05 Sentyabr 2026 08:40
99
CƏMİYYƏT
A- A+
"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"

"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"


"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində tətbiq etdiyi qabaqcıl təcrübədən yararlanmaqda maraqlıdır".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diante deyib.

Səfər çərçivəsində keçirilən görüşlərin Seneqal nümayəndə heyəti üçün çox faydalı olduğunu bildirən nazir əlavə edib: "Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşdük. İlk növbədə ziyarət etdiyimiz DOST Mərkəzindən çox təsirləndik. Bu təcrübəni öz ölkəmizdə də tətbiq etmək arzusundayıq".

Diante azərbaycanlı həmkarı ilə keçirilən görüş zamanı çox faydalı fikir mübadiləsinin aparıldığını vurğulayıb. Bildirib ki, əmək sahəsində Seneqalın Azərbaycandan öyrənə biləcəyi çox şey var. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səviyyəsində demək olar ki, eyni idarələrin olduğunu bilirik, lakin həyata keçirilən işlər baxımından Azərbaycan Seneqalı xeyli qabaqlayır. Bunun sübutu kimi yalnız prosedurların rəqəmsallaşdırılmasını qeyd edə bilərəm. Bu gün bizim idarələrə daxil olduqda kağız müqavilələrdən ibarət qalaq-qalaq sənədlər görürsünüz. Azərbaycanda isə bizə başa saldılar ki, bütün prosedurlar rəqəmsallaşdırılıb. Buna görə də biz öz ölkəmizdə bu səviyyəyə çatmaq üçün Azərbaycanın dəstəyinə ümid edirik", - deyə nazir bildirib.

Lamine Diante səfər çərçivəsində "ASAN xidmət" mərkəzini də ziyarət etdiklərini və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ilə işgüzar görüş keçirdiklərini diqqətə çatdırıb: "Bu mərkəzdən xüsusilə təsirləndik və hazırda bu təcrübəni öz ölkəmizdə də tətbiq etmək arzusundayıq".

Nazir bildirib ki, Seneqal "ərazi inkişaf qütbləri" adlandırılan 8 inkişaf qütbünə bölünüb. Onun sözlərinə görə, ölkəsinin hər bir ərazi inkişaf qütbündə Azərbaycandakı "ASAN xidmət"ə bənzər mərkəzlərin yaradılması nəzərdə tutulur.

O, Azərbaycanla keçirilən görüşlərin Seneqal üçün zəngin təcrübə olduğunu qeyd edib: "Keçirdiyimiz bütün görüşlər bizim üçün çox zəngin təcrübə oldu. Burada daha uzun müddət qalmaq istərdik. Lakin müəyyən öhdəliklərimiz var və təəssüf ki, səfərimiz yalnız 48 saat davam edəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"

09:00
05 Sentyabr

"Orta dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir"

08:50
05 Sentyabr

"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"

08:40
05 Sentyabr

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

08:30
05 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

08:20
05 Sentyabr

Azərbaycan-İsveç münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub

08:10
05 Sentyabr

Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub 

08:00
05 Sentyabr

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!