05 Sentyabr 2026 08:20
177
SİYASƏT
A- A+
Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib


Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin Sədri Cenevrə Universitetində "Sülhün, dialoqun və davamlı inkişafın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusunda çıxış edib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Sahibə Qafarova çıxışında parlament diplomatiyasının beynəlxalq münasibətlərdə sülhün, dialoqun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, parlamentlər fikir ayrılıqlarının qarşıdurma deyil, müzakirə, qaydalar və məsuliyyət çərçivəsində idarə olunması üçün mühüm platformadır. Milli Məclisin Sədri ölkələr arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, qarşı tərəfin mövqeyinin daha yaxşı anlaşılması və dialoqun davam etdirilməsi baxımından parlamentlərə  mühüm imkanlar verildiyini söyləyib.

O bildirib ki, parlament diplomatiyası müxtəlif formalarda, o cümlədən  parlament rəhbərlərinin görüşləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, komitələrarası əməkdaşlıq, regional və qlobal parlament forumlarında iştirak vasitəsilə həyata keçirilir. 

Münasibətlərin gərgin olduğu dövrlərdə parlament diplomatiyasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Milli Məclisin Sədri  bildirib ki, belə vəziyyətlərdə parlamentlər əlaqələrin qorunmasına və tərəflər arasında ünsiyyətin davam etdirilməsinə töhfə verirlər. Spiker deyib ki, dialoq bütün problemləri dərhal həll etməsə də, tam səssizlik və əlaqələrin kəsilməsi gərginliyin daha da artmasına səbəb ola bilər. O,  parlamentarilərin qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq, narahatlıqları izah etmək və müzakirənin davam etdirilə biləcəyi ortaq məqamları müəyyənləşdirmək imkanına malik olduğunu qeyd edib.

Sahibə Qafarova çıxışında dialoqu parlament diplomatiyasının əsasını təşkil edən amil kimi səciyyələndirib. Qeyd edilib ki, həqiqi dialoq yalnız mövqelərin ifadə olunmasından deyil, qarşı tərəfi dinləməkdən, onun mövqeyinin arxasında dayanan narahatlıqları anlamaqdan və qarşılıqlı etimadı formalaşdırmaqdan keçir. 

O, sülh anlayışının yalnız münaqişənin və zorakılığın sona çatdırılması ilə məhdudlaşmadığını vurğulayıb. Parlamentin Sədri bildirib ki, davamlı sülh üçün işlək institutların, ədalətli imkanların, sosial rifahın və insanların gələcəyə inamının təmin edilməsi vacibdir. Bu baxımdan sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır.

Davamlı inkişafın sülhün möhkəmlənməsi üçün mühüm zəmin yaratdığını qeyd edən Sahibə Qafarova bildirib ki, bərabərsizlik, işsizlik, sosial təcrid və zəif institutlar cəmiyyətdə etimadı azaldır və qeyri-sabitliyə səbəb olur. O, parlamentlərin öz əllərindəki vasitələrdən istifadə edərək bu problemlərin həllinə töhfə verdiyini deyib.

Spiker parlamentlərarası əməkdaşlığın ölkələr arasında etimadın formalaşmasına xidmət etdiyini deyib. Bildirilib ki, parlamentarilər təcrübə mübadiləsi aparmaq, müxtəlif ölkələrin qarşılaşdığı problemlərin həlli yollarını müzakirə etmək və bir-birlərinin təcrübəsindən yararlanmaqla əməkdaşlıq imkanlarını genişləndirə bilərlər. 

Milli Məclisin Sədri bildirib ki, parlament diplomatiyası ölkələr arasında fikir ayrılıqları olsa belə, dialoqun və əməkdaşlığın davam etdirilməsinə mühüm töhfə verir. Parlamentarilər təcrübə mübadiləsi apararaq bir-birindən öyrənə, yanlış anlaşılmaları aradan qaldıra və qarşılıqlı etimad yarada bilərlər. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərdə deyil, regional və qlobal platformalarda da mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, davamlı sülhün təmin olunması üçün yalnız siyasi razılaşmalar deyil, insanların təhlükəsizliyi, imkanları, sosial rifahı və dövlət institutlarına inamı da vacibdir. Parlament diplomatiyası dialoq üçün imkan yaradır, dialoq isə sülhün möhkəmlənməsinə şərait yaradır. Buna görə də parlamentlərin beynəlxalq əməkdaşlığı sülh və davamlı inkişaf üçün mühüm vasitələrdən biridir.

Çıxışına yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova parlament diplomatiyasını yalnız böyük sazişlərlə ölçməyin düzgün olmadığını bildirib. Spiker qeyd edib ki, böhranın dərinləşməsinin qarşısının alınmasında, anlaşılmazlığın aradan qaldırılmasında və çətin dövrdə münasibətlərin qorunub saxlanılmasında da parlament diplomatiyası əhəmiyyətini  göstərir.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-ATƏT əməkdaşlığında yeni səhifə açılır

09:10
05 Sentyabr

"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"

09:00
05 Sentyabr

"Orta dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir"

08:50
05 Sentyabr

"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"

08:40
05 Sentyabr

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

08:30
05 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

08:20
05 Sentyabr

Azərbaycan-İsveç münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub

08:10
05 Sentyabr

Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub 

08:00
05 Sentyabr

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!