, qəbul ediləcək.

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa həmin qanun layihəsi barədə məlumat verib. O, bu məsələnin Azərbaycan dövləti ilə Türkiyə arasında olan qardaşlıq prinsiplərinə əsaslandığını deyib.

Bildirilib ki, Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.

Saziş Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi layihəsinin icrası ilə bağlıdır. Həmin layihənin həyata keçirilməsi məqsədilə müvafiq məbləğdə vəsait Azərbaycan Respublikası Hökuməti tərəfindən ayrılacaq, təyin olunmuş icraçı qurum tərəfindən inşa olunacaq bina və qurğular Türkiyə Respublikası Hökumətinə əvəzsiz olaraq veriləcək.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında sənədin 2 il müddətinə bağlandığını və bu müddət ərzində qeyd olunan infrastruktur layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, rəhbərlik etdiyi komitənin qanun layihəsinə müsbət rəy verdiyini söyləyib.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Musa Qasımlı və Hikmət Məmmədov təqdim olunan sənədin Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətindən danışıblar.

Sonra bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!